/ / Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
09.08.2018 [09:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçib.
Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Ebrahim Yusuf Al-Abdullanın səfirlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif qurumlarının rəhbərləri ilə görüşəcəyinə və bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Ebrahim Yusuf Al-Abdulla Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd edib ki, Bəhreyn Krallığında Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər əldə etdiyi uğurlar böyük maraqla izlənilir.
Səfir Ebrahim Yusuf Al-Abdulla ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirib, eyni zamanda, mədəni əlaqələrin inkişafının da önəmli olduğunu qeyd edib.
Azərbaycan ilə Bəhreyn arasında bir çox oxşar məqamların olduğunu bildirən səfir vurğulayıb ki, hər iki ölkə öz müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşviqi, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün dünyada səylər göstərir.
Ebrahim Yusuf Al-Abdulla qeyd edib ki, Azərbaycan Prezidenti və Bəhreyn Kralının əlaqələrimizin inkişafı ilə bağlı göstərdiyi siyasi iradə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır və beynəlxalq ictimaiyyətin bizim ölkələrimizə böyük etimadı var.
Səfir onu da bildirib ki, Azərbaycan postsovet məkanında, Bəhreyn isə Yaxın Şərqdə aparıcı maliyyə mərkəzlərindən biridir və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.
Dövlətimizin başçısı siyasi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini müxtəlif məsələlər, o cümlədən ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini və bunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, keçən il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu və böyük müvəffəqiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycan müsəlman ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İqtisadi-ticari əlaqələrin, qarşılıqlı ixracatın genişlənməsinin vacibliyinə toxunan dövlətimizin başçısı turizm sahəsində də böyük potensialın olduğunu və Bəhreyndən Azərbaycana gələn turistlərin sayının durmadan artdığını qeyd edib.
Dövlətimizin başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, Onun da salamlarını və xoş arzularını Bəhreynin Kralına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

