50 milyonluq dünya azərbaycanlılarının Prezidenti!
04.11.2022 [10:19]
Müqəddəs yolumuz birliyə, tarixi sərhədlərimizə doğrudur
Mübariz ABDULLAYEV
Hər şeyin zamana ehtiyacı var. Böyük hədəflərə gedən yol uzun və çətin olur. Bütün dünya azərbaycanlılarının qarşısında dayanan ən böyük hədəfdən bəhs etmək istəyirik. Bizim üçün vahid ideya və məqsəd ətrafında birləşərək şər imperiyaları tərəfindən xalqımıza və tarixi coğrafiyamıza qarşı edilən haqsızlığın buxovlarını, zəncirini qırmaq ən böyük hədəfdir! Ədalətin, millətimizin haqqının bərpası tarixi missiyamızdır! O gün mütləq gələcək! Biz o günə doğru addım-addım, saatbasaat, anbaan yaxınlaşırıq. Yol uzundur. Əsas odur ki, yad təsirlər, şimaldan və cənubdan aparılan imperiya təbliğatları əsas ideyamızı qan yaddaşımızdan silə bilməyib. Mənim, sənin, onun, milyonlarla azərbaycanlının içindəki birləşmək, tarixi coğrafiyalarımızı bərpa etmək təşnəsi o qədər güclüdür ki, aramızdakı uzaq məsafələrdən asılı olmayaraq bizi işıq sürəti ilə birləşdirir. Bu, bütün tikanlı məftilləri aşa bilən, sərhəd tanımayan, genetik olaraq nəsillərdən-nəsillərə ötürülən və daxilimizdə, şüurumuzda kodlaşan bir istəkdir. Bu, hələlik xəyali istəyimiz olsa da, haqqımızdır və onun reallaşması üçün tarixi zəmin var. Biz heç kimin haqqına girmək barədə düşünmürük. Bizim davamız tarixin gərdişi ilə əlimizdən iradəmizə zidd olaraq alınanları geri qaytarmaq, əcdadlarımızın ruhları dolaşan torpaqlarımızın bütövlüyünə nail olmaq uğrundadır.
Bakı ilə Təbriz kağız parçasında bir-birindən ayrı düşsələr də, onların və digər yurd yerlərimizin göylərində sərhədlər yoxdur, ruhumuz, xəyalımız, arzularımız şimaldan cənuba, cənubdan da şimala gedib-gəlir.
Bütün ideyalar maddiləşənə-gerçəkləşənə qədər müxtəlif mərhələlərdən keçilir. Biz də böyük hədəfimizin astanasındayıq. Hələlik ilk mərhələni keçmişik - tarixi torpaqlarımızın bir hissəsində müstəqil dövlətimizi qurmuşuq. Zamanında imperiyalar bunu da bizə rəva görmürdülər, azadlıq aşiqlərimizi repressiyalara məruz qoyurdular, milli ruhu öldürməyə çalışırdılar. Bacarmadılar.
Biz tikanlı sərhədlərin sökülməsindən, 20 Yanvardan keçərək müstəqilliyə qovuşduq. Hazırda Prezident İlham Əliyev ölkəmizin imzasını imzalar içinə qatır. Bayrağımızı tanıtmışıq. Liderimizin inamlı səsi dünyanın ən mötəbər təşkilatlarının , BMT-nin tribunalarından eşidilir. O, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyur. 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmağımız, ərazi bütövlüyümüzü təmin etməyimiz gücümüzü və iradəmizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tarixi uğura Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Qələbə üçün bütün şərtləri vaxtında təmin etməsi sayəsində nail olduq. Bu, son 200 illik tariximizin ən böyük Qələbəsidir. Torpaqlarımızın, xalqımızın yadların diqtəsi ilə bölünməsi son 200 ildə baş verib. Təkcə XX yüzillikdə tarixi torpaqlarımızda Ermənistan adı verilən qondarma dövlət qurulub. İlham Əliyev son 200 ildə coğrafiyamızın kiçilməsi prosesinin ilk dəfə qarşısını alan Liderdir.
