Türkiyə ilə Azərbaycan arasında əlaqələr həmişə olduğu kimi çox yüksək səviyyədədir
14.05.2009 [12:19]
Azərbaycan və Türkiyə tarixən dərin dostluq əlaqələri və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğu iki qardaş ölkədir. Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və dar günlərdə davam edən daimi xarakter daşıyır. Türkiyə və Azərbaycan əlaqələri regionun inkişafı və əməkdaşlığa nail olunması baxımından böyük məna və əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan regional və qlobal sülh və sabitliyə əhəmiyyətli töhfə verməkdədir. İki ölkə regional sülh və sabitliyi möhkəmləndirmək məqsədilə çoxşaxəli və uzunmüddətli strateji əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bir tərəfdən, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, digər tərəfdən, regionun sabitliyi, təhlükəsizliyi və rifahına töhfə vermək imkanlarının inkişafı üçün təməl təşkil edəcək. Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan tənzimlənməsi zəruridir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. Azərbaycan və Türkiyənin regionla bağlı birgə yanaşması çərçivəsində Cənubi Qafqazda bütün regionu əhatə edən etimad, hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əlaqələrin qurulması və beləliklə, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsi Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan Respublikası əraziləri işğaldan azad edilmədən və yurd-yuvalarından qovulmuş insanlar həmin ərazilərə geriyə qayıtmadan mümkün olmayacaq. Bütün regiona təsir edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Azərbaycan və Türkiyə məsləhətləşmələr apararaq fəaliyyət göstərməkdə səylərini artıracaqlar və bu münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində siyasi yolla nizamlanması üçün səy göstərməyə davam edəcəklər. Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı regional sülh və sabitliyin bərqərar edilməsi, region xalqlarının rifahı üçün ikitərəfli və çoxtərəfli səviyyədə iqtisadi əməkdaşlığa töhfə verəcək. Şərq-Qərb Enerji Dəhlizinin strateji önəmi və bu dəhlizin region ölkələrinin davamlı iqtisadi inkişafına töhfəsi baxımından, Azərbaycan ilə Türkiyənin Avropa enerji təhlükəsizliyinin təmin edilməsində və Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa enerji tələbatının ödənilməsində rolu artmaqdadır.
Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 12-də ölkəmizə səfərə gəlib.
Səfər çərçivəsində Baş nazir Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti dünən Fəxri Xiyabanı ziyarət edib. Rəcəb Tayyib Ərdoğan xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzüb.
ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub. Buradan Bakının mənzərəsini seyr edən Türkiyənin Baş nazirinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Elə həmin gün Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib. Türkiyənin Baş naziri 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyub, Şəhidlik kitabəsininin üstünə gül dəstələri düzüb.
Təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli Baş nazir! Hörmətli qonaqlar! Mən sizi Azərbaycanda salamlayıram. Xoş gəlmisiniz! Hörmətli cənab Baş nazir, biz indi sizinlə təkbətək görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələrini geniş müzakirə etdik. çox səmərəli, səmimi söhbət etdik. Həm bu vaxta qədər əldə edilmiş uğurları bir daha gözdən keçirdik və ən önəmlisi, gələcək haqqında da öz fikirlərimizi çox aydın şəkildə bildirdik. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu çox önəmli səfərdir. Hər dəfə bu ikitərəfli danışıqlar və görüşlər gələcəyə atılan addımları dəstəkləyir. Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir və mən əminəm ki, bu səfər əlaqələri daha da gücləndirəcək, genişləndirəcəkdir. Siz Azərbaycana böyük heyətlə gəlmisiniz və əminəm ki, nümayəndə heyətində təmsil olunan dostlarımız azərbaycanlı həmkarları ilə də ikitərəfli söhbətlər aparacaqlar və bütün sahələrdə daha da geniş əməkdaşlıq üçün yaxşı imkanlar yaradacaqlar. Bir daha xoş gəlmisiniz və nümayəndə heyətinin bütün üzvlərinə öz hörmətimi bildirirəm”.
Sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edərək deyib: “Bəli, mən də çox təşəkkür edirəm. Hörmətli Prezidenti və dəyərli nümayəndə heyətini şəxsən öz adımdan və nümayəndə heyətimizin adından ən səmimi duyğularla salamlayıram.
Təbii ki, bu görüşümüzdə, xüsusilə təkbətək görüşümüzdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrimizi təkrar gözdən keçirmək fürsətini tapdıq. Bu əlaqələrimizin hər keçən gün daha irəli getdiyini yenidən dəqiqləşdirdik, təsdiq etdik. İnanıram ki, qarşıdakı müddətdə bunlar daha çox fərqli bir şəkildə inkişaf edəcəkdir. Regional problemləri, xüsusilə bölgədə enerji sahəsindəki məsələləri Türkiyə ilə Azərbaycan arasında dəyərləndirmək imkanımız oldu.
