Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
19.03.2009 [12:02]
Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 14 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçib, geniş hüquqi islahatlar aparılıb və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaradıb. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. ötən dövr 2002-ci ildə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərin də təsirli və səmərəli olduğunu sübut edib. Hazırda Azərbaycan özünün inkişafının elə bir mərhələsinə daxil olub ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr və dəyişikliklər edilməsi zərurətə çevrilib. Başqa sözlə, bu, sosial sifarişdir.
Martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavələr və dəyişikliklər insan hüquqları ilə bağlı təminatları daha da genişləndirir, dəqiqləşdirir və beynəlxalq müqavilələrdə əksini tapmış təminatları özündə əks etdirir.
Müstəqil Azərbaycan Respublikasının tarixində Konstitusiyaya əlavə və dəyişiklik edilməsi üçün ikinci dəfə keçirilən referendumda seçici siyahılarına 4,8 milyondan çox seçici daxil olunub.
Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülüb, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən beynəlxalq müşahidəçilər dəvət edilib. Təşviqat kampaniyası azad və şəffaf şəraitdə keçirilib, hər bir təşviqat qrupuna bərabər şərait yaradılıb.
Səsvermə günü səhərdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin Tofiq İsmayılov adına “İntellekt” liseyində yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saat 11-də ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib. Prezident İlham Əliyev səsvermə otağına gəlib, səsvermə bülleteni alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Bu anı respublikamızın və xarici ölkələrin onlarca mətbuat orqanının, televiziya kanallarının nümayəndələri izləyiblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da bu məntəqədə səs veriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34

