Vahid hədəflər uğrunda...
05.06.2024 [09:50]
Ortaq güc, ortaq uğur!
Azərbaycan və Türkiyənin yaratdığı enerji mənzərəsi
Qardaş ölkələr Avropanın enerji təhlükəsizliyində birgə rol oynayır
Azərbaycan və Türkiyənin möhkəm iqtisadi sütunlar üzərində inkişaf etdirdiyi birgə regional layihələr təkcə bu iki qardaş ölkənin iqtisadi-siyasi taleyini deyil, ümumilikdə Avrasiyanın geoiqtisadi obrazını yenidən müəyyən edir. Bölgənin açar ölkələri kimi trans-enerji və trans-nəqliyyat ideyalarını gerçəyə çevirən Türkiyə-Azərbaycanın aramsız qəti səyləri nəticəsində regionun enerji təhlükəsizliyi və dünyanın bir çox dövlətlərinin enerji təminatları da etibarlı və dayanıqlı zəmanət alır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizdə dünən işə başlayan Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubunda bu strateji faktorları görmək mümkündür.
Türkiyə Prezidentinin müraciəti iqtisadi və siyasi əhəmiyyətinə görə, bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, Azərbaycan-Türkiyə qardaşlığını iqtisadi-siyasi rəmzini ifadə edir. Cənab Ərdoğan hər sahədə olduğu kimi, energetika sahəsində Türkiyə və Azərbaycanın yüksək səviyyədə davam edən əməkdaşlığının ölkələrimiz və regionumuz üçün strateji əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayır ki, qarşısıalınmaz iradə sayəsində hər iki dövlət Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi meqainfrastruktur investisiyalarını uğurla tamamlayıb. Xüsusilə də enerji arteriyaları son dövrlərdə qlobal mühitdə meydana çıxan gərginliklər və ümidsizliklər fonunda qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi isə Avropanın dördüncü təbii qaz arteriyası mövqeyində olmaqla, bu bölgənin həyati əhəmiyyət kəsb edən iqtisadi ritmini bərpa edib.
Bakı-Tbilisi-Qars: Ortaq Dəhliz, ortaq uğur...
Türkiyə Prezidenti qeyd edib ki, Türkmənistan qazının ixracı artıq zaman məsələsidir və bu, Türkiyə və Azərbaycanın ortaq uğur olacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu Ortaq Dəhliz üçün strateji önəmə malikdir. Enerji mənbələrin şaxələndirilməsi üçün Azərbaycanla birgə çalışırıq, Naxçıvana qaz kəmərinin çəkilişini yaxın zamanda tamamlayacağıq”.
Yeri gəlmişkən, Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında energetika sahəsində imzalanmış sazişlər iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlığın uğurla inkişafına yeni təkanverici ruh gətirəcək.
Məktubda bəyan edilən fikirlərdən də aydın olur ki, hər iki qardaş ölkənin Şərq və Qərb arasında körpüyə çevrilməklə strateji mövqelərini və qərarlarının birgə müəyyən edir, bir addım atır, ortaq güc nümayiş etdirir. Tərəflər arasında sual yaradacaq, yaxud ayrılıqda həll ediləcək məsələ yoxdur, dövlətlərimiz vahid mövqedən çıxış edir, bütün hökumət strukturları regional proseslərlə bağlı qarşılıqlı fəaliyyət göstərir, vahid hədəflər uğrunda addımlar atılır. Müasir dünya reallıqlarının meydana çıxmasından və bir çox tendensiyaların yaranmasından asılı olmayaraq, hər iki ölkə ortaq maraqlardan çıxış edərək eyni hədəfə vurur. Türkiyənin dünyada hərbi, ideoloji, siyasi, iqtisadi gücünü özünün gücü kimi qəbul edən Azərbaycan öz imkan və resursları ilə bu potensialı birləşdirərək gücə güc qatır. Məhz bu səbəbdəndir ki, Türkiyə-Azərbaycan iqtisadi işbirliyi energetika və nəqliyyat nəhəngliyindən kənara çıxaraq sənaye, tikinti, logistika, qida, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə geniş məzmun almaqdadır. Xüsusilə də, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi siyasi saziş olsa da, iqtisadi əlaqələrin çoxvektorlu dinamikasına yeni nəfəs, ruh gətirib və Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşına çevrilib. Nəzərdə tutulmuş 15 milyard dollarlıq ticarət hədəfinin gerçəkləşməsindən sonra isə Türkiyə iqtisadi dövriyyədə birinciliyə yüksəlmiş olacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunda nəzərə çarpan əsas detallardan biri də gələcəyin etibarlı və təminatlı yeni gündəliyini yaratmaqla bağlıdır. Onun “regional əməkdaşlığı gücləndirməklə, enerji təhlükəsizliyini prioritetləşdirməklə biz indiki və gələcək nəsillərə fayda verən davamlı və dinamik enerji mənzərəsi yarada bilərik” fikri mürəkkəb geosiyasi proseslərin və qlobal dəhlizlərdə yer tutmaq uğrunda rəqabətin artdığı mühitdə Azərbaycan və Türkiyənin Yeni Yol Xəritəsi cızmaq planlarının ifadəsi hesab edilə bilər. Bu, yuxarıda vurğuladığımız Cənub Qaz Dəhlizinin genişləndirilməsi və türk ailəsinin resurs ölkələri olan Qazaxıstan, Özbəkistan və Türkmənistanın enerji ehtiyatlarının vahid türk nəql kəmərində birləşdirilərək Qərbə nəqlini nəzərdə tutur. Eləcə də regional nəqliyyat layihələrinin əsas müəllifi olan Azərbaycan ilə Türkiyənin beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasını təmin edəcək TransXəzər nəqliyyat koalisiyasında Mərkəzi Asiya dövlətlərinin bu sistemə inteqrasiyası üçün səylərin birləşdirilməsi ehtiva olunur.
