/ / Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət nazirini qəbul edib
31.05.2017 [09:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tamir bin Sübhan Əs-Sübhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Tamir bin Sübhan Əs-Sübhan onların adından qrafikinin gərgin olmasına və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə baxmayaraq, Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edib, son dövrdə bir neçə dəfə Bakıda olmasından məmnunluğunu bildirib.
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkənin rəhbərliyinin bu münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini söyləyib. “Biz istəyirik ki, əlaqələrimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qalxsın”, - deyən Tamir bin Sübhan Əs-Sübhan yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin xalqlarımız arasında səfərlərin artmasını arzuladıqlarını vurğulayıb.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanla yenidən görüşməkdən məmnun olduğunu bildirib. Ərəb-İslam-Amerika Sammitinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev qeyd edib ki, Sammitdən Bakıya qayıdandan sonra bildirib ki, ABŞ Prezidenti Donald Trampın ilk rəsmi səfərini müsəlman ölkəsinə - Səudiyyə Ərəbistanı Krallığına həyata keçirməsi bütün müsəlman aləminə olan hörmətin təzahürüdür. Dövlətimizin başçısı Sammitin çox yaxşı keçdiyini və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına toxunan Prezident İlham Əliyev bu Oyunları müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsi üçün önəmli hadisə kimi dəyərləndirib. Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin uğurla inkişaf etdiyini və gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və onun varisinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

