Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilib
16.01.2010 [08:38]
Xəbər verdiyimiz kimi, yanvarın 14-də “Buta” sarayında görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidentinin “Xoşbəxt Yusifzadənin 80 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 28 dekabr tarixli Sərəncamına əsasən təşkil edilmiş mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək deyib: “Əziz Xoşbəxt müəllim! Bu gün sizin yubileyinizdir. Bu gözəl yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, siz həmişə olduğu kimi cavan, gümrah, nikbin olasınız və biz ölkəmizin gələcək inkişafı üçün birlikdə çox işlər görə bilək. Siz böyük insansınız, böyük alimsiniz. Sizin yubileyiniz Azərbaycanda geniş qeyd olunur. Bilirsiniz ki, yubileyinizin ölkə miqyasında keçirilməsi üçün mən bir müddət bundan əvvəl müvafiq Sərəncam imzalamışam. Bu onu göstərir ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz həqiqətən də buna layiqsiniz. Siz uzun illər Azərbaycanın neft-qaz potensialının inkişafı üçün çalışırsınız, işləyirsiniz. Fəal işləyirsiniz və ən önəmlisi ondan ibarətdir ki, bu fəaliyyətin ölkəmiz üçün çox gözəl və çox vacib nəticələri vardır. Sizin bilavasitə rəhbərliyiniz və iştirakınız sayəsində Azərbaycanda 20 neft-qaz yatağı kəşf edilmişdir. Onların içində bu gün Azərbaycanın neft-qaz potensialını böyük dərəcədə müəyyən edən “Azəri”, “çıraq”, “Günəşli”, “Kəpəz”, “Bahar” yataqları vardır. Bütün bu yataqlar Azərbaycanı bu gün dünya neft aləmində təmsil edir. Bütün bu yataqların kəşfi və işlənilməsi, onların bugünkü mövcudluğu Azərbaycanın nəinki iqtisadi, eyni zamanda, siyasi imkanlarını böyük dərəcədə genişləndiribdir. Bu gün Azərbaycanı “Azəri”, “çıraq”, “Günəşli” yataqlarsız təsəvvür etmək mümkün deyildir. Əgər bu yataqlar sizin tərəfinizdən vaxtında kəşf edilməsəydi, bu gün bizim neft-qaz imkanlarımız çox məhdud ola və bunun nəticəsində ölkəmiz müstəqillik dövründə böyük çətinliklərlə üzləşə bilərdi. Uzun illər ərzində sizin tərəfinizdən və sizin rəhbərliyinizlə kəşf edilmiş yataqlarımız bundan sonra da Azərbaycanın gələcək inkişafını təmin edəcəkdir. Bu, imkan verəcək ki, biz bundan sonra da neft amilindən səmərəli şəkildə istifadə edərək ölkəmizi hərtərəfli inkişaf etdirək. ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün daha da böyük işlər görək. ölkəmizi daha da gözəlləşdirək, abadlaşdıraq. Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüsünüz, çoxsaylı elmi əsərlərin müəllifisiniz. O əsərlərin ki, onların, sözün əsl mənasında, praktiki nəticələrini də biz görürük, Azərbaycan vətəndaşları görür. “Əsrin müqaviləsi”nin imzalanmasında sizin böyük rolunuz olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın neft strategiyasının icrasında həmişə fəal olmusunuz. Məhz bu siyasət bugünkü Azərbaycanın inkişafını təmin edir. Məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özü üçün yeni imkanlar açdı. Azərbaycan özünü tanıtdı, ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarlar üçün açdı. Bunun nəticəsində bu gün bizim hasilat və ixrac imkanlarımız o səviyyədədir ki, bəlkə bu barədə heç təsəvvür etmək də mümkün deyildir. Bu gün Azərbaycan 50 milyon ton neft hasil edir, təxminən 25 milyard kubmetr qaz hasil edir. Neftçilər bunu çox yaxşı bilirlər ki, bu nə deməkdir. Azərbaycanın tarixində öz imkanlarımızı, neft-qaz yataqlarımızı biz heç vaxt belə böyük həcmdə işlədə bilmirdik. Bu gün bu imkanlar vardır və başlıca səbəbi ondan ibarətdir ki, bunun arxasında 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyası, onun məntiqi nəticəsi - “Əsrin müqaviləsi”nin imzalanması və ondan əvvəl sizin iştirakınızla bu yataqların kəşfi və hasilat üçün hazırlanması məsələləri dayanır. “Əsrin müqaviləsi”ndən sonra “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. Bu kontrakt da böyük çətinliklərlə imzalanmışdır, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanın geniş ictimaiyyəti bəlkə də bundan xəbərsizdir, ancaq çox ciddi müqavimət göstərilirdi. Əfsuslar olsun ki, nəinki xaricdən, eyni zamanda, ölkə daxilindən və o vaxt Azərbaycanın rəhbərliyində təmsil olunan bəzi insanlar “Şahdəniz” yatağının işlənilməsinə çox ciddi şəkildə əngəllər törətməyə çalışırdılar. Siz bir peşəkar neftçi, geoloq, alim, mütəxəssis kimi öz sözünüzü qətiyyətlə demisiniz. Mən bunu çox yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyevin yanında keçirilmiş iclasda Azərbaycan Dövlət Neft Şirkətinin bütün rəhbərləri öz sözünü demişlər. Ancaq sizin sözünüz səslənən