Yalanlarla uzağa getmək istəyən...
05.04.2023 [10:26]
Sivil, yoxsa kəşfiyyatçı missiya?
Mübariz FEYİZLİ
Postmüharibə mərhələsində yaranan fürsətlərdən maksimum dərəcədə faydalanmaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiya və delimitasiya olunması mümkündür. Beləliklə də, regiona gözlənilən sülh və sabitlik gələr, əməkdaşlıq və təhlükəsizlik bərqərar olar. Əslində, 44 günlük müharibə başa çatandan sonra ilk vaxtlarda proseslər çətin irəliləsə də, hər şey buna doğru gedirdi. Qalib Azərbaycan qarşı tərəfə daim sülh mesajları ünvanlayırdı və bu mövqeyinə indi də sadiqdir. Məğlub Ermənistanın cəmiyyəti və siyasi rəhbərliyi də tənzimləmə prosesində maraqlı görünürdü. Ancaq Praqa və Soçi görüşlərindən sonra proseslərdə geri dönüş baş verdiyi, Ermənistanın sülh niyyətindən uzaqlaşdığı, revanşizmə meylləndiyi müşahidə olunur. Buna səbəb nədir? Məğlub ölkəni sülhə gedən yoldan döndərən amillər hansılardır? Hansı qüvvələr odun üstünə yağ tökərək Ermənistanı yenidən müharibə ab-havasına kökləyir? Sualların cavabı olaraq bir fikri qətiyyətlə ifadə edə bilərik: Burada Ermənistanın siyasi-hərbi rəhbərliyinin və bu ölkədə cari ilin fevralından fəaliyyətə başlayan Avropa İttifaqının (Aİ) çoxtərkibli və çoxmüddətli missiyasının məsuliyyəti böyükdür. Yeri gəlmişkən, Ermənistan rəhbərliyinin və Aİ missiyasının xoş niyyətdən uzaq olan məqsədləri və fəaliyyətinə “caliber.az” informasiya portalında dərc olunan “Qərb İrəvana deyir: Az yaşa, gənc öl” sərlövhəli məqalədə də diqqət çəkilib.
Sən kimsən, Markus Ritter?
Sualın qoyuluşuna təəccüblənməyin. Bəli, Nikol Paşinyanın müraciəti əsasında Ermənistana Aİ-nin məhz mülki missiyasının göndərilməsi nəzərdə tutulmuşdu. Qeyd edək ki, Ermənistana sərhədlərin monitorinqinin aparılması bəhanəsi ilə Aİ missiyasının göndərilməsinin səmimi məqsəd daşımadığı lap əvvəldən bəlli idi. Burada suallar doğuran məqamlar çoxdur. Əvvəla, regiona bəlli missiyanın göndərilməsi münaqişənin digər tərəfi olan Azərbaycanla razılaşdırılmadan həyata keçirildi. Digər tərəfdən, sülhyaratma prosesinə lap əvvəldən vasitəçi qismində qoşulan Rusiya buna mənfi münasibətini bildirdi. Başqa bir sual: Aİ missiyası hansı sərhədlərin monitorinqini aparmağı öz üzərinə götürüb? Axı iki ölkə arasında sərhədlər hələ də müəyyənləşdirilməyib.
Missiya avantürasındakı qaranlıq məqamların üzə çıxması üçün çox gözləmək lazım gəlmədi. Bəlli oldu ki, Ermənistana mülki missiya adı altında əslində hərbiləşdirilmiş dəstələr göndərilib. Həmin missiyanın tərkibində Fransanın və Almaniyanın xüsusi xidmət orqanlarının təmsilçilərinin yer alması bunu əyani şəkildə təsdiqləyir.
Bəs missiyaya rəhbərlik edən Markus Ritter kimdir? Onun tərcümeyi-halı bu sualın ən yaxşı cavabıdır. Markus Ritterin dosyesinə nəzər salanda onun polis adı altında fəaliyyət göstərən təcrübəli kəşfiyyatçı olduğu üzə çıxır. Bu şəxs 2004-2005-ci illərdə Kosovoda BMT missiyasının qərargah rəisi, 2007-2008-ci illərdə BMT-nin Gürcüstandakı müşahidə missiyasının qərargah rəisi, 2012-2013-cü illərdə Aİ-nin Cənubi Sudanda proqramlaşdırma və əməliyyatlar missiyasının şöbə müdiri, həmçinin 2017-2019-cu illərdə Aİ-nin Bağdaddakı məsləhət missiyasının rəhbəri vəzifələrində çalışıb. Aydındır ki, bu cür məsul tapşırıqların yerinə yetirilməsi xüsusi hazırlıq, kəşfiyyat bacarıqları tələb edir.
Aİ missiyasının “mülki” olmasına kölgə salan başqa bir məqama diqqət yetirək: Avropalı emissarlarla birgə fəaliyyətə cəlb olunanlar, yerli personal da sırf hərbçilərdən ibarətdir. Belə ki, yerli personal, missiyaya qoşulan məsləhətçilər qismində hazırda xidmətdə olan və yaxud istefada olan erməni zabitlər və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edirlər. Onların köməyi ilə missiyanın fəaliyyətinə Rusiyanın hərbi məktəblərində təhsil almış erməni hərbçilər cəlb olunur. Bütün bu kimi faktlar ortada ikən Ermənistan rəsmiləri və Aİ missiyasının rəhbərliyi riyakarlıq edərək kimi aldatmağa çalışırlar, Yalanlarla isə uzağa getmək mümkün deyil...
