Azərbaycan - Afrika əlaqələri yeni mərhələdə
03.03.2026 [11:36]
Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursu yaxın və uzaq coğrafiyaları əhatə edir. İndiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal diplomatiya səmərəli nəticələri ilə diqqət çəkir ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artmasında özünü qabarıq şəkildə göstərir. Qürurverici haldır ki, bu gün Azərbaycana yaxın qonşuluqda, geniş İslam coğrafiyasında, Türk birliyində, Avropa İttifaqında (Aİ) dərin hörmət bəslənilir və respublikamız körpülər yaradan dialoq məkanı kimi tanınır.
Son illərdə isə Azərbaycan, necə deyərlər, həm də Afrikanı fəth etməkdədir. Bu günlərdə Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin respublikamıza uğurla baş tutan səfəri Afrikada Azərbaycana marağın artdığını əyani şəkildə təsdiqləyir.
Afrikada Azərbaycana artan marağın 2 mühüm səbəbi
Afrika ərazisinə görə Avrasiyadan sonra ikinci böyük materikdir. Afrikannın sahəsi 29,2 milyon , adalarla birlikdə isə 30,3 milyon kvadratkilometrdir. Qitənin adı latın dilində “soyuq bilməyən” mənasını verən “afrikus” sözündən əmələ gəlib. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış “afrigi” tayfasının adından götürülüb.
Afrika elə bir məkandır ki, dünyanın bir sıra möcüzələrinə məhz burada rast gəlmək mümkündür. Belə ki, Yer üzünün ən uzun çayı, ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.
Bir sıra bu kimi fərqlilikləri və ekzotik cəhətləri ilə diqqət çəkən Afrikada son illərdə Azərbaycana marağın artması səbəbsiz deyil. Burada 2 mühüm amili xüsusi qeyd edə bilərik:
-Birinci amil, heç şübhəsiz ki, Azərbaycanın qısa müstəqillik tarixində keçdiyi inkişaf yolu və qazandığı uğurlarla bağlıdır. Bu gün dünyadakı təlatümlərə, yaşanan siyasi və iqtisadi böhranlara rəğmən, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Hazırda respublikamız iqtisadi müstəqilliyini və bu əsasda siyasi müstəqilliyini tam təmin etmiş azsaylı ölkələr sırasında yer alır. Bu milli model müstəqillik yolunun başlanğıcında olan Afrika dövlətləri üçün çox cəlbedicidir.
-İkinci amil, müstəqil Azərbaycanın müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı apardığı ardıcıl mübarizə ilə Afrika xalqlarının azadlıq istəyinin üst-üstə düşməsi ilə bağlıdır. Afrikada müstəmləkəçiliyin dərin kökləri var. Müstəmləkəçilər burada ən yararlı torpaqları ələ keçiriblər və son dərəcə ağır şərtlər altında sümürmə siyasəti aparırlar.
XX əsrin əvvəlindən etibarən Afrikada milli-azadlıq hərəkatı güclənib. Getdikcə artan soyğunçuluqdan və rəhmsiz istismardan ümidsiz vəziyyətə düşən Afrika xalqları müstəmləkə əsarətindən azad olmağa dəfələrlə cəhd göstərmiş, silahlı mübarizəyə qalxmışlar. İkinci dünya müharibəsi ərəfəsində qitədə Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Sonradan onların sayı 60-dək artıb.
Hazırda Afrikada müstəmləkəçiliyə qarşı mübarizənin yeni dalğası başlayıb. O cümlədən Azərbaycan qitənin ayrı-ayrı ölkələrində müstəmləkəçilk siyasətinin ifşa olunmasında mühüm rol oynayır və xalqların azadlıq mübarizəsinə dəstək göstərir. Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə ardıcıl siyasi dəstək verməsi Afrika xalqları tərəfindən minnətdarlıqla qəbul olunur və onlar respublikamızla əməkdaşlıq etməyə böyük maraq göstərirlər.
Azərbaycan - Efiopiya əlaqələri: Böyük perspektiv vəd edən başlanğıc
Afrikanın şərqində yerləşən Efiopiya insanın meydana gəldiyi ən qədim ərazilərdən sayılır, əsasən aqrar ölkədir. Buradan dünya bazarlarına qəhvə, dəri, xəz, heyvandarlıq məhsulları, toxum yağları ixrac edilir. Ölkənin idxalına isə əsasən neft və maşınqayırma məhsulları, kimyəvi maddələr, dərman preparatları daxildir.
Müstəqil Azərbaycanla Efiopiya arasında siyasi münasibətlərin əsası 2 noyabr 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokolun imzalanması ilə qoyulub. Prezident İlham Əliyev 4 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyi 2015-ci ildən fəaliyyət göstərir. Efiopiyanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub. 20 dekabr 2017-ci il tarixində Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu fəaliyyətə başlayıb. İki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. 2023-cü ildə Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Efiopiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr baş tutub. Milli Məclisdə Azərbaycan-Efiopiya parlamentlərarası işçi qrupu, Efiopiyanın Xalq Nümayəndələri Palatasında (aşağı palata) isə Efiopiya-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
İki dost ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir. Hər iki ölkə sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının (QH) fəal üzvüdür. Qoşulmama Hərəkatının 24-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşündə iştirak etmək üçün Efiopiyanın dövlət naziri Markos Teklenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Həmçinin Efiopiya Baş nazirinin müavini, xarici işlər naziri Demeke Mekonnen Haasen Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak edib.
