Fransa Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır
10.12.2009 [10:30]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Parisdə Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin görüşü olub. Sarayın qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçib. Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə qarşılayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Nikola Sarkozi ilə görüşü olub. Fransa dövlətinin başçısı adından Azərbaycan Prezidentinin şərəfinə nahar verilib.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Fransa Prezidenti bildirib ki, Azərbaycan yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və gözəl perspektivləri olan ölkədir. Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
Dövlət başçıları iqtisadi sahədə, energetika və qeyri-neft sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu sahələrdə əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb və münaqişənin həlli ilə əlaqədar aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Milli Assambleyanın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Fransa Milli Assambleyasının sədri Bernar Akoyer qarşılayıb. Prezident İlham Əliyev və Bernar Akoyer rəsmi foto çəkdiriblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Milli Assambleyasının sədri Bernar Akoyerin görüşü olub. Bernar Akoyer bildirib ki, Fransa Azərbaycana və şəxsən Sizin fəaliyyətinizə maraq göstərir. Parlamentlərarası əlaqələrin uğurla tərəqqi etdiyini bildirən Bernar Akoyer parlametlərarası əməkdaşlığın bundan sonra da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur. Bu, Sizin Fransa Prezidenti Nikola Sarkozi ilə şəxsi münasibətlərinizdə də özünü göstərir.
ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıran B.Akoyer bildirib ki, dünya iqtisadi böhranı dövründə Fransanın Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Bizim Azərbaycan ilə iqtisadi əlaqələrimiz durmadan inkişaf edir. Fransa üçün Azərbaycan ilə iqtisadi əlaqələr böyük önəm daşıyır. Bu sahədə maraqlarımız bir-birini tamamlayır. İqtisadi sahədə möhkəm olan əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminəm.
Energetika sahəsində əlaqələri xüsusi qeyd edən Milli Assambleyanın sədri deyib ki, biz enerji təhlükəsizliyi məsələsinə böyük əhəmiyyət veririk və Azərbaycana bu sahədə fəaliyyət göstərən çox mühüm ölkələrdən biri kimi baxırıq.
Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu vurğulayıb ki, bu səfər münasibətlərimizin inkişafında mühüm addım olacaq. ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir, geniş sahələri əhatə edir. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, əlaqələrimiz gələcəkdə də möhkəmlənəcək. İkitərəfli münasibətlərimiz qarşılıqlı maraqlar üzərində qurulub və böyük perspektivlərə malikdir. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, bu, mənim Fransaya üçüncü səfərimdir. Nəzərə alsaq ki, beş ildə bir dövlət və iki rəsmi səfər həyata keçirilib, bu da əlaqələrimizin yaxşı göstəricisidir.
Prezident İlham Əliyev deyib ki, ikitərəfli münasibətlərimiz çoxşaxəlidir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz güclənir. Parlamentlərarası əməkdaşlığa böyük əhəmiyyət veririk və bu səfər uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin perspektivlərini və həmin sahədə konkret addımları nəzərdən keçirmək üçün yaxşı imkan yaradır. İqtisadi sahədə də əlaqələrimizin durmadan inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, Fransa şirkətləri Azərbaycanda fəaldır. Fransa şirkətləri ilə neft-qaz, energetika və digər sahələrdə fəal əməkdaşlıq edirik.
Dövlətimizin başçısı energetika sahəsində görülən işlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu və perspektivləri barədə danışıb.
Fransa Milli Assambleyasının sədri Bernar Akoyer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanıb.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri barədə söhbət açıb.
Fransa Milli Assambleyasının sədri Bernar Akoyer dövlətimizin başçısını yola salıb.
Fransada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev dünən Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşüb. Görüşdə MEDEF-interneşnlın rəhbəri Jan Bürel çıxış edərək deyib: “Hörmətli cənab Prezident, Hörmətli səfirlər, Xanımlar və cənablar, dostlar. Sizi burada - Parisdə bir daha görməyimizə çox şadıq. İki il bundan əvvəl Siz Prezident Jak Şirakla görüşmüşdünüz. Bu dəfə isə Prezident Sarkozi ilə görüşəcəksiniz. Burada Siz MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşürsünüz. Bir azdan xanım Paskal Janin, - Siz onu tanıyırsınız, bir neçə həftə öncə ölkənizə səfər etmişdi, - Sizə suallarla müraciət edəcəkdir. Düşünürəm ki, söhbətimiz faydalı olacaqdır. Burada iştirak edənlərin hamısının Azərbaycana marağı böyükdür. Sizi dinləməyə və Sizə suallar verməyə həddindən artıq maraqlıyıq. İcazənizlə, fürsətdən istifadə edərək, diqqətinizə bir daha çatdırım ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri daxildir. Bəzi şirkətlər təyyarə, bəziləri isə avtomobil istehsalı ilə məşğuldur. Mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər də vardır. Bizim üçün vaxt ayırdığınıza görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm. Sözü həmkarım xanım Paskal Janinə verirəm”.
