/ / Prezident İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
Prezident İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
09.04.2016 [10:34]
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan “AITF-2016” sərgisi bu il 15 illik, “HOREX Caucasus-2016” sərgisi isə 10 illik yubileyini qeyd edir. “AITF-2016” sərgisi keçirildiyi illər ərzində bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası sərgiyə fəal dəstək verib. Turizm ölkəmizin qeyri-neft sektorunun perspektivli sahələrindən biri olduğu üçün bu sahənin inkişafına xüsusi diqqət göstərilməsi və onun dəstəklənməsi hazırda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi də bu prosesə töhfə verir. Təsadüfi deyil ki, 2002-ci ildə keçirilən ilk sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, sonrakı illərdə müsbət dinamika əldə olunub. Builki sərgidə 40 ölkədən 200-dən artıq şirkət iştirak edir. Müstəqil auditin məlumatlarına əsasən, bu sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur.
Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası da ölkədə turizmin inkişafına güclü dəstək verir. 2009-cu ildən fəaliyyətdə olan Assosiasiya hazırda ölkəmizdə turizm və otel sahəsində təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından biridir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ölkəmizin turizm regionlarını əks etdirən ekspozisiyalara baxıblar.
Qeyd edək ki, daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır. Hazırda diqqət paytaxtla yanaşı, bölgələrdə də geniş turizm şəbəkəsinin yaradılmasına yönəldilib. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin malik olduğu təbii gözəllikləri, ecazkar təbiəti və digər istiqamətləri nümayiş etdirmək baxımından sərgi bir çox özəllikləri ilə seçilir. Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionların ənənəvi ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı təqdim edilir, milli mədəniyyətimizin zəngin nümunələri qonaqlara nümayiş olunur. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən ənənəvi stend də sərgidə yer alıb. Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də sərgidə ayrıca stendlə təmsil olunur. Burada yarışların proqramı, eləcə də hamının səbirsizliklə gözlədiyi Qran-priyə biletləri harada və necə əldə etməklə bağlı ətraflı məlumat verilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə xarici ölkələrin milli pavilyonları ilə də tanış olublar.
Bildirilib ki, keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2200 şirkət iştirak edib. Bu il də sərgidə çoxlu xarici şirkətin iştirakı diqqət çəkir. İndoneziya milli pavilyonunda bu ölkə ecazkar təbiəti, zəngin mədəniyyəti və qonaqpərvər insanlara malik olan dünyanın möhtəşəm səyahət məkanlarından biri kimi təqdim olunur. Bu ölkənin turizm obyektləri tarixi məkanlar da daxil olmaqla, təbiət və mədəniyyət mənzərələrini əhatə edir. Rusiyanın şəhərlərinin, xüsusilə də Stavropol vilayətinin təqdim etdiyi imkanlar da sərgidə böyük maraqla qarşılanır.
Bu il tibbi və sağlamlıq turizmi istiqamətlərini təmsil edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim edirlər. Hindistan da builki sərgidə fəal iştirak edir. Ümumiyyətlə, bu ölkə din, dil və adət-ənənələrin heyrətamiz rəngarəngliyinə malik olmaqla bütün mədəniyyətlərin fərqli ənənələrinin sintezini təqdim edir. Hindistan hər zaman tarixi abidələri, dağ kurortları, vəhşi təbiəti və maraqlı ekoloji sistemi ilə turistlərin diqqətini çəkir.
İran İslam Respublikasının milli pavilyonunda bu ölkənin müxtəlif turizm istiqamətləri barədə geniş məlumat verilir. Burada İranın turizm şəbəkəsinin malik olduğu potensial qonaqlara əhatəli şəkildə təqdim edilir.
Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan, İspaniya, Tailand, Monteneqro, Çexiya və Ukrayna şirkətləri öz ölkələrinin turizm potensialını və milli koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə özəl pavilyonlar quraşdırıblar. ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və otelləri də sərgiyə qatılıb. Qonşu Gürcüstan da builki sərginin iştirakçıları sırasındadır. Bu ölkənin Milli Turizm Assosiasiyasının qatıldığı sərgidə Gürcüstanın malik olduğu turizm potensialı barədə geniş informasiya çatdırılır. Məqsəd Gürcüstana gəlmək istəyən turistlərin təəssüratlarını zənginləşdirmək və ölkədə turizmin davamlı inkişafını təmin etməkdir.
Sərgidə Türkiyə də geniş təmsil olunur. Mütəxəssislər deyirlər ki, dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının təqdim olunması baxımından bu sərgi əla fürsətdir. Bu, həm də turizm sahəsində yeni marketinq strategiyalarının müəyyən olunmasına və təşviqinə geniş imkanlar açır.
Hər bir sərgi yeni aviareys və hava xətlərinin elan edildiyi, memorandum və beynəlxalq müqavilələrin imzalandığı, sənayedəki yeni məhsul və nailiyyətlər barədə hesabatların səsləndirildiyi platformadır. Odur ki, bu sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara təqdim edir. Bu da ölkəmizin turizm məkanı kimi məşhurlaşmasına şərait yaradır. Bakı Ekspo Mərkəzində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun xüsusi pavilyonunun yaradılması, milli əl işlərindən ibarət ekspozisiyanın quraşdırılması da ölkəmizin turizm potensialının kompleks təbliğinə xidmət edir.
Sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar, onlarda yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

