Zəfər ayının ikinci günü
02.11.2021 [09:25]
Ötən il Zəfər ayının ikinci günündə Prezident İlham Əliyev özünün “Twitter” hesabında Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndinin işğaldan azad edilməsi ilə bağlı bildirib: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
* * *
Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
* * *
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.
* * *
Şamaxı rayonunun Rus icması Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıblar.
* * *
...Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləşdirilmiş düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə məhv edilib.
* * *
...Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib. Eyni zamanda, Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.
* * *
...Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Qubadlı şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.
* * *
...Müdafiə Nazirliyi Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Qurumun mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib ki, döyüş əməliyyatları cəbhənin əsasən Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Düşmən bölmələri Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Qazax, Tovuz və Daşkəsəni, o cümlədən cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndləri daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, raket və artilleriya vasitələrindən atəşə tutub.
Mətbuat katibi bildirib ki, Zəngilan istiqamətində əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə hücum edən Ermənistanın hərbi qruplaşmaları bölmələrimiz tərəfindən vaxtında aşkarlanıb. Keçirilmiş uğurlu əməliyyatla düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Cəbhənin digər istiqamətlərində də ordumuzun fəaliyyəti nəticəsində düşmən şəxsi heyət və hərbi texnika baxımından itki verib. Səngərlərdə və yeraltı sığınacaqlarda gizlənən düşmənin canlı qüvvəsi Hərbi Hava Qüvvələrimizin zərbələri ilə məhv edilib. Hərbi sığınacaqlar darmadağın olunub.
Anar Eyvazov qeyd edib ki, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ümumilikdə 8 kəndi işğaldan azad edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi ilə yanaşı, 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını, 5 ədəd digər avtomobil texnikası və mövqelərimizə hücum edən “Su-25” tipli döyüş təyyarəsi məhv edilib. Hazırda ordumuza qarşı döyüşən hərbi qruplaşmalarda silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələri çatışmazlığı müşahidə olunur.
* * *
...Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.
* * *
...Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımla görüşüb.
* * *
...Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.
* * *
...Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə maarifləndirici videoçarxlar hazırlayıb.
* * *
...Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində hücum etməyə cəhd göstərib. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilərək sıradan çıxarılıb.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