“Derişübörq poliurban” şirkətinin rəhbəri xanım Paskal Janin Peres çıxış edərək bildirib: “Təşəkkür edirəm. Cənab Prezident, Hörmətli səfirlər, Xanımlar və cənablar. İlk növbədə Sizinlə Parisdə yenidən görüşməyimdən nə qədər məmnun olduğumu diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə həftə əvvəl bizi Bakıda qəbul etdiyiniz zaman göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Son illər ərzində ölkənizdə baş verən inkişaf və yeniliklər bizi çox valeh edib. Xüsusilə də qlobal iqtisadi böhran zamanı Azərbaycan öz mövqeyini qoruyub saxlaya bilmişdir. Biz Bakıda olarkən ölkənizdə iqtisadiyyatınızı şaxələndirmək və müasirləşdirmək, eyni zamanda, karbohidrogen ehtiyatlarının ixracından asılılığını azaltmaq və qeyri-enerji sektoruna sərmayə yatırmaq istəyinizi tam anladıq. Fransanın işgüzar adamları Azərbaycandan bu ölkənin inkişafına daha çox cəlb olunmaq arzusu ilə ayrıldılar. Cənab Prezident, biz Sizin səylərinizi dəstəkləyirik. Sizi əmin etmək istəyirik ki, Fransa şirkətləri Azərbaycanın inkişafında bütün istiqamətlərdə iştirak etmək arzusundadır. Biz, eyni zamanda, Sizin 2010-cu ildə ekologiyaya daha çox əhəmiyyət vermək niyyətlərinizə heyran olduq. Fransanın bir neçə şirkəti bu sahədə dünyanın aparıcı şirkətləridir və ekoloji məsələlərin həllində sizlər üçün faydalı iş görə bilər. Cənab Prezident, indi isə biz Sizi və Azərbaycanın prioritetləri haqqında fikirlərinizi dinləməyə çox maraqlıyıq. Fransa şirkətlərinin layihələrinizin icrasına cəlb olunmaqla necə yardımçı ola biləcəyini bilmək istərdik. Bir daha Sizə təşəkkür edirəm, cənab Prezident”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək deyib: “Təşəkkür edirəm, əziz dostlar. Bu görüşə görə də minnətdarlığımı bildirirəm. Bu, bizim ilk görüşümüz deyildir. Xatirimdədir, mən Fransaya ilk dəfə rəsmi səfərə gələndə, - bu, 2004-cü ilin əvvəlində, seçkilərdən cəmi iki ay sonra baş tutmuşdu, - o zaman biz görüşdük. Hesab edirəm ki, həmin görüş aramızdakı iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli rol oynadı. çünki o zaman Azərbaycan beynəlxalq biznes dairələri üçün o qədər də tanınan ölkə deyildi. Eyni zamanda, mən iki il bundan öncə baş tutan görüşümüzü də xatırlayıram. Bu gün də biz görüşürük. Beləliklə, mən hər dəfə Fransaya səfər edəndə görüşümüz olur. Bu, ilk növbədə əlaqələrimizin, digər tərəfdən isə iqtisadi əməkdaşlığımızın qarşılıqlı əhəmiyyətini əks etdirir.
Son illər ərzində ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Fransanın bir çox şirkətləri artıq Azərbaycanda fəaliyyətə başlayıb. Bir çox şirkətlər ölkəmizə sərmayələr yatırıb. Bəzi şirkətlər ölkəmizdə müqavilə əsasında çalışıb və bu gün də çalışmaqda davam edir. Əgər iqtisadi əlaqələrimizin ümumi statistikasına nəzər salsaq, ölkələrimiz arasında qarşılıqlı iqtisadi dövriyyədə böyük artımın olduğunu görərik. ötən il ticarət dövriyyəmiz 2,5 milyard dollara yaxın olub. Nəzərə alsaq ki, biz kiçik rəqəmlərlə başlamışdıq, hesab edirəm, indi bu, böyük rəqəmdir.
