Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh müqaviləsinin mətni...

Sülh müqaviləsinin mətni...

03.07.2024 [10:10]

Ən azı əsas prinsiplər üzərində iş bir neçə aya yekunlaşa bilər

Azərbaycanın son 4 ildə apardığı siyasət Cənubi Qafqaza 30 ildən artıq bir müddətdən sonra sülh vəd edir. İşğal dövründə belə sülh təşəbbüslərini davam etdirən, beynəlxalq hüquqa söykənən mövqeyindən geri çəkilməyən dövlətimiz Vətən müharibəsində əldə etdiyi Zəfər nəticəsində mövcud reallığı formalaşdırıb - artıq, Ermənistanın Cənubi Qafqazda yaradılan yeni münasibətlər sisteminə qoşulmaqdan başqa çıxış yolu yoxdur. Azərbaycanın sülh gündəliyi qlobal səviyyədə dəyərləndirilir, mühüm bir coğrafiyanın gələcək siyasi-iqtisadi inkişafının əsas amili sayılır. Xüsusilə, sülh prosesinin indiki məqamında - artıq nəticəyə yaxın olan dövrdə bu istiqamətdə müzakirələr də intensivləşib. İnkar edilə bilməz ki, aylardır vasitəçisiz formatda davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - ötən ilin dekabrında bəyan edilmiş ikitərəfli açıqlama və orada əksini tapan müddəalar, bu il aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması, may ayında Almatıda keçirilən ikitərəfli görüş sülhə olan inamı artırır. Bu məqam onu təsdiqləyir ki, ikitərəfli təmaslar bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını təmin edə bilər və bu istiqamətdə atılan addımlar yetərincə effektiv nəticələr vəd edir. Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bildirib ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Azərbaycan Prezidenti qeyd edib ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub.

Sülh sazişinin başlıca şərti

Davamlı və əbədi sülhün ədə edilməsi üçün isə ən əsas şərtlərdən biri Ermənistanın siyasi iradə nümayiş etdirməsidir. Yəni, hələ 2022-ci ildə Azərbaycanın irəli sürdüyü 5 şərtdə göstərildiyi kimi, sülhün davamlı və əbədi xarakter daşıması təmin olunmalıdır. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Bunun üçün isə ilkin şərt Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Azərbaycan isə haqlı olaraq Ermənistan Konstitusiyasının dəyişikliyinə ehtiyac duyulduğunu önə çəkir - rəsmi İrəvan Konstitusiyasında dəyişiklik etməklə sülh üçün maraqlı olduğunu isbat edə bilər. Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bildirib ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğulayıb ki, bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.

Bu, bir variant ola bilər...

Bununla belə sülhlə bağlı ümidverici bəyanatlar səslənməkdədir. İkitərəfli müvafiq komissiyaların görüşləri, xarici işlər idarələri arasında sülh müqaviləsi ilə bağlı detalların dəqiqləşdirilməsi və bu yöndə digər addımlar münasibətlərin normallaşması üçün hüquqi zəminin yaranacağına işarə edir. Təbii ki, sülhlə bağlı mövqelərin uzlaşdırılması məsələsi daima diqqət mərkəzindədir. Hətta bu yöndə fərqli nümunələrdən də istifadə edilə bilər. Dövlətimizin başçısı bildirib ki, zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik: “Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

Əlbəttə ki, burada əsas şərt yenə də Ermənistanın öz əsassız iddialarından rəsmən geri çəkilməsidir - Prezident İlham Əliyev qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalıdır...

Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsi, suverenliyini bərpa etməsi faktı dünyada birmənalı qarşılanmır - təəssüfləndirici haldır ki, əksər vəziyyətlərdə ermənipərəst mövqedən çıxış edən dövlətlər Azərbaycan dövlətinin və xalqının hüquqlarını nəzərə almır, tarixi və hüquqi ədalətin bərpası ilə “barışmır”. Bu mənada, ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirlərindən sonra Qarabağı öz xoşu ilə tərk etmiş ermənilərin geri qayıtmasını gündəmə daşımağa çalışan bir sıra dairələr nədənsə öz doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların hüquqlarını gözardı edirlər. Tarixi Azərbaycan torpağı olan hazırki Ermənistanda yaşayan və zorla deportasiya edilmiş azərbaycanlıların da öz yurdlarında yaşamaq hüququ təmin edilməlidir. Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31