Dostluq, mehribanlıq, barışıq və mərhəmət bayramı - NOVRUZ
26.03.2010 [16:36]
Xalqımızın ən əziz bayramı olan Novruzun beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurub. çünki bu, həm də xalqımızın qədim tarixə söykənən bayramına yeni həyatın verilməsi deməkdir. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində qeyd edildiyi kimi, xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks etdirən Novruz bayramı insanlarımızın yaddaşına əbədi həkk olunub. Ulu əcdadlarımızın indiki nəsillərə misilsiz ərməğanı olan Novruz adət-ənənələrinin günümüzədək layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramı milli-mədəni sərvətlərimizin zənginliyini dolğun ifadə edir. O böyük mənəvi gücə malik olub, insanlar arasında qarşılıqlı dostluq, səmimiyyət, qayğıkeşlik və qardaşlıq duyğularını gücləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.
Dövlət başçısının müraciətində ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsinin təqdirəlayiq hal olduğu bildirilir. Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılıb. YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin ötən ilin sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Azərbaycanın aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə, muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər isə bu uğurların qazanılmasında mühüm rol oynayıb. Bu uğur eyni zamanda qədim el sənətimizin, maddi və mənəvi sərvətlərimizin mühafizəsinin əmin əllərdə olduğunu bir daha təsdiqləyir. Artıq Azərbaycanın mədəniyyətinin dünyanın ən mötəbər qurumlarından biri olan YUNESKO-nun siyahısında təsdiq olunmuş yeri var və bu, gələcək nəsillər üçün əvəzolunmaz bir töhfədir.
Qeyd edək ki, “Muğam aləmi” Beynəlxalq festivalında iştirak etmək üçün ötən il ölkəmizdə səfərdə olan YUNESKO-nun sabiq Baş direktoru Koişiro Matsuura da Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət yetirdiyindən məmnunluqla danışıb: “Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva qeyri-maddi mədəni irsin qorunmasına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bunlar qeyri-maddi mədəni irsin tərkib hissələridir”.
Xəbər lenti
Hamısına baxHadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18

