"Ekologiya ili" uğurlarla yadda qaldı
28.12.2010 [08:47]
ölkəmizdə “Ekologiya ili” başa çatır. Bu il start verilən, yaxud da uğurla davam etdirilən böyük layihələrlə yadda qaldı. Eyni zamanda, ilə bir mühüm ekoloji hadisə ilə yekun vuruldu. Belə ki, dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığında Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyiblər.
Prezident və xanımı “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində üzərində peyk vasitəsilə məlumat toplayan və xüsusi siqnalötürücü xaltası olan ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxıblar.
Qeyd edək ki, sözügedən layihə Heydər Əliyev Fondunun dəstəyi ilə icra olunur. Ekologiyanın və təbii mühitin tarazlığının qorunmasında, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan bu dəstəyin nəticəsi olaraq Abşeron rayonunun Pirəkəşkül ərazisində ceyranların sayı artırılacaq.
Məlumat üçün bildirək ki, 2010-2011-ci illəri əhatə edən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi Acınohur-Sarıca düzləri, Bozdağ silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərini əhatə edir. Layihəyə əsasən, həmin sahələrə daha çox ceyran köçürülməsi məqsədilə Şirvan Milli Parkından bu areallara ceyranlar gətirilir. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün həm də zəngin bitki örtüyünə malikdir.
Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə əsasən, Qobustan-Cəngiçay ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür. 65 min hektardan artıq ərazisi olan parkda ceyranların sayı 9 min başa qədərdir. Bu da Pan-Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Ağcabədi və Beyləqan rayonlarının ərazilərində yerləşən Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla davam etdirilir. Həmçinin, Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda, Qax rayonundakı Acınohur və Sarıca düzlərində də 2010-cu ildən etibarən ceyranların məskunlaşdırılması prosesinə başlanılıb.
Qeyd edək ki, Qobustan-Cəngiçay ərazisi də ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən, buraya 150-dək ceyranın köçürülməsi nəzərdə tutulur. ümumilikdə, layihə çərçivəsində mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqlarla (motosikllər, atlar, simsiz rabitə vasitələri və s.) təchiz edilməsi üçün intensiv işlər görülüb. Ceyranların tutulması üçün Almaniya istehsalı olan ən müasir keyidici silahlar, Almaniyada hazırlanmış peyk vasitəsilə məlumat toplayan və xüsusi siqnalötürücü xaltalar (analoqu olmayan bu cihazlar ceyranların yerdəyişməsini izləməyə, bədən temperaturunu, ürək döyüntüsünü və digər məlumatları almağa imkan yaradır) alınıb. Həmçinin, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdəki qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri aparılıb, yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulub. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir.
Yeri gəlmişkən, yuxarıda adıçəkilən layihənin reallaşdırılması “Ekologiya ili”nin yekunlaşması ərəfəsinə təsadüf etsə də, bu istiqamətdə həyata keçirilən tədbirlərin yekunu sayılmır. çünki Prezident İlham Əliyev sözügedən istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib: “Biz “Ekologiya ili”nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu gözəl təşəbbüsləri növbəti illərdə davam etdirməliyik”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