o başqa fikirlərdən bəlkə də daha da vacib idi. çünki siz dünya şöhrətli alimsiniz və Ulu öndər Heydər Əliyev sizin sözünüzə çox inanırdı. Mən də sizin sözünüzə həmişə inanmışam və onu da xatırlayıram ki, müəyyən müddət bundan əvvəl bəzi xarici şirkətlərin təkliflərinə də siz öz iradlarınızı bildirmisiniz. Sübut etməyə çalışmısınız ki, qazılacaq quyular üçün onların seçdiyi yer məqbul deyildir. Əfsuslar olsun ki, həyat bunu göstərdi. Sizə qulaq asmadılar və qazdıqları quyular boşa çıxdı. Ancaq həmin yataqlar bu gün yenə xarici şirkətlər tərəfindən işlənilir, bir neçə ildən sonra da işlənəcəkdir. Bu yataqlara maraq vardır. Ona görə ki, biz hamımız bilirik, həmin yataqlarda həm neft, həm də qaz vardır. Mən sizin haqqınızda çox danışa bilərəm və bir daha qeyd etmək istəyirəm ki, sizin fəaliyyətiniz və Azərbaycana verdiyiniz töhfələr xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün bizim neft-qaz imkanlarımız iqtisadi inkişafımız üçün başlıca şərtdir və bunun başında Azərbaycan neftçiləri durur. Azərbaycan neftçiləri öz əməyi hesabına Vətənə xidmət göstərirlər. Neftçilər bütün zamanlarda Azərbaycanda böyük hörmətə malik olmuşlar, bu gün də bu davam edir. Bu gün bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Eyni zamanda, bizi şəxsi münasibətlər də bağlayır. Səmimi münasibətlər. On beş ildən çoxdur bizim münasibətlərimiz davam edir. Təkcə ona görə yox ki, vaxtilə ikimizin bir qəbul otağımız var idi və tez-tez o qəbul otağında görüşürdük. Həm də ona görə ki, mən Dövlət Neft Şirkətində işləməyə başlayanda sizinlə daim təmasda idim. Daim biz fikir mübadiləsi aparırdıq. Mənim üçün o sahə yeni idi. Sizdən çox şey öyrəndim və eyni zamanda, bizim aramızda o vaxtdan yaranan bu səmimi münasibətlər bu gün də davam edir. Bu, bizə də və əminəm ki, Azərbaycan dövlətinə də lazımdır. Mən bu əziz gündə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Qeyd etmək istəyirəm ki, siz Azərbaycan dövlətinin ali mükafatları ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Beş il bundan əvvəl siz “Şöhrət” ordeni və bu yaxınlarda “Şərəf” ordeni ilə təltif edilmisiniz. Mən istərdim ki, bu yüksək mükafatı bu gün özüm sizə təqdim edim və sizə gələcək fəaliyyətinizdə yeni uğurlar və cansağlığı arzulayım”.
Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin və elminin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadəyə “Şərəf” ordenini təqdim edib.
Azərbaycanın dövlət mükafatları laureatı, respublikanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi Xoşbəxt Yusifzadə təşəkkür edib. O, həyatda əldə etdiklərinə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində nail olduğunu söyləyib: “O, məni 1970-ci ildə Dəniz Birliyində müavin təyin edib. Ondan sonra həyatım boyu onun rəhbərliyi altında işləmişəm. Ayrı-ayrı mərasimlərdə mənim haqqımda xoş sözlər deməyi, işimi qiymətləndirməyi, hərdən mənimlə zarafat da etməyi, doğrudan da məndə həmişə ruh yüksəkliyi yaradıb, məni canla-başla işləməyə ruhlandırıbdır”.
“Mənim ikinci xoşbəxtliyim onda oldu ki, cənab İlham Əliyev Prezident seçildi”, - deyən Xoşbəxt Yusifzadə vurğulayıb ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini, gördüyü işləri davam etdirir: “İndiyəcən də davam etdirir. Amma bir balaca fərq ondadır ki, cənab Heydər Əliyev həmişə ali vəzifədə olub, rəhbər olub. Ancaq cənab İlham Əliyev ilə həmkar olmuşuq, bir yerdə işləmişik, 9 il qonşu olmuşuq. Qonşu da deyirəm, bağ qonşusu yox, işdə qonşu olmuşuq. Ona görə də həmişə məsləhətləşmişik, bir-birimizə kömək etmişik. Cənab İlham Əliyev bizim şirkətə təzə gələndə, bilirsiniz, xarici işlər üzrə vitse-prezident təyin olunmuşdu. Biz elə hesab etdik ki, o, ancaq xarici işlərlə məşğul olacaq, daha ayrı işlərlə - neftlə, qazla bir o qədər də məşğul olmayacaqdır. Bir-iki ay keçdi, gördük ki, cənab İlham Əliyev neftdən, qazdan təklif verir. Doğrusu, yarım il keçəndən sonra bizdə elə təsəvvür yarandı ki, cənab İlham Əliyev şirkətdə yarım il deyil, 15-20 ildir işləyir. Qısa vaxtda neft-qaz işinin incəliklərinə elə yiyələndi ki, sanki, çoxdanın neftçisi idi, elə bil uzun illərdir bizimlə bir yerdə işləyir. Bizimlə bir yerdə 9 il işləməyin, neft sənayesinin bütün problemlərini dərindən bilməyin nəticəsidir ki, indi də neft məsələsi ilə bağlı ortaya bir problem çıxan kimi dərhal həll olunur”.
Sonra görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik həyat yoluna həsr olunmuş film nümayiş etdirilib.
Mərasim konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