Belə görünür ki, dünya azərbaycanlıları tarixi birliklərinə də məhz Prezident İlham Əliyevin liderliyi ilə qovuşacaq. O, dünyada yaşayan 50 milyon azərbaycanlının Prezidenti olduğunu hələ 2003-cü ildə bəyan etmişdi. Bu, yeni mərhələdə dünya azərbaycanlılarının yaddaşının itilənməsi, onlara böyük ümid verilməsi, milli ideyanın xəyaldan gündəliyə daşınması anlamına gəlir. Prezidentin 19 il əvvəl verdiyi bəyanatı mənəvi status daşıyırdısa, hazırda həmin bəyanat siyasi istiqamətə çevrilib.
Müstəqil Azərbaycanın yeni seçilən dövlət başçısının bu açıqlaması dünya azərbaycanlılarının özünəinam hisslərini gücləndirdi. İndiyədək birləşmək arzularımız üstünü kül örtən közə bənzəyirdi. Prezident
İlham Əliyevin bu bəyanatı ilə ürəyimizin başındakı arzularımız pərvazlandı, közün alovu yenidən şölələnməyə başladı. İndiyədək biz tarixi sərhədlərimizin yalnız xəyali sərhədlərini çəkə bilərdik. Son 19 ildə isə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, müstəqil Azərbaycanı gücləndirməsi sayəsində bütövləşmə, tarixi sərhədlərin bərpası ideyası siyasi gündəliyimizə də daxil olub. Aradan 19 il ötəndən sonra Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşündə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Bununla Prezident İlham Əliyev müstəqil Azərbaycanın gündəliyinin ən əsas məsələlərindən birini beynəlxalq birliyin, azərbaycanafob qüvvələrin diqqətinə çatdırıb. Sədd heyif ki, Azərbaycana və azərbaycanlılara qısqanclıq nəzərləri ilə baxanlar bizim qonşuluğumuzda da var. Sual olunur: Nə üçün Azərbaycan üçün mühüm önəm daşıyan bir hadisənin ərəfəsində İran Araz sahillərində hərbi təlimlər keçirmək qərarına gəldi? Başqa tarix və məkan seçmək mümkün deyildimi? İran rəsmiləri Azərbaycanın özünün dövlət sərhədlərini bərpa etməsindən, güclənməsindən, Zəngilanda beynəlxalq səviyyəli hava limanı açmasından niyə əndişələnməlidirlər? Xatırladaq ki, İran bir il bundan əvvəl Füzulidə yenə də beynəlxalq səviyyəli hava limanı Azərbaycan və Türkiyə prezidentlərin birgə iştirakı ilə istifadəyə veriləndə də Araz sahillərində əzələ nümayiş etdirmək qərarına gəlmişdi. Və yaxud götürək İranda 40 milyona yaxın azərbaycanlının təhsil və digər hüquqlarının tanınmamasını. Halbuki bu ölkədə saylarının az olmasına baxmayaraq ermənilərə ana dilində məktəb açmalarına, qəzet, jurnal dərc etmələrinə şərait yaradılıb. İranda tarixən azərbaycanlılar yaşayan şəhər və kəndlərin etnik tərkibi fərqli olan digər ərazilərə birləşdirilməsi hansı məqsədi daşıyır?
Yaxın qonşuluqdakı və uzaq məkanlardakı azərbaycanafob qüvvələrin Azərbaycana və azərbaycanlılara qarşı qısqanclıqları, fəndgirlikləri, qərəzli niyyətləri tarixi prosesləri əsla dayandırmaq gücündə deyil. Hədəfimiz, məqsədimiz aydındır: Bütün dünya azərbaycanlıları birləşmək, tarixi sərhədlərini bərpa etmək naminə yola çıxıblar. Bu yolçuluq seldir, gücdür, qüvvətdir və qarşısıalınmazdır!
Xəbər lenti
Hamısına baxGündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23

