Gizli “hücrələr” deşifrə olundu...
17.08.2023 [10:00]
Bakının iradəsinə heç nə təsir edə bilməz!
Azərbaycan 2020-ci il Vətən müharibəsində qalib tərəf olsa da, beynəlxalq hüququn prinsiplərinə ali səviyyədə riayət edib - ölkəmiz humanist davranışları ilə seçilib və münasibətlərin normallaşması prosesinin beynəlxalq konvensiyaların tələbləri çərçivəsində inkişafını dəstəkləyib. Ölkəmizin təhlükəsizliyin və dayanıqlı sülhün əldə olunması üçün irəli sürdüyü şərtlərə nəzər saldıqda, ədalətli mənzərə bir daha aydın olur. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktorların qəbul edilməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək kimi halların əsas götürülməsi regional etimadın formalaşmasına doğru mühüm addım sayıla bilər. Eyni zamanda, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının daha möhkəm təməllər üzərində qurulmasını təmin edəcək - bu məsələlər isə kompleks şəkildə həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır.
1 nömrəli post ətrafındakı ajiotaj...
Ermənistan ötən 4 ay ərzində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyıb. Bu, həm də Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının tanınması deməkdir. Aprelin 23-də açılan Laçın dövlət sərhəd buraxılış məntəqəsinin leqal fəaliyyəti isə dövlətimizin özünün ərazi bütövlüyü çərçivəsində təhlükəsizliyinin təmininə, eləcə də vətəndaşların daha rahat şəkildə hərəkətinə hesablanmış addımdır. Cənubi Qafqazın 1 nömrəli postunu aktual edən səbəblər çoxdur:
