Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh prosesində yeni raund?

Sülh prosesində yeni raund?

04.07.2024 [10:10]

NATO sammiti çərçivəsində Cənubi Qafqaz da müzakirə olunacaq

İkitərəfli təmasların uğuru - 7 aylıq praktika...

2022-ci ildə Azərbaycan dövlətinin humanist siyasətinin nəticəsi kimi meydana çıxan sülh təşəbbüsləri son 7 ayda mühüm uğurları ilə yadda qalıb. İlk dövrlərdə, Ermənistan tərəfindən manipulyasiyaya uğradılan proses ötən ilin sentyabrından sonra yeni mərhələyə qədəm qoyub - uğurlu antiterror tədbirləri rəsmi İrəvanın sülhlə bağlı spekulyasiya bəhanələrini əlindən aldı. Azərbaycanın öz suverenliyini bərpa etməsi, separatçı xunta rejiminin təslim və ləğv olması sülh prosesində mənzərəni bir az da aydınlatdı. Artıq iki ölkə arasındakı danışıqların əsas mahiyyəti sərhəd məsələsi ilə bağlı detallar üzərində fokuslanıb. Hətta bu istiqamətdə mühüm razılaşmalar da nəzərə çarpır - ötən ilin dekabırnda iki ölkənin müvafiq strukturlarının birgə bəyanatı, delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən çoxsaylı görüşlər, nəhayət, bu ilin aprelin 19-da 4 kəndin azad edilməsi ilə bağlı razılığın əldə edilməsi sülh prosesinin mühüm bir məsafə qət etdiyini deməyə əsas verir. Vurğulandığı kimi, ötən dövr ərzində ortada olan və həllini gözləyən ən əsas məsələ kimi Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi və sərhədlərin müəyyənləşdirilməsi məsələləri önə çəkilir - burada uğur vəd edən şərtlərdən biri və birincisi isə bu kimi məsələlərin iki dövlət arasında həll edilməsi, vasitəçisiz təmaslara üstünlük verilməsidir. 

İkitərəfli təmasların yaratdığı üstünlüklər...

Bəli, ötən 7 ay ərzində qət olunan əsaslı məsafə birbaşa təmasların nəticəsi kimi meydana çıxıb. İstər may ayında Almatıda baş tutmuş ikitərəfli görüş, istərsə də son günlərdə yayılan ikitərəli komissiyaların hazırlayacağı Əsasnamə ilə bağlı durum vasitəçisiz görüşlərin nəticələridir. Bu isə onu göstərir ki, problemlərin ən yaxın və ən effektiv həlli prosesi məhz ikitərəfli təmasların nəticəsində əldə olunur. Bəli, bu uğur Azərbaycanın yaratdığı mənzərədir - dövlətimiz hər zaman bu məsələni xüsusi olaraq vurğulayıb ki, aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Hətta Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir və Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər. Beləliklə, irəli sürülən tezisin həqiqiliyi bütün çalarları ilə önə çıxır. 7 aylıq praktika isə bu fikirləri tam təsdiqləyir. Azərbaycanın təşəbbüsü ilə meydana çıxan ikitərəfli təmas ideyası 7 ay ərzində vasitəçilərin illərlə nail olmağa çalışdıqları nəticəni verdi. 

Cənubi Qafqaz ABŞ üçün prioritet məsələdir...

Bütün bunlarla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu istər region üçün perspektivdə gözlənilən əməkdaşlıq platformalarına münasibət, istər bölgənin siyasi-hərbi reallıqlarına qarşı yanaşmalar, istərsə də danışıqlar prosesinə olan maraq, eyni zamanda, ortaya qoyulan mövqelər də təsdiqləyir. Artıq aylardır ki, vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr həm təqdir olunur, həm də bu prosesin daha da inkişaf etdirilməsinə maraq diqqətə çatdırılır. Bu məqam onu təsdiqləyir ki, artıq beynəlxalq aləm bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını istəyir - bu istiqamətdə atılan addımların ortaya qoyulan səylərlə daha effektiv olacağını düşünür. Qeyd edək ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında yeni görüşün də müəyyən mənada “anonsu” artıq səsləndirilib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı suala cavabında bildirib ki, Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, Dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir. “Cənubi Qafqazdakı məsələ ilə bağlı geniş kontekstdə onu deyə bilərəm ki, bu, bizim üçün, Dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər. Konkret gündəliklə bağlı hələlik danışmaq istəmirəm”,- deyə o, qeyd edib.

Qlobal diqqət, danışıqların intensivliyi üçün atılan addımlar...

Təbi ki, ABŞ-ın sülhlə bağlı ortaya qoyduğu mövqe anlaşılandır və dəyərləndirilir. Göründüyü kimi, qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqətindən yayınmır. Təsadüfi deyil ki, ayrı-ayrı dövlətlərin, təşkilatların rəhbərləri, məsul şəxsləri, rəsmi nümayəndələri, xüsusilə ABŞ rəsmiləri vaxtaşırı bölgəyə səfərlər və ya telefon zəngi edirlər. Demək ki, prosesin nəticəsi hamı üçün maraqlıdır - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün tərəflər üçün müsbət imkanlar vəd edir. Şərq-Qərb ticari xəttinin digər tərəfi sayılan Qərb məkanının bu mənada, baxışları xüsusi təhlil tələb edir.  

Bununla belə, illərlə vasitəçilik institutunun yaxından iştirakı əsasında aparılan danışıqların nəticələri nöqteyi-nəzərindən çıxış edərək, bu, fəaliyyətin paralel şəkildə aparılması perspektivini göz önünə gətirmək mümkündür - xüsusilə, mühüm siyasi-iqtisadi, ticari geocoğrafi məkan kimi xarakterizə olunan Cənubi Qafqazın Şərq-Qərb, Şimal-Cənub strateji xəttləri üzrə qovuşma imkanları burada əsas müzakirə predmetidir. İki dövlətin arasında əldə olunacaq razılıq qlobal ticari münasibətlərdə yeni səhifə açacaq. Eyni zamanda, yeni situasiyaya uyğun olaraq möhkəmlənən ticari əlaqələr həm də geopolitik təhlükəsizlik meyarının daha da oturuşmasına yol açacaq.  Beləliklə, qlobal diqqət və danışıqların intensivliyi üçün atılan addımlar gələcək perspetkivdə əməkdaşlığın xüsusi inkişaf tempini yaratmağa hesablanıb...

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31