Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Təhsil strategiyasının uğuru - Müəllimə qayğı...

Təhsil strategiyasının uğuru - Müəllimə qayğı...

20.08.2022 [10:00]

Prezidentin Fərmanına əsasən, müəllimlərin maaşlarına əlavələr ediləcək

Yeganə BAYRAMOVA

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən bu il sentyabrın 1-dən müəllim, direktor və müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr ediləcək.

Qeyd edək ki, müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi sertifikatlaşmanın nəticəsinə görə təyin olunacaq. Direktor və direktor müavinlərinin maaşlarına əlavələr isə təhsilalanların sayına görə müəyyən ediləcək.

Dövlət qayğısı təhsil işçilərini daha əzmlə çalışmağa ruhlandırır

Azərbaycanda uğurla aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib. Bütün bunlar hərtərəfli dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edib. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ümumtəhsil məktəblərinin əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin infrastrukturunun yenidən qurulması, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib.

Heydər Əliyev Fondunun misilsiz xidmətləri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafındakı rolu danılmazdır. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti ayrıca vurğulanmalıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın müxtəlif şəhər, qəsəbə və kəndlərində müxtəlif təhsil müəssisələrinin tikintisi və təmiri artıq bir ənənə halını alıb. Bu sahə Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu da təsadüfi deyil, millətin və dövlətin gələcəyi sağlam və bilikli gənclərin yetişməsinə bağlıdır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondunun həyata keçirdiyi ilk layihələrdən biri məhz “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı olub. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan balalarının yüksək səviyyəli təhsil alması üçün müasir standartlara cavab verən təhsil ocaqlarının yaradılması, tədrisin keyfiyyətinə mane olan bütün problemlərin aradan qaldırılmasıdır. Bu gün Azərbaycanda elə rayon tapmaq olmaz ki, orada Heydər Əliyev Fondu tərəfindən tikilən və ya yüksək səviyyədə təmir edilən məktəb, bağça binalarının şahidi olmayaq. İnsanlar bu tikililəri dövlətin onlara, onların övladlarına yaratdığı gözəl şəraitin əyani nümunəsi kimi görürlər və bu, doğrudan da belədir. Hər şey vətəndaş üçündür, onların və onların övladlarının gələcəyi üçündür.

Xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəb də yenidən qurulmuşdu və o vaxt Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin açılışında iştirak edərkən sakinlər şagird sıxlığının nəzərə alınaraq qəsəbədə yeni məktəb binasının tikilməsini xahiş etmişdilər və qısa vaxtda bu, gerçəkləşdirildi.

Müəllimyönümlü siyasət...

Prezidentin məlum Fərmanı ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, son illər Azərbaycanda müəllimyönümlü siyasət yürüdülür desək, yanılmarıq. Ekspert son dövrlər təhsil işçilərinə diqqət ayrıldığını vurğulamaqla yanaşı,  bu sahədə atılan addımları da diqqətə çatdırıb:  “Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilib, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılılığı qeyd edilib. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. “Strategiya”ya müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər uğurla davam etdirilib.

Məsələn, müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə 2014-cü il sentyabrın 15-dən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilmiş, müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis olunmuş, müəllim əməyinin stimullaşdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib”.

N.İsrafilovun sözlərinə görə, təkcə son iki ilin statistikasına nəzər salsaq, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlərin görülməsinin şahidi olarıq: “Prezidentin Fərmanı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, eyni zamanda məktəb direktorlarının sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq vəzifə maaşlarının artırılması aparılan təhsil siyasətinin məntiqi davamı olmaqla yanaşı, müəllim peşəsinə diqqət və qayğının bariz nümunəsidir. Aparılan sistemli tədbirlər nəticəsində təhsil sahəsində keyfiyyət göstəricilərinin son illərdə yüksəlməsi, xüsusilə, müəllimlik ixtisasına abituriyent­lər arasında diqqətin artması, müəllimlərin işə qəbulunda isə böyük müsabiqə şəraitinin yaranması ilə nəticələnib. 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir”.

Müəllimlərə yaradılan şəraitdən çox razıyam!

İsmayıllı rayonunun Diyallı kənd orta məktəbinin müəllimi İlqar Göyüşov isə bildirib ki, ölkə başçısının təhsilə göstərdiyi diqqət sayəsində müəllimlərin sosial həyatının yaxşılaşması üçün xeyli sayda tədbirlər həyata keçirilib: “Cəmiyyətdə müəllim nüfuzunun qalxması, onların bilik və bacarıqlarının göstəricilərinə uyğun olaraq dərs saatları ilə təmini zaman-zaman gündəmə gəlib. Daha yüksək bal toplayan müəllimlərin dərs yükünün artırılması maaşlara müsbət təsir göstərib. Ümumiyyətlə, müəllimlərin sertifikasiyadan keçməsi onların sosial rifahının artırılmasına xeyli kömək oldu. Əlbəttə ki, bu, təqdirəlayiq haldır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: “Koronavirus pandemiyasına görə tədrisin dayandırılmasına baxmayaraq, müəllimlərin maaşları vaxtında verilib. Müəllimlərin işinə həm maddi, həm də mənəvi dəyər verilməsi çox təqdirəlayiqdir. Maaşların artırılması, əlavə güzəştlərin tətbiqi kimi hallar müəllimlərin öz peşəsini sevməsinə, həvəslənməsinə səbəb olur. Sanki hər kəs müəllim olmaq istəyir. Əbəs yerə deyil ki, qəbul imtahanlarında 500-dən çox bal toplayaraq müəllim peşəsini seçənlərin sayı ildən-ilə artır”. 

İ.Göyüşov qeyd edib ki, əvvəllər ucqar kəndlərdə işləməkdən imtina edən gənc müəllimlər indi, hətta paytaxda yaşasalar da Azərbaycanın istənilən bölgəsinə üz tuturlar: “Çünki onlar həm yaşayış şəraiti, həm də yüksək maaşdan əlavə ödənişlərlə təmin olunur. Bütün bunlar həm ölkə başçısı İlham Əliyevin müəllimlərə göstərdiyi diqqət və qayğının, təhsil sahəsində keçirdiyi obyektiv islahatların nəticəsidir. Həmçinin təhsil sahəsində keçirilən müsabiqələr, məsələn, qrant layihələr, pedaqoji mühazirələr və s. də biz müəllimlərə stimul verir. Şəxsən mən ucqar kənddə işləyən müəllim kimi yaradılan şəraitdən çox razıyam”.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31