Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir

Müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir

15.12.2009 [09:54]

Yeni Azərbaycan Partiyası Xalq yazıçısı Anarın Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının təqdimatını keçirib
Dekabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) müstəqil dövlətimizin qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Hyatt Regency” otelinin “Quba” zalında Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” kitabının təqdimatını keçirib. Təqdimat mərasimində YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və tanınmış ziyalılar iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu günlər qədirbilən Azərbaycan xalqı ənənəsinə sadiq qalaraq Fəxri Xiyabana gəlir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzür, Onun əziz xatirəsini dərin ehtiramla anır. “Bununla da, xalq öz mənəvi kamilliyini ifadə edir. Hər bir millət keçmişinə hörmət bəslədikdə, onun gələcəyi parlaq olur. Azərbaycanın bugünkü uğurları və gələcək perspektivləri Heydər Əliyevin yaratdığı möhtəşəm Azərbaycan dövlətinin həm bugünkü qüdrətindən, həm də gələcək perspektivlərindən xəbər verir. Bununla belə, Ulu öndərimizin xatirəsinə böyük ehtiram hər bir Azərbaycan vətəndaşının, bütövlükdə toplumun öz dahi liderinin xatirəsinə hörmətini ifadə etməklə mənəvi kamilliyini büruzə verir”, - deyə Əli Əhmədov vurğulayıb.
ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, Onun rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən danışan YAP-ın Sədr müavini deyib ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub gedib. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri sırasında öz mövqelərini getdikcə möhkəmləndirir. Hər bir xalqın öz keçmişinə hörmətlə yanaşdığını qeyd edən Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyev xalqımız üçün keçmiş deyildir. Son illər qazanılan uğurlar Ulu öndərimizin bu gün də bizimlə olduğunu təsdiq edir. Bu gün dünyada öz yeri, öz səsi olan müstəqil Azərbaycan dövləti məhz ümummilli liderimizin misilsiz xidmətlərinin bəhrəsidir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının yaşaması və qalib gəlməsi deməkdir. Nə qədər ki, Azərbaycan var, Ulu öndər Heydər Əliyev də var və Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaq. YAP Sədrinin müavini bildirib ki, Heydər Əliyev şəxsiyyətinə xalqımız tərəfindən sonsuz hörmət yalnız Ulu öndərin xatirəsini anma günlərində ifadə olunmur. Bu, çoxsaylı kitabların, əsərlərin nəşrində də öz təsdiqini tapır. Belə əsərlərdən biri də Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” kitabıdır. Hər bir kitabın 3 məziyyəti ilə -mövzu, məzmun və müəllifi ilə diqqəti cəlb etdiyini deyən Əli Əhmədov qeyd edib ki, təqdimatına toplaşdığımız əsər bu baxımdan çox dolğun bir nəşrdir: “Onun həsr olunduğu mövzu xalqımızın dahi oğlu, Azərbaycan tarixində silinməz iz qoymuş Heydər Əliyevlə bağlıdır. Məzmun baxımından bu kitab o qədər maraqlı, əhatəlidir ki, istər-istəməz hər bir oxucunu özünə cəlb edir. Müəllifə gəldikdə isə, söz sahibinin hörməti, nüfuzu nə qədər böyükdürsə, onun ifadə etdiyi fikirlər də həmin çəkiyə malikdir. Bütün bunlar “Unudulmaz görüşlər” kitabının dəyərini daha da artırır”.
Onun sözlərinə görə, kitabda müəllif Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün mədəni intibahının və sürətli inkişafının anatomiyasını açmağa müvəffəq olub. Ulu öndərin mədəniyyətə, ədəbiyyata, mənəvi dəyərlərə, bütün bunların ağırlığını çiynində daşıyan insanlara münasibəti kitabda konkret faktlarla öz əksini tapıb. YAP Sədrinin müavini Xalq yazıçısı Anarı Ulu öndər Heydər Əliyevə olan məhəbbətini bu kitabda uğurla əks etdirməsi münasibətilə təbrik edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çıxışında bildirib ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoyub. Onun sözlərinə görə, Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə bütün Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb. “Ulu öndər Heydər Əliyev deyirdi ki, Türkiyə Atatürkün fəaliyyətinin deyil, qəhrəmanlığının nəticəsidir. Müstəqil Azərbaycan da Heydər Əliyevin qəhrəmanlığının nəticəsidir”, - deyə N.Cəfərov vurğulayıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin bədii obrazı ədəbiyyatda hələ yaradılmayıb. Anarın kitabı isə bu prosesin yaranmağa doğru getdiyini göstərir.
