Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib

Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib

30.04.2019 [10:33]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edib. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qəbula görə minnətdarlığını bildirən Emilio Monzo Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Argentinada böyük nüfuza malik olduğunu deyib və dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduğunu məmnunluqla qeyd edib. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31