Cəmiyyətlər səviyyəsində yaxınlaşma Azərbaycan-Efiopiya əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. Burada Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edə bilərik. Bir qədər bundan əvvəl dondun vitse-prezidenti Leyla Əliyeva dost ölkədə səfərdə olub və önəmli görüşlərə qatılıb. Yeri gəlmişkən, fevralın 27-də Prezident İlham Əliyevlə Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli arasında baş tutan geniş tərkibdə görüşə Leyla Əliyeva da qatılıb. Görüşdə dövlətimizin başçısının vurğu etdiyi kimi, Leyla Əliyeva ilk dəfə idi ki, nümayəndə heyətlərinin görüşündə iştirak edirdi və bu, onun Efiopiyaya, bu ölkənin xalqına olan çox xüsusi münasibəti ilə bağlı idi.
Eyni zamanda, Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” modelinin Efiopiyada tətbiqi də yaxşı nümunədir. Efiopiyada “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzininin rəsmi təqdimatı ötən ilin iyun ayında baş tutub. Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Geniş tərkibli görüşdə, eyni zamanda, Efiopiyada “ASAN xidmət” konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin “DOST” təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı qeyd edilib.
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin respublikamıza səfəri çərçivəsində yüksək səviyyədə aparılan müzakirələrdə ikitərəfli münasibətlərin perspektivlərinə böyük inam ifadə olunub. Geniş tərkibdə keçirilən görüşdə Baş nazirin səfərinin gələcək uğurlu əməkdaşlıq üçün vacib amil olduğunu və xalqlarımıza çox yaxşı nəticələr verəcəyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq”.
Oxşar mövqeni həmçinin Baş nazir Abiy Əhməd Əli də bölüşüb. Azərbaycanla Efiopiya arasında münasibətlərin hazırkı səviyyəsini başlanğıc mərhələ kimi səciyyələndirən Baş nazir vurğulayıb ki, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik. “Son bir neçə il ərzində tərəfdaşlığımız durmadan genişlənib, buna aviasiya sektorunda iqtisadi əməkdaşlıq, sənaye parkları və azad ticarət zonalarında əməkdaşlıq, eləcə də Efiopiyanın investisiya holdinqləri ilə Azərbaycan şirkətlərinin birgə layihələri təkan verib. Bu təşəbbüslər ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə möhkəm zəmin yaradıb. Bu gün aparılan ətraflı müzakirələr zamanı biz bu əlaqələri daha da möhkəmləndirmək və inkişaf etdirməklə bağlı razılığa gəldik”. Bu fikirləri isə Baş nazir “X” hesabında yazıb.
Bakıda imzalanan önəmli sənədlər
Əməkdaşlığın genişlənməsinə hər iki tərəfin güclü siyasi iradəsinin təsdiqi olaraq Bakıda bir sıra önəmli sənədlər imzalanıb. O cümlədən Prezident İlham Əliyevin və Baş nazir Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalyıblar.
Səfər çərçivəsində həmçinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 Mart 18:28
YAP xəbərləri
16 Mart 18:03
Xəbər lenti
16 Mart 17:53
Xəbər lenti
16 Mart 17:44
YAP xəbərləri
16 Mart 17:30
Dünya
16 Mart 17:18
YAP xəbərləri
16 Mart 16:49
Hadisə
16 Mart 16:38
YAP xəbərləri
16 Mart 16:23
Siyasət
16 Mart 16:21
Dünya
16 Mart 16:20
Gündəm
16 Mart 16:19
Sosial
16 Mart 16:17
Elm
16 Mart 16:02
İqtisadiyyat
16 Mart 15:47
Mədəniyyət
16 Mart 15:46
Mədəniyyət
16 Mart 15:46
Hadisə
16 Mart 15:37
Sosial
16 Mart 15:14
Elm
16 Mart 14:57
YAP xəbərləri
16 Mart 14:51
İdman
16 Mart 14:48
YAP xəbərləri
16 Mart 14:40
İqtisadiyyat
16 Mart 14:38
İdman
16 Mart 14:34
Sosial
16 Mart 14:31
Sosial
16 Mart 14:30
Gündəm
16 Mart 14:20
Dünya
16 Mart 14:20
YAP xəbərləri
16 Mart 13:55
Dünya
16 Mart 13:29
YAP xəbərləri
16 Mart 13:23
Dünya
16 Mart 12:53
Gündəm
16 Mart 12:42
İdman
16 Mart 12:27
Din
16 Mart 12:17
Gündəm
16 Mart 12:16
İqtisadiyyat
16 Mart 12:11
İqtisadiyyat
16 Mart 12:10
Sosial
16 Mart 12:00
Sosial
16 Mart 11:58
YAP xəbərləri
16 Mart 11:47
YAP xəbərləri
16 Mart 11:41
Dünya
16 Mart 11:40
Hərbi
16 Mart 11:34
Dünya
16 Mart 11:14
Dünya
16 Mart 10:58
Gündəm
16 Mart 10:53
YAP xəbərləri
16 Mart 10:39
Gündəm
16 Mart 10:38
Dünya
16 Mart 10:22
Sosial
16 Mart 09:45
Mədəniyyət
16 Mart 09:38
Dünya
16 Mart 09:17
Dünya
16 Mart 08:51
İdman
16 Mart 08:20
Dünya
16 Mart 07:47
Siyasət
15 Mart 23:31
Dünya
15 Mart 23:11
Dünya
15 Mart 22:27
Dünya
15 Mart 21:23
Elm
15 Mart 20:36
Dünya
15 Mart 19:17
Dünya
15 Mart 18:24
Hadisə
15 Mart 17:30
Dünya
15 Mart 16:21
Sosial
15 Mart 15:49
Dünya
15 Mart 14:42
Dünya
15 Mart 13:17
Dünya
15 Mart 12:30