R.T.Ərdoğan Türkiyənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etdiyini vurğulayaraq Milli Uzunmüddətli Enerji Planı üzrə 2053-cü ilə qədər “xalis sıfır” hədəfinə nail olmaq öhdəliyinə də diqqət çəkib. Bu, “yaşıl enerji”yə keçid strategiyasının icrasına xüsusi önəmin ifadəsi olmaqla, Azərbaycanın da eyni ortaq baxışları ilə üst-üstə düşür. Türkiyə və Azərbaycanın “yaşıl enerji” siyasətinin də vahid və əlaqələndirilmiş bir formatda yürüdüldüyünü göstərir və bu müstəvidə də bir-birinə kömək prinsipinə sadiqlik göstərirlər. Cənab Ərdoğanın vurğuladığı kimi Türkiyə COP29-un keçirilməsində Azərbaycana istənilən yardımı göstərməyə hazırdır. Eyni zamanda, azad edilmiş ərazilərdə açılan yaşıl imkanlarla bağlı da eyni qərarlar qəbul edilir. Məktubda bəyan edildiyi kimi Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edilməsi son dərəcə düzgün bir addımdır və Türkiyənin də maraqlarını ifadə edir.
Həmçinin, hər iki ölkə Mərkəzi Asiya-Xəzər-Avropa kabelinin formalaşmasında fəal tərəfdaş olmaqla həm ikitərəfli təmiz enerji proqamında əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edir, həm də “yaşıl türk ailəsi”ni bir araya gətirir.
ABŞ Azərbaycanın qlobal enerji landşaftındakı rolunu yüksək qiymətləndirir
Yaşıl Enerji Həftəsinə xüsusi maraq Vaşinqtonun mövqeyində də özünü əks etdirməkdədir. ABŞ Prezidenti Cozef Baydenin Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda Azərbaycanın qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olmasına diqqət çəkərək ölkəmizin etribarlı tərəfdaş kimi rolunu yüksək dəyərləndirib. “Azərbaycan xüsusilə də Avropa üçün qlobal enerji təhlükəsizliyinin vacib elementidir. Xəzər dənizindən hasil olunan qaz Avropanın bir sıra ölkələrinin inkişafında, habelə bu ölkələrdə enerji resurslarının diversifikasiyasında önəmli rola malikdir. “Mən Azərbaycanın qlobal enerji landşaftındakı rolunu son dərəcə yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm” deyə vurğulayan ABŞ Prezidenti bu tədbirin enerji təşəbbüskarlığının nümunəsi olmaqla, noyabr ayında Bakının COP29-a ev sahibliyi etməsinin vacibliyini dərk etməyə imkan verəcəyinə əminliyini ifadə edib. Qeyd olunur ki, COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm də neft-qaz təchizatı kimi məsələlərdə, həm də bərpa olunan enerji ixracında mühüm rol oynamağa və bu rolu daha da artırmağa imkan verir.
Azərbaycanın “yaşıl enerji” sahəsinə keçid etmək niyyətini yüksək qiymətləndirən Xəzər dənizinin malik olduğu önəmli “yaşıl enerji” potensialının neft və qaz ilə bərabər geniş ixrac potensialına malik resurs kimi önəmini xatırlatmaqla ABŞ rəhbəri ölkəmizin yaşıl mənbələrin nəqlində də fəal və liderlik edəcəyinə inamını ifadə etmiş olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38