İqtisadi əməkdaşlığımızın inkişafının bu mərhələsində düşünürəm ki, ötən illərdən fərqli olaraq, indi bizim daha yaxşı imkanlarımız vardır. çünki Azərbaycan son illər ərzində uğurla inkişaf edib. Biz əsas iqtisadi çətinlikləri dəf etməyə nail olmuşuq. Hesab edirəm ki, iqtisadiyyatımız artıq keçid iqtisadiyyatı deyildir. Baxmayaraq ki, keçid dövrü bir qədər çox vaxt apardı. Bu da təbii haldır, çünki bir sistemdən digərinə keçərkən, yəni planlaşdırılan iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid üçün çox vacib islahatlar aparılmalıdır. Artıq bütün zəruri islahatlar aparılıb. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı qarşılıqlı iqtisadi əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaqdır.
ümumiyyətlə biz həm ikitərəfli, həm iqtisadi sahədə əlaqələrimizin səviyyəsindən çox razıyıq. Hesab edirəm ki, biz bu cür qarşılıqlı maraqla uğurla irəliləyə bilərik. Düşünürəm ki, 2004-cü ildəki görüşümüz iqtisadi əlaqələrimizin sürətlə inkişafı üçün əhəmiyyətli rol oynadı. ümid edirəm ki, bu görüşdən və MEDEF-in bu yaxınlarda Bakı görüşündən sonra biz ölkəmizə gələcək sərmayə yatırımları ilə bağlı yeni prioritetləri, əməkdaşlığın yeni sahələrini Fransa sərmayədarlarının maraqları və Azərbaycan hökumətinin prioritetlərinə uyğun olaraq müəyyənləşdirəcəyik. Böyük işlər görülüb. Lakin görüləsi işlər hələ də çoxdur. Bizim konkret tədbirlər proqramımız vardır. Bu, artıq ikinci proqramdır. İlk proqram 2004-cü ildə qəbul olunub və 2008-ci ilə qədərki dövrü əhatə edib. Sizə deyə bilərəm ki, 2004-2008-ci illər ərzində, yəni son 5 il ərzində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub. ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artıb. Bu, dünyanın ən sürətlə artan iqtisadiyyatı olub. Növbəti 5 il - 2009-2013-cü illər üçün bizim maliyyə və texniki imkanlarımıza və beynəlxalq biznes dairələri ilə artıq mövcud olan təcrübəmizə əsaslanan dəqiq tədbirlər proqramımız vardır. Bu proqram əsasən ölkəmizin hələ də mövcud olan mühüm iqtisadi, sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə kömək edəcəkdir. ümid edirəm ki, növbəti illərdə də Fransa şirkətləri müxtəlif əhəmiyyətli layihələrin həyata keçirilməsində bizim tərəfdaşlarımız olacaqdır. İqtisadiyyatımız hətta 2009-cu ildə, qlobal maliyyə böhranı zamanı da sürətlə inkişaf edir. İlin on ayının göstəricilərinə əsasən, iqtisadi artım 8,4 faiz, sənaye istehsalı artımı isə 7,3 faiz olub. Nəzərə alsaq ki, enerji sektoru hələ də ölkə iqtisadiyyatının əsas sektoru sayılır və neftin qiyməti son bir il ərzində kəskin şəkildə aşağı düşüb, bu, bizim ümumi iqtisadi inkişafımıza təsir göstərməyib. Bu da məhz iqtisadiyyatımızın şaxələndirilməsinin, qeyri-enerji sektoruna sərmayə qoyuluşu siyasətinin nəticəsidir. Həmin sərmayələr o sahələrə yatırılır ki, gələcəkdə əlavə gəlir gətirsin. Bir daha qeyd etmək istəyirəm ki, növbəti illər üçün böyük planlarımız vardır və ümid edirəm ki, bütün bu planlar həyata keçiriləcəkdir. Müxtəlif layihələrə gəldikdə isə onu deyə bilərəm ki, sizin nümayəndələriniz Bakıda olarkən bir sıra görüşlər keçiriblər. Onlarda artıq bizim nə edəcəyimiz barədə məlumatlar vardır. 2010-cu ildə bizim həm dövlət büdcəsindən, həm də Neft Fondundan maliyyələşən dövlət investisiya proqramı 4,5-5 milyard dollara yaxın olacaqdır. Bu qədər vəsait iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılacaqdır. Biz Fransa şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Bəzi şirkətlər artıq nəhəng və əhəmiyyətli infrastruktur və sənaye layihələrinin icrasına başlayıb. Biz bu işlərin gedişindən məmnunuq. Əminəm ki, sizin gələn və növbəti illər ərzində icra olunacaq konkret sahələr və layihələr haqqında məlumatınız vardır. Hansı sahəyə daha çox diqqət yetirmək - artıq şirkətlərin öz işidir. Bizim prioritetlərə gəldikdə isə, qeyd etdiyim kimi, bu, əsasən