Millət vəkili Rafael Hüseynov isə bildirib ki, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin özü böyük kitabdır. Heydər Əliyev haqqında çox kitabların yazıldığını deyən millət vəkilinin sözlərinə görə, hər yeni yazılan kitab Ulu öndərin haqqında dəyərli əsərlərdir. Bu baxımdan, Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” kitabı da xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Anara ən böyük qiyməti Ulu öndər Heydər Əliyev verib. R.Hüseynov ümummilli lider Heydər Əliyevin dərin və mənalı, keşməkeşli həyat yolu keçdiyini qeyd edərək bu həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıb.
Millət vəkili Fəttah Heydərov müasir Azərbaycanın inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin Azərbaycan xalqının əbədiyaşar lideri olduğunu deyən millət vəkilinin sözlərinə görə, Ulu öndər bütün həyatını öz doğma torpağına həsr edib. O, qeyd edib ki, Anarın timsalında Azərbaycan ziyalıları ümummilli liderimiz haqqında layiqli əsərlər yaradır. “Sevindirici haldır ki, bu gün ölkəmizdə Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirir və tam dəstəkləyir”, - deyə F.Heydərov qeyd edib.
Millət vəkili Elmira Axundova Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacib olduğunu bildirərək ümummilli lider haqqında yazılan əsərlər, o cümlədən, Xalq yazıçısı Anarın yeni nəşr olunmuş “Unudulmaz görüşlər” kitabının bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. “Həmişə arzum bu olub ki, ümummilli liderimiz haqqında təsadüfi adamlar deyil, dəyərli ziyalılar əsərlər, kitablar yazsınlar. Xalq yazıçısı Anarın kitabı da belə dəyərli əsərlərdəndir. Dəyərli ziyalılarımızdan Elçinin, Mövlüd Süleymanovun, Vilayət Quliyevin və digər ziyalıların Ulu öndərimiz haqqında qiymətli əsərləri var. Bunların sırasına yenisi əlavə olunur” deyən E.Axundova Ulu öndər haqqında xatirələrini də danışıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxışında kitabın məziyyətlərindən danışıb, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz həyat yolundan söhbət açaraq, Xalq yazıçısı Anarın kitabında Ulu öndərin parlaq obrazının təcəssümünü tapdığını vurğulayıb. O, bildirib ki, kitabda ümummilli liderin bu xüsusiyyətləri 40 ilə yaxın bir dövrü əhatə edən konkret faktlarla və böyük səmimiyyətlə əks olunub. Eyni zamanda, Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri yazıçının diqqətindən kənarda qalmayıb.
Kitab haqqında səslənmiş xoş sözlərə görə təşəkkürünü bildirən YB-nin sədri, Xalq yazıçısı Anar Ulu öndərin böyük dövlətçilik fəaliyyətinin təhlilinə, öyrənilməsinə və təbliğinə dair hələ çox kitabların yazılmasına ehtiyac duyulduğunu bildirib. O, qeyd edib ki, bu əsərlər konkret sənədlərə əsaslanmalıdır. ümummilli lider Heydər Əliyevin böyük tarixi şəxsiyyət olduğunu deyən Xalq yazıçısı Ulu öndərin həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı naminə gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Xalq yazıçısı deyib ki, Azərbaycan xalqının çətin anlarında məhz Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirib. O, Ulu öndər Heydər Əliyev ilə görüşlərinin öz həyatında dərin izlər buraxdığını bildirib. Müəllif Heydər Əliyevin Azərbaycan ziyalılarına, o cümlədən, yaradıcı insanlara olan qayğısından da söz açıb. “Unudulmaz Heydər Əliyev həmişə xalqımızın dəyərli ziyalılarını qoruyub və mən də onların sırasında olmuşam”, - deyə o, vurğulayıb.
Mərasimə yekun vuran Əli Əhmədov “Təhsil” nəşriyyatında Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın ictimaiyyət tərəfindən maraqla qarşılanacağını və Heydər Əliyev irsini öyrənənlər üçün əvəzsiz mənbə olacağını bildirib, müəllifə uğurlar arzulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1065 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31