Mən öz işimdə Azərbaycan xalqına arxalanıram
19.02.2011 [09:21]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan son illərdə bütün sahələrdə uğurlar əldə edib. Bu uğurlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən, regionlarımızın inkişafında müstəsna rol oynayıb. Heç şübhəsiz, qısa müddətdə bu qədər mühüm irəliləyişə nail olunmasında ölkəmizdə hökm sürən demokratik şərait və xalq-hakimiyyət vəhdəti mühüm rol oynayır.
Qeyd edək ki, bu gün ölkəmizdə mövcud olan demokratik inkişafın, daxili sabitliyin əsasında Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində atılan addımlar dayanır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda hər zaman demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycan Qərb standartlarına yiyələnir. ölkəmizdə aparılan seçki islahatı, vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və qayğısı bunu deməyə əsas verir. Bu gün Azərbaycan hakimiyyəti ölkədə demokratik inkişafın təminatında, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir.
Bununla yanaşı, bu gün Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf bütünlüklə ölkə ərazisini əhatə edir. ölkəmizdə həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət Proqramının birinci hissəsinin uğurlu icrasının ardından bu istiqamətdə ikinci bir proqram qəbul olundu. 2009-2013-cu illəri əhatə edən yeni proqramın uğurlu icrası nəticəsində rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları və icra orqanları qarşıya qoyulan vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər edir. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilir. Eyni zamanda, bölgələrdə hər bir kəndin problemlərinin həll olunması üçün 200-ə yaxın tədbirlər həyata keçirilir. Xatırladaq ki, 2009-2013-cü illəri əhatə edən bu Dövlət Proqramında tədbirlərin miqyası həddindən artıq genişdir və birinci proqramla müqayisədə bu konsepsiyada 300 əlavə tədbir nəzərdə tutulub. Bütün bunlar isə Prezident İlham Əliyevin vətəndaşların sosial rifahının yüksəldilməsi, bundan başqa bölgələrimizin inkişafı istiqamətində qarşıya qoyduğu prioritetlərin uğurla həyata keçirilməsindən xəbər verir. İkinci bir tərəfdən, bu uğurların əldə olunması xalqımızın dövlətinə, hakimiyyətinə olan inamının təzahürüdür.
Bir neçə gün öncə bölgələrə səfəri çərçivəsində keçirilən görüşlərdə də Prezident İlham Əliyev ölkəmizin hər bir bölgəsində, hər bir rayonda böyük quruculuq işlərinin aparıldığını bildirib. Prezident vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan hər iki proqramda əsas məqsəd rayonların, kəndlərin inkişafına nail olmaqdır: “O vaxt mən bildirmişdim, bu gün bir də demək istəyirəm, əgər hər bir kəndin problemi həll olunarsa, deməli, ölkədə bütün problemlər həll ediləcəkdir. Bunu etmək üçün bizdə həm siyasi iradə var, həm maliyyə imkanlarımız, həm də düşünülmüş strategiyamız və planlarımız vardır. Biz öz işimizi planlar əsasında qururuq”.
Təbii ki, görülən bütün bu işlər, ölkədə insanlar üçün yaradılan şərait kompleks şəkildə vətəndaşların rahatlığına, yüksək yaşayışının təmininə yönəldilib. Bütün bu işlərin həyata keçirilməsində isə hakimiyyətlə yanaşı, vətəndaşların da dəstəyi mühüm əhəmiyyət kəsb edir. Yəni, xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur. Prezident İlham Əliyev də öz çıxışında bu məqamı xüsusi vurğulayb. Dövlət başçısı bildirib ki, bütün görülən işlərdə xalqa arxalanır: “Mən də öz işimdə sizə arxalanıram, Azərbaycan xalqına arxalanıram. Bu arxanı, dayağı mən hiss edərək bütün bu işləri görürəm. Bu olmasaydı, Azərbaycanda heç bir iş görmək mümkün olmazdı. Gələcəkdə bizi daha da böyük işlər gözləyir. Azərbaycan artıq inkişaf yolundadır. Biz bu inkişafı əbədi etməliyik. Elə etməliyik ki, hər bir vətəndaş yaxşı yaşasın, hər bir vətəndaşın problemləri həll olunsun, ölkəmizdə bütün problemlər həll edilsin və dünya miqyasında Azərbaycan daha da güclü yerə malik olsun”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