Rusiya ordusu barədə kəşfiyyat məlumatlarının toplanması
Aİ missiyasının Ermənistandakı fəaliyyətini “bir güllə ilə iki hədəfin nişan alınması” anlamında da təqdim etmək mümkündür. N.Paşinyan komandasının Ermənistana Aİ missiyasını dəvət etməsinin motivləri bəllidir. Burada söhbət Ermənistanın siyasi oriyentasiyasını dəyişmək cəhdindən gedir. İndiki məqamda Ermənistanda Qərbin layihəsi kimi hakimiyyətə gələn N.Paşinyan iqtidarı özünüxilas üçün son çırpıntılarını edir. Sirr deyil ki, Ermənistan bir dövlət kimi mövcudluğuna görə Rusiyaya borcludur. Tarix boyunca Ermənistan daim Rusiyanın himayəsi altında olub. Hazırda da bu ölkənin hər sahədə şimal qonşumuzdan asılılığı yüksək səviyyədədir. Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərini belə Rusiya qüvvələri qoruyur. Belə olan halda Ermənistanın siyasi oriyentasiyasını Rusiyadan Qərbə dəyişməsi mümkünsüzdür. Şimal qonşumuzun qəbul etmədiyi və əvəzləmək üçün məqam gözlədiyi N.Paşinyan özünün və komandasının batan gəmisini xilas etməkdən ötrü Rusiyaya qarşı açıq revanş götürüb. Görünən odur ki, N.Paşinyan erməni xislətinə uyğun olaraq məlum gərginliklər fonunda Rusiyanın ətrafında çəpərin daralmasından bir fürsət kimi yararlanmağa çalışır.
Burada N.Paşinyanın və Aİ-nin planları üst-üstə düşür və bir-birini tamamlayır. Rusiyanın regiondan çıxarılması, Ermənistan üzərində təsirlərinin azaldılması Qərbin mətbəxində hazırlanan ssenaridir. Bu mənada N.Paşinyanın ölkəsinə missiya dəvət etməsi Qərb üçün strateji məqsədlərini reallaşdırmaq üçün göydəndüşmə fürsət oldu. Elə buna görə də Ermənistana Aİ-nin missiyasının göndərilməsi uzun müddət masa üzərində qalmadı, qərar qısa müddətdə çıxarıldı və onun icrası da həmən təmin edildi.
Rusiya ilə bağlı ikinci məqam da birincidən heç də az önəmli deyildir. Məlumdur ki, Ermənistanda Rusiyanın hərbi qüvvələri mövcuddur. Eyni zamanda, bu ölkənin hərbiləşdirilmiş sülhməramlı kontingenti uzaq olmayan məsafədə - Azərbaycan ərazilərində müvəqqəti xidmət aparır. Bəlli geosiyasi amillərə görə yaranan Rusiya-Avropa qarşıdurması fonunda Qərb şimal qonşumuzun hərbi sirlərini öyrənməyə çox maraqlıdır. Burada da “mülki” missiya Avropanın işinə yarayır. Belə ki, missiya ilə əməkdaşlığa cəlb olunan erməni hərbçilərin Rusiya Silahlı Qüvvələrində olan keçmiş kursant yoldaşları ilə əlaqələri yaradılır və sonradan NATO-ya ötürülməsi üçün onlardan rus ordusunun Ukraynada vəziyyəti haqqında informasiyalar əldə edilir. Maraqlıdır ki, Qərb diplomatları xarici həmkarları ilə görüşlərində Aİ-nin Ermənistandakı missiyasının toplamış olduğu informasiyaları NATO ilə bölüşdüklərini belə gizlətmirlər. O da məlum olub ki, Gümrüdəki hərbi bazanın yaxınlığında GSM və “Internet Communication Intelligence” sistemləri, rus hərbçilərinin danışıqlarını qeydə almaq, onların pelenqasiyası, habelə gələn və gedən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə “Butzbach”, “Langen” və “Rheinhausen” yerüstü taktiki platformaları quraşdırılıb. Bununla yanaşı, yerlərdə siqnalların şifrinin açılması üçün yeni sistemlərdən istifadə olunur.
Sülh prosesinə yaradılan əngəllər
Zamanında Ermənistan və Aİ rəsmiləri sözügedən missiyanın iki ölkə arasında sülhyaratma prosesinə hansısa töhfələr verəcəyindən bəhs edirdilər. Ancaq vaxt ötdükcə o da aydın olur ki, Aİ-nin missiyası sülhyaratma prosesində hansısa bir müsbət rol oynamır, əksinə açıq və gizli cəhdlər göstərməklə prosesi uzatmağa çalışır. Bir qədər bundan əvvəl Almaniyanın “Deutsche Welle” qəzetində yayımlanmış müsahibədə Aİ missiyasının rəhbəri sülh niyyətindən uzaq olan fikirlər səsləndirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi Markus Ritterin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınadı.
Missiyanın regionda təhlükəsizliyə, sabitliyin qorunmasına hər hansı bir töhfənin verdiyini də təsdiqləmək mümkün deyil. Missiyanın fəaliyyətə başladığı fevralın 20-dən bəri iki ölkə arasındakı şərti sərhədlər boyunca Ermənistan tez-tez təxribatlara əl atır. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində erməni hərbi birləşmələri bir neçə dəfə müxtəlif silahlardan Ordumuzun mövqelərinə atəş açıblar. Belə hallar mart ayında xüsusilə intensiv hal alıb ki, bütün bunları da sakit qarşılamaq mümkün deyil. “Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsi narahatlıq doğurur”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 3-də Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüş zamanı deyib. Nazir sözügedən missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10

