Milli Məclisdə bölgədə baş verən proseslər müzakirə olunub
21.10.2009 [09:20]
Milli Məclisin dünənki iclasında cari məsələlər üçün ayrılmış vaxt, demək olar ki, bütünlüklə regionda baş verən son hadisələrə, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların müzakirəsinə həsr olunub. Vitse-spiker Bahar Muradova bildirib ki, Türkiyəyə səfər edən Azərbaycan Milli Məclisinin nümayəndə heyəti üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Deputatlar müxtəlif səviyyələrdə görüşlər keçirərək Azərbaycan xalqının narahatlığını Türkiyə ictimaiyyətinə çatdırdılar. B.Muradova deyib ki, parlament baş vermiş hadisələrə münasibət bildirməkdə gecikməyib. Vitse-spikerin sözlərinə görə, hadisələrin gedişatını izləyərkən təxribata gedilməməli, təmkin nümayiş etdirilməlidir. “Amma biz uman yerdən küsürük. İki ölkənin bayraqları arasında heç bir fərq yoxdur. Heç bir türk bayrağı Azərbaycanda təhqir olunmayıb, sadəcə, qanunun tələbi həyata keçirilib” - deyə B.Muradova vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda antitürk təbliğatı aparılmır. Sadəcə, xalqımız istəyir ki, işğal olunmuş torpaqlarımız azad edilməyənə qədər Türkiyə Ermənistanla sərhədlərini açmasın. B.Muradova bildirib ki, Bakıdakı Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının götürülməsi ilə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur: “Bu, qanun çərçivəsində həyata keçirilib. Düşmən dəyirmanına su tökmək lazım deyil”.
Daha sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə səfəri haqqında ətraflı məlumat verib. Keçirilən görüşlər zamanı Türkiyənin rəsmi dairələrinin Azərbaycanın maraqlarına zidd addımlar atılmayacağı haqda dediklərini xatırladan S.Seyidov türk ictimaiyyətinin də bu proseslərdə Azərbaycanın yanında olduğunu vurğulayıb.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığını hansısa kampaniya ilə aradan qaldırmaq, ona xələl gətirmək mümkün deyil. çünki bu münasibətlər iqtidarların, hökumətlərin, siyasi partiyaların arasında olan dostluq, qardaşlıq deyil, xalqlar arasında olan möhkəm əlaqələrdir. Əli Əhmədov deyib ki, Türkiyənin hakim dairələri işğalçılıq siyasətinə son qoyulana qədər Ermənistanla sərhədlərin açılmayacağı barədə verdikləri sözün üstündə durmalıdırlar. “Türkiyə ilə Ermənistan arasında protokollar imzalanana qədər hansısa ümid vardısa, imzalanma mərasimindən sonra Azərbaycanın maraqlarının təmin olunacağına, verilən bəyanatlara inam Azərbaycan cəmiyyətində əhəmiyyətli dərəcədə azalıb. Əgər protokollar imzalanana qədər Türkiyənin səyləri daha inandırıcı görünürdüsə, bundan sonra bu səylərin inandırıcı olması xeyli dərəcədə şübhəlidir. İnanmaq istəyirəm ki, Azərbaycanın maraqlarını qorumaq istiqamətində türk və Azərbaycan cəmiyyətləri öz səylərini nümayiş etdirə biləcəklər. çalışmalıyıq ki, birlikdə olan gücümüz zəifləməsin, torpaqlarımız işğaldan azad olunana qədər Ermənistanla sərhədlər açılmasın” - deyə YAP-ın Sədr müavini vurğulayıb.
Əli Əhmədov, həmçinin, Azərbaycan parlamentinin bu hadisələrə çevik reaksiya verməməsi ilə bağlı fikirlərlə də razılaşmayıb. Onun sözlərinə görə, Milli Məclisin deputatları məsələ ilə bağlı lazım olan addımları atır. Parlamentin nümayəndə heyətinin Türkiyəyə uğurlu səfəri də bunu təsdiq edir.
ümid Partiyasının sədri İqbal Ağazadə çıxışında deyib ki, imzalanmış protokollar Azərbaycan ictimaiyyətini narahat edir. Onun fikrincə, belə bir zamanda Milli Məclisdə Dağlıq Qarabağ problemi müzakirəyə çıxarılmalıdır. Millət vəkili onu da deyib ki, bu gün Azərbaycan və Türkiyə bayraqları birgə daha yüksəklərdə dalğalanmalıdır. çünki bəzi xoşagəlməz proseslər düşmənlərimizi sevindirir. “Türkiyə yalnız AKP-dən ibarət deyil” deyə İ.Ağazadə qeyd edib.
