Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır

15.02.2020 [11:21]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirib. İcraçı direktor qeyd edib ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.
Görüşdə “OPEC+” formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulanıb, eyni zamanda, dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31