Əlbəttə, bütün bunlarla birlikdə Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” anlayışının gələcəyə aparılması istiqamətində bizim aramızdakı birliyimizi, bərabərliyimizi, dayanışmamızı sağdan, soldan gələ biləcək, bizə aid olmayan hər hansı bir düşüncələr poza bilməz. Bu cür fitnə-fəsad ocaqlarına heç bir zaman fürsət verə bilmərik və verməməliyik. Bu mövzudakı düşüncələrimizi paylaşmağın xoşbəxtliyi içərisində olduq. İnanıram ki, bütün nazirlərimiz də, - təbii ki, bu heyətdə yeni kabinetdə vəzifə tutan nazirlər var, - azərbaycanlı həmkarlar ilə qarşılıqlı fəaliyyəti daha da sürətləndirməklə bu addımları atacağıq. Mən bu görüşümüzün xeyirliyə səbəb olmasını arzu edirəm”.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, həm təkbətək görüşdə, həm də ki, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələri nəzərdən keçirilib, təhlil edilib: “Əldə edilmiş nailiyyətlər, uğurlar haqqında danışdıq və şübhəsiz ki, gələcək əməkdaşlıq haqqında da geniş fikir mübadiləsi aparıldı. Türkiyə ilə Azərbaycan arasında əlaqələr həmişə olduğu kimi çox yüksək səviyyədədir. Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Biz bu gün həm ikitərəfli məsələləri geniş müzakirə etdik, həm də bölgədə mövcud olan vəziyyət nəzərdən keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında mən hörmətli cənab Baş nazirə öz fikirlərimi bildirdim. Regional vəziyyət, regionda baş verən hadisələr şübhəsiz ki, diqqətimizdən kənarda qalmadı. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, enerji sektorunda əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da çox səmimi söhbətimiz olmuşdur. Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi vardır. Bütün dövrlərdə bizim xalqlarımız bir yerdə yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk. Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox hallarda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin. Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə söyləyib ki, dost və qardaş Azərbaycanda olmaqdan duyduğum məmnunluğu xüsusilə ifadə etmək istəyirəm: “Bu gün dəyərli qardaşım hörmətli İlham Əliyevlə Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələri ən geniş şəkildə müzakirə etmək fürsəti əldə etdik. Təbii ki, bizim tarixi birliyimiz müzakirə mövzusu deyil. Buna kölgə salmaq isəyənlərə də şübhəsiz ki, bu görüşlərimiz ən gözəl cavabı vermiş olacaqdır. Bizim bu görüşümüzdə də müzakirə edilən ən önəmli məsələ şübhəsiz ki, budur. Bir az sonra parlamentdə edəcəyim çıxışda bunları çox açıq şəkildə ifadə edəcəyəm. Təbii ki, ikitərəfli əlqələrimizin təməlində bizim “bir millət, iki dövlət” anlayışımız eynilə davam etməkdədir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm. Təbii ki, burada digər bir atılmalı olan addım Minsk qrupu üçlüyünün - ABŞ, Rusiya, Fransa - 18 ildir sürən müzakirələri sürətləndirməsi və qısa bir zamanda nəticə əldə olunması vacibdir. Burada da, yenə inanıram ki, son qərar dəyərli qardaşım Əliyevlə Ermənistan Prezidenti Sarkisyanın görüşlərində əldə ediləcəkdir. Ondan sonra bizim də üzərimizə bir vəzifə düşərsə həmin vəzifəni icra edərik. Bütün bunlarla bərabər təbii ki, bölgədəki problemləri, həmçinin enerji məsələsini müzakirə etmək fürsətimiz oldu. Bu gün Azərbaycan ixracatçı ölkədir. Təbii qaz üzrə hazırda xüsusilə önəmli ixracatçı ölkədir və ixracatçı ölkə olaraq da həm bizim Azərbaycanla təbii qazla bağlı ikitərəfli anlaşmalarımız, həm də regional və qonşu ölkələrlə bağlı ola biləcək anlaşmalar var. Bu istiqamətlərdə də söhbətimiz olmuşdur. Bütün bunlarla bərabər təbii ki, nəqletmədə gələcəyə doğru hansı addımları ata biləcəyimiz barədə müzakirələr oldu. Nazirlərimizin bir-biriləri ilə görüşləri oldu və belə görüşlər bu gün də davam edəcəkdir. Əminəm ki, Azərbaycandakı bu görüşümüz gələcəyə doğru daha da fərqli, daha da güclü təməllərin eyni şəkildə yüksəlməsinə bir zəmin olacaqdır”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab veriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