Millət vəkili Aynur Quliyeva isə yaranmış vəziyyətlə bağlı Azərbaycan müxalifətinin münasibət açıqlamamasına etiraz edib: “Türkiyə ilə Ermənistan arasında danışıqlar Azərbaycan üçün təhlükəli mərhələyə çatıb. Cəmiyyətimizin müxtəlif təbəqələri bu məsələyə münasibət bildirsələr də, müxalifət susur. Azərbaycanla müqayisədə Türkiyə müxalifəti xüsusi fəallığı ilə seçilir. 2003-cü ilin prezident seçkilərində müxalifət Türkiyəni sərt tənqid edirdi, çünki deyirdilər ki, bu dövlət İsa Qəmbərin namizədliyini dəstəkləmədi. Yəqin indi də xaricdən Sem dayılarının göstərişlərini gözləyirlər”.
Millət vəkili Cəmil Həsənli çıxışında deyib ki, Milli Məclis hadisələrə operativ reaksiya verməlidir. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı prosesləri səbrlə izləməyi məqsədəuyğun sayıb. Onun sözlərinə görə, imzalanmış protokollarda Qarabağ məsələsinə dair heç bir müddəanın olmaması ciddi narahatlıq yaradır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, son proseslərlə bağlı cəmiyyətin narahatlığı başadüşüləndir. çünki, son hadisələr Azərbaycan və Türkiyənin maraqlarına uyğun deyil. Protokollara toxunan Z.Əsgərov deyib ki, imzalanma mərasimində həmsədr dövlətlərin xarici işlər nazirlərinin iştirakı təəccüblüdür. çünki, onların əsas missiyası Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmaqdır. “Əgər Ermənistanın xarici işlər nazirinə “İmzala, get” deməyi bacarırlarsa, deməli, “Qoşunlarını Qarabağdan çək” də deyə bilərlər”. MM sədrinin birinci müavini böyük dövlətlərin ikili, üçlü, dördlü standartlarla işlədiyini vurğulayıb: “Onların davranışları tərbiyəli olmalı, beynəlxalq hüquqa hörmətə söykənməlidir. Əslində isə, onlar beynəlxalq hüquq normalarını pozurlar. Bu normalar artıq güc normalarına çevrilib. Biz də ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiq etməliyik. Həmsədrlər istəsələr, Ermənistana asanlıqla təzyiq edə bilərlər”.
Z.Əsgərovun sözlərinə görə, bizim imzalanan protokollarla bağlı narahatlığımız həm də Türkiyəyə görədir: “Biz erməniləri çox yaxşı tanıyırıq. Onlar protokollar qüvvəyə minəndən sonra gəlib Türkiyədə yerləşəcəklər, oranın Ermənistan ərazisi olduğunu iddia edəcəklər. Biz istəyirik ki, Türkiyə bunları bilsin. Sərkisyan Ermənistanda oturub deyir ki, Ermənistanın paytaxtı Türkiyədədir”.
Birinci vitse-spiker Z.Əsgərov Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağının da götürüldüyünü xatırladıb. Onun sözlərinə görə, bu addım “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Qanuna uyğun atılıb: “Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız? Mən bayrağımızı o vəziyyətdə görəndə özümü təhqir olunmuş saydım. Biz istəyirik ki, Türkiyə yetkililəri Azərbaycanın milli maraqlarını nəzərə alsınlar”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, ümummilli məsələlərdə hamı birləşməyi bacarmalıdır. “Kim ki Türkiyə-Azərbaycan münasibətlərini korlamaq istəyir, onun ermənidən heç bir fərqi yoxdur” deyə spiker qeyd edib. O.Əsədov bildirib ki, qarşılıqlı ittihamları bir kənara qoymaq lazımdır: “Bursada Azərbaycan bayrağına münasibət hamımızın heysiyyətinə toxundu. Stadion 15 min bayraq tutmaz, həmin bayraqları yığıb bir kənara qoysaydılar, başqa məsələ olardı. Amma bayraqların üzərində WS yazılmış qablara tökülməsi hamımızın heysiyyətinə toxunur. Rusiya ilə Azərbaycanın futbol komandaları arasında keçirilən görüşdə Türkiyə bayrağı ən yüksəkdə dalğalanırdı və buna heç kim heç nə demədi”.
Milli Məclisin sədri hazırda bu məsələdən təxribat məqsədilə istifadə etmək istəyənlərin olduğunu da qeyd edib: “Türkiyədə ermənilərin sayı Azərbaycandan qat-qat çoxdur. Türkiyə-Azərbaycan münasibətlərində heç kim qızışdırıcı mövqedən çıxış etməsin. Bir dəfə demişəm, yenə deyirəm: iqtidarlar gəldi-gedərdi, xalqlar və onların dostluğu isə əbədidir. Xalqlar arasında düşmənçilik salanlar əsl düşmənlərdir”.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər.
Belə ki, iclasda “Daxili qoşunların statusu haqqında”, “Dövlət rüsumu haqqında”, “Patent haqqında” qanunlara və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə qərar qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54

