Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni ünvan...

Yeni ünvan...

18.04.2023 [10:00]

Azərbaycan qazı dost Bosniya və Herseqovinaya çatdırıla bilər

MÜBARİZ FEYİZLİ

Ötən illərin təcrübəsinə istinadən deyə bilərik ki, zəngin resurslara malik olan Azərbaycan bütün tərəfdaşları ilə ölkəmizin milli maraqlarını yüksək səviyyədə təmin edən fəal enerji dialoqu qurub. Biz müşahidə edirik ki, resurslara malik ayrı-ayrı ölkələr bir sıra hallarda enerji amilini siyasi təzyiq vasitəsinə çevirirlər. Azərbaycan belə məqsədlərdən uzaqdır. Ölkəmizin uzun illəri əhatə edən enerji siyasətində qarşılıqlı maraqların təmin olunması həmişə qırmızı xətt kimi keçib. Belə ki, bu əməkdaşlıqdan həm ölkəmiz, həm də tərəfdaş dövlətlər dviden?lər götürüblər. Öz növbəsində qazandığı belə müsbət imicə görədir ki, Azərbaycanla enerji dialoqu qurmağa can atan dövlətlərin sayı getdikcə artır.Qoca qitənin yeni enerji xəritəsi

Azərbaycan çox doğru olaraq Avropanın yeni enerji xəritəsini formalaşdıran ölkə kimi səciyyələndirilir. İndiki ciddi kataklizmlər dövründə ölkəmiz qoca qitə üçün yeni mənbə qismində çıxış edir. Eyni zamanda, müasir nəql infrastrukturuna malik olması respublikamızın böyük üstünlüyüdür. Məlum geosiyasi reallıqlar fonunda ənənəvi təchizat əlaqələri pozulan Avropa özünün enerji təhlükəsizliyini şaxələndirilmiş mənbələr hesabına təmin etməyi və daha böyük həcmlərdə mavi yanacaq idxalına nail olmağı hədəfləyib. Azərbaycan bu ehtiyacı ödəməyə hazır və qadir ölkədir. Qaz yataqlarının istismarı ölkəmizin uzunmüddətli dövrə hesablanan enerji strategiyasının neftdən sonra ikinci mərhələsini təşkil edir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Ancaq ehtiyatlarımızın bundan daha çox olduğu proqnozlaşdırılır. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev fəal diplomatik səylərlə qısa müddətdə Cənub Qaz Dəhlizi ətrafında həmrəy olan komanda formalaşdırmağa nail oldu. Ölkəmizin moderatorluğu ilə 4 mühüm seqmentdən ibarət olan Cənub Qaz Dəhlizinin inşası 2020-ci il dekabr ayının sonlarında uğurla tamamlandı. Beləliklə, enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaşayan Avropa alternativ tədarük marşrutu qazandı.

Resurslarla, ideal nəql marşrutları ilə yanaşı, Azərbaycanın Avropa bazarlarına daha çox həcmlərdə mavi yanacaq çıxartmağa qətiyyətli siyasi iradəsi də ortadadır. Respublikamız həm qonşu Gürcüstana və Türkiyəyə, həm də Avropaya qaz nəqli ilə bağlı öhdəliklərinə yüksək səviyyədə əməl edir. Ölkəmizdən təbii qaz ixracı artır. Ötən il ixrac həcmi 19 milyard kubmetr civarında idisə, cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatdırılması hədəflənib.

Avropada Azərbaycan qazına ehtiyacı olan ölkələr

Cənub Qaz Dəhlizi istifadəyə verildikdən heç iki il keçməmiş məlum oldu ki, Avropada Azərbaycan qazına daha çox ehtiyac var. Buna görə də hazırda qoca qitədə Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır. Ötən il oktyabrın 1-də Prezident İlham Əliyev Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatıldı. Tədbirdə qeyd olunduğu kimi, IGB kimi layihələr Avropanı qazla kifayət qədər təmin edəcək. Qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayıb. Eyni zamanda, Avropanın digər məkanlarında da interkonnektorlar şəbəkəsi genişləndirilir. Paralel olaraq Cənub Qaz Dəhlizinin TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması ilə bağlı müzakirələr intensivləşib. Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək göstərəcəyini ifadə edib. Yeri gəlmişkən, 2022-ci ilin iyul ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen müvafiq Anlaşma Memorandumu imzalayıblar. Bu, çox əhatəli sənəddir. Memoranduma əsasən, Azərbaycandan qoca qitəyə qaz ixracının həcminin 2027-ci ilə qədər ən azı iki dəfə artırılması nəzərdə tutulur.

Deyə bilərik ki, Azərbaycan qazına müştəri düşən Avropa ölkələri növbəyə dayanıblar və sıralarının gəlməsini səbirsizliklə gözləyirlər. Biz Prezident İlham Əliyevin təkcə son aylarda Albaniyada, Serbiyada, Bolqarıstanda və digər məkanlarda apardığı enerji dialoqunu böyük qürur hissi ilə izlədik. Belə dialoq, həmçinin Avropa İttifaqının və ayrı-ayrı dövlətlərinin yüksəksəviyyəli rəsmiləri ilə Bakıda da aparılıb. Azərbaycan qazının çatdırılacağı yeni ünvan isə dost Bosniya və  Herseqovina ola bilər. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı münasibətlər getdikcə genişlənir. Bu günlərdə Azərbaycan Prezidentinin bu dost ölkəyə uğurlu rəsmi səfəri baş tutub. Səfər çərçivəsində aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Eyni zamanda, Prezident İlham Əliyevin Sarayevoda keçirdiyi tədbirlərdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük maraq ifadə olunub. Perspektivdə enerji dialoqunun qurulması da tam realdır. Mətbuata verdiyi Bəyanatında bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir”.

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31