qeyri-neft sektorudur. çünki biz neft və qaz sahəsində planlaşdırılan bütün işləri görməyə nail olmuşuq və növbəti illər ərzində indiyədək gördüyümüz işlərdən bəhrələnəcəyik. İnformasiya texnologiyaları, kənd təsərrüfatı, infrastruktur, təhsil, səhiyyə, ekologiya sahələri indi prioritetdir. Təsadüfi deyildir ki, 2010-cu il Ekologiya ili elan olunub. Biz bu sahəyə daha çox diqqət yetirməliyik. çünki Azərbaycanda neft hasilatına başlanan ilk dövrlərdən ekoloji məsələlərə fikir verilməyib. İndi isə bu sahədə böyük işlərin görülməsinə ehtiyac vardır. Biz çirklənmiş bütün əraziləri, torpağı, Xəzər dənizini təmizləməliyik və bu layihə üçün böyük vəsait ayrılacaqdır. Biz digər layihələri də dünyanın aparıcı şirkətləri ilə birgə həyata keçirməyi planlaşdırırıq. Bu təcrübə artıq vardır. 1990-cı illərin əvvəlində Azərbaycan hətta qeyri-mütəşəkkil, kasıb və iqtisadiyyatı tənəzzülə uğramış ölkə olarkən, biz böyük beynəlxalq şirkətləri ölkəmizə sərmayə qoymağa cəlb etməyə nail olduq. O da həqiqətdir ki, həmin sərmayələrin əksəriyyəti enerji sektoruna yatırılmışdı və bu, təbii bir hal idi. Bu il isə biz tərəfdaşlarımızı ölkəmizin həm enerji, həm də qeyri-enerji sektorlarına sərmayə yatırmağa dəvət edirik. Etibarlılığı artırmaq üçün biz Dövlət İnvestisiya Şirkətini yaratdıq. Bu şirkət müxtəlif layihələrin icrasında artıq həm sərmayədar kimi çalışır və həm də çalışacaq ki, potensial investorlar üçün etimadı artırsın. Biz bu məsələni bu yaxınlarda Bakıda da müzakirə etdik. Biz Fransa şirkətləri tərəfindən yatırılacaq sərmayələri alqışlayırıq. Biz Fransa şirkətlərinin müqavilə əsasında və ya müxtəlif birgə müəssisələrin, qurumların üzvləri kimi fəaliyyətini müsbət qarşılayarıq. Biz uğurlu əməkdaşlığımızı davam etdiririk. Bu gün bir daha sizinlə burada olmağımdan və bu vacib məsələləri sizinlə müzakirə etməkdən çox məmnunam. ümid edirəm ki, bu görüşdən sonra biz görülən işlərin əyani nəticələrinin şahidi olacağıq. çox sağ olun”.
Sonra dövlətimizin başçısı dünya iqtisadi böhranı fonunda Azərbaycanın inkişaf prosesləri, ölkəmizin iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, enerji sahəsində görülən işlər, Azərbaycanın regionda hazırkı vəziyyəti və gələcək rolu, 2010-cu ildə - Ekologiya ilində görüləcək işlər, nəqliyyat, aviasiya, səhiyyə və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verib. Prezident İlham Əliyev ölkəmizin gələcək planlarından, müstəqilliyin ilk illərində üzləşdiyimiz sınaqlardan, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışıb. Dövlətimizin başçısı qeyd etib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub. Hazırda sürətlə inkişaf edən Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə dünyada lider ölkələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Parisdə onun üçün ayrılmış iqamətgahda Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə, o cümlədən siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıdığı qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin hazırkı vəziyyətindən söhbət açılan görüşdə, regional və bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Senatın binası qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Fransa Senatının sədri Jerar Larşe qarşılayıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Senatının sədri Jerar Larşenin görüşü olub. Görüşdə parlamentlərarası əlaqələrin genişlənməsinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulanıb. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından böyük önəm daşıdığı bildirilib. Parlamentlərarası əlaqələrin möhkəmlənməsində dostluq qruplarının rolu qeyd edilib. ölkələrimizin qanunverici orqanlarının əməkdaşlığının əhəmiyyətindən danışılan görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda dövlətimizin başçısı Senatın xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

