İşgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət...
06.03.2022 [09:36]
Azərbaycan qadınının mövqeyini və simasını müəyyən edir
Müasir dövrdə qadınların cəmiyyət həyatında fəallığı, gender bərabərliyi kimi məsələlər aktualdır. Hazırda əsas beynəlxalq sənədlərdə, hüquqi-normativ aktlarda cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Qadınların hüquqlarının qorunması, onların cəmiyyət həyatının müxtəlif sahələrində fəallığı üçün imkanların isə önəmli çağırışlardan biridir. Bu səpkidə Azərbaycan təcrübəsi müsbət, mütərəqqi təcrübə kimi diqqəti cəlb edir.
Ümumiyyətlə, Azərbaycan qadını bütün dövrlərdə təşəbbüskarlı ilə seçilib, cəmiyyətin inkişafına, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasına layiqli töhfə verib. Digər tərəfdən, qadınlarımız milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın etibarlı dayağı olublar. Onlar, eyni zamanda, vətənpərvərliyin, milli həmrəyliyin gücləndirilməsində əvəzsiz rol oynayıblar. Müstəqillik dövründə görülən işlər - atılan addımlar isə qadınların fəallığının artmasını təmin edib. Dövlət qadın siyasətinin zamanın çağırışlarına uyğun həyata keçirilməsi, gender bərabərliyinə, qadın hüquqlarının tənzimlənməsinə xidmət edən digər normativ sənədlərin imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir. Ölkəmizdə qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə təsbit olunub. Qəbul olunmuş Dövlət proqramlarının icrası isə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malik olub. Paralel olaraq Azərbaycan gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub.
Xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, onların hərtərəfli fəaliyyətinə xüsusi önəm verirdi. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması üzrə sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, mühüm qanunlar və qərarlar qəbul olunub. Ulu Öndərin müvafiq qərarları gender siyasətinin uğurla davam etdirilməsini, bu sahədə zəngin qanunvericilik bazasının formalaşmasını təmin edib. Prezident İlham Əliyev də qadınların cəmiyyətdə rolunun artırılmasına böyük diqqət göstərir. Azərbaycan Prezidentinin iradəsi, müvafiq göstərişləri əsasında atılan addımlar qanunvericiliyin zənginləşməsinə, qadınların ictimai, siyasi, mədəni, digər sahələrdə aktivliyinin yüksəlməsinə hədəflənib və səmərəli nəticələr əldə olunur. Hər il dövlət başçısı 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Bunlarla yanaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunun daha da artmasını təmin edir. Onun çoxşaxəli fəaliyyəti cəmiyyət və qadınlar üçün əsl örnək - parlaq nümunədir, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımının gördüyü işlər, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr həm cəmiyyətimizdə, həm də beynəlxalq səviyyədə təqdir olunur - olduqca yüksək dəyərləndirilir.
Nəticə etibarilə, Azərbaycan qadınlarının yüksək fəallığı və təşəbbüskarlığı cəmiyyətin sosial-iqtisadi, elmi, mədəni və humanitar potensialının artırılmasına, ölkəmizin müsbət beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfədir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

