Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
15.10.2019 [10:16]
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Sooranbay Şaripoviç.
Sizi Azərbaycan torpağında salamlamağa şadam. Biz Sizinlə artıq bir neçə gün əvvəl MDB Sammiti çərçivəsində görüşmüşük. Bu gün biz Sizi Azərbaycanda qəbul edirik. Çox şadam ki, Siz bizə səfər etmisiniz.
Biz sabah sammit keçirəcəyik, amma bu gün görüşüb bizim ikitərəfli münasibətlərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan var. Biz Sizinlə bu məsələləri artıq keçən il Qırğızıstanın Türk Şurasına üzv olan dövlətlərin başçılarının Samitini qəbul edərkən müzakirə etmişik. Həmin vaxt biz Sizinlə ikitərəfli məsələlərin geniş spektrini müzakirə etdik. Xatırlayıram ki, söhbət çox məhsuldar idi. Bu gün biz dialoqumuzu davam etdiririk. Əminəm ki, bugünkü görüş çərçivəsində biz gələcək qarşılıqlı fəaliyyətin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də digər sahələrdə vacib məsələlərini müzakirə edəcəyik.
Bizim üçün Qırğızıstan qardaş ölkədir, yaxşı dost, tərəfdaşdır. Əminəm ki, əlaqələrimiz gələcəkdə yalnız möhkəmlənəcək. Həmçinin fürsətdən istifadə edərək, Sizə Türk Şurasına səmərəli sədrliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycan estafeti Qırğızıstandan qəbul edir. Görülən belə yaxşı işlər üzərində biz gələn il ərzində ölkələrimiz arasında həmrəyliyi, qarşılıqlı dəstəyi möhkəmləndirməyə, həmçinin əməkdaşlığımızı real məzmunla zənginləşdirməyə səy göstərəcəyik. Əminəm ki, səfəriniz çox məhsuldar, uğurlu olacaq, bir qədər Azərbaycanla tanış olacaqsınız. Bir daha xoş gəlmisiniz. Sizə ən yaxşı arzularımı bildirirəm”.
* * *
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib: “Səmimi sözlərə görə çox sağ olun, hörmətli İlham Heydər oğlu, görüşümüzə çox şadam. Biz böyük məmnuniyyətlə Sizinlə Bakı şəhərində Türk Şurasının VII Sammiti çərçivəsində görüşürük. Bu, yubiley tarixi hadisədir. Biz əminik ki, sammit çox yüksək səviyyədə keçəcək.
Mən Sizin siyasi iradəniz sayəsində bu yaxınlarda Hökumətlərarası Komissiyanın iclasının uğurla baş tutduğunu xüsusilə qeyd etmək istəyirəm. Siz tərəfdən orada Baş Nazirin birinci müavini iştirak edib. Mən də Baş Nazirin birinci müavini Yaqub Abdulla oğlunu qəbul etdim. Çox maraqlı, təcrübəli, etibarlı insandır. Biz onunla bir çox məsələləri uzun müddət müzakirə etdik. Əminəm ki, bu iclas bizim ikitərəfli münasibətlərimizə, xüsusilə ticari-iqtisadi sahədə münasibətlərimizə yeni impuls verəcək.
Bu yaxınlarda Sizin qızınız Leyla Əliyeva bizdə olub. O, bizim xalqda çox yaxşı təəssürat doğurub. O, Olimpiya Komitəsi rəhbərlərinin forumunda iştirak edib. O, mənə şeirlər toplusu kitabını hədiyyə edib və İssık-Kul haqqında şeir yazıb. O, səmimi və istedadlı qızdır. Allah cansağlığı versin.
Sizin bildiyiniz kimi, biz də ikitərəfli münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. Sizin dediyiniz kimi, biz qardaş, dost ölkələrik. Biz həmişə münasibətlərimizi dəyərləndirir və qiymətləndiririk. Həmişə münasibətlərimizin inamla, fəal və qarşılıqlı maraqlar əsasında inkişaf etməsinə çalışırıq. Bir daha səmimi qəbula və hava limanında dostlarımızın göstərdikləri qonaqpərvərliyə görə sağ olun. Biz orada dost azərbaycanlıların səmimiyyətini hiss etdik. Çox sağ olun”.
Görüşdə bu yaxınlarda Bişkekdə hökumətlərarası komissiyanın iclasının keçirildiyi qeyd edilib. Söhbət zamanı iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

