Prezident bu gün: səfərlər, qəbullar, sənədlər
03.11.2021 [10:06]
03.11.2004
Bakının Nərimanov rayonunda Britaniya Standartlar İnstitutunun maliyyə vəsaiti hesabına yaradılmış “Azstandartservis” laboratoriyasının açılışında, xalqımızın Ümummilli Liderinin adını daşıyan "Prezident Heydər Əliyev" tankerinin istismara verilməsi münasibətilə Bakıdakı Yaxt-klubda təntənəli mərasimdə iştirak edib.
Abu-Dabi Əmirliyinin Hökmdarı Şeyx Xəlifə Bin Zaid Al Nəhyana, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti, Baş Naziri, Dubay Əmirliyinin Hökmdarı Şeyx Məktum Bin Rəşid Al Məktuma başsağlığı məktubları ünvanlayıb.
3.11.2005
Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
03.11.2006
Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mihail Popkovsun, Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavid Qureyşin etimadnamələrini qəbul edib.
Şəmkir rayonuna səfər edib, Şəmkir Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimində çıxış edib. Şəmkir-Qazax avtomobil yolunun açılışında iştirak edib, Yeni Həyat kəndində yerləşən quşçuluq fabrikində, rayonun Füzuli qəsəbəsindəki şəhid İ.Əliyev adına orta məktəbdə olub.
Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında;
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanununun tətbiq edilməsi haqqında fərmanlar imzalayıb.
"Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Qanunun tətbiqi ilə əlaqədər bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsı barədə Qanunu təsdiqləyib.
03.11.2007
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Zığ-Qala avtomobil yolunun tikintisi, Fəhlə prospektində asfalt örtüyünün yenidən qurulması və küçələrin genişləndirilməsi işləri ilə tanış olub.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Fridi qəbul edib.
03.11.2008
Finlandiya Respublikasının Prezidenti Tarya Halonen, Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qubernatoru Eduard Rossel, Asiya İnkişaf Bankının prezidenti Harihiko Kuroda ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
03.11.2009
Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olan kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Həmid Kərzaiyə yenidən Əfqanıstan İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lü Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bakı bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib.
Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
“Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu;
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi;
"Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər növ təhlükəli cinayətlərlə mübarizə sahəsində GUÖAM-ın iştirakçısı olan dövlətlərin hökumətləri arasında əməkdaşlıq haqqında" 2002-ci il 20 iyul tarixli sazişə dair protokolun təsdiq edilməsi;
“Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" sazişin təsdiq edilməsi barədə;
"Kibercinayətkarlıq haqqında” konvensiyanın təsdiq edilməsi barədə";
"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında" birgə bəyanatın təsdiq edilməsi barədə;
"Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə;
"2009-2010-cu illərdə Azərbaycan-Ukrayna əməkdaşlığının tədbirlər planı"nın təsdiq edilməsi haqqında;
Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında;
Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsinin təsdiq edilməsi haqqında:
Beynəlxalq Peyk Rabitəsi Təşkilatı ilə bağlı sazişə dəyişikliyin təsdiq edilməsi haqqında;
“Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında" konvensiyaya fakültativ protokolun təsdiq edilməsi barədə;
"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" sazişə dəyişikliklər edilməsi haqqında” protokolun təsdiq edilməsi barədə;
Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə birgə bəyanatının təsdiq edilməsi haqqında qanunları təsdiq edib.
03.11.2010
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyana;
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı məktubları ünvanlayıb.
03.11.2011
Münhen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingeri, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul edib.
Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.
03.11.2014
Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar, Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi, Macarıstanın xarici işlər və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.
“Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə;
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında;
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun təsdiq edilməsi barədə qanunları təsdiq edib.
03.11.2015
"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə;
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə;
2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanunları təsdiq edib.
03.11.2016
Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
03.11.2017
"Yevronyus" telekanalının "Fokus" verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj və Prezident İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə yayımlanıb.
Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.
“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni;
“Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə;
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında;
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə;
“Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə;
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə;
“GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında;
“Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunları təsdiq edib.
03.11.2018
Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
03.11.2020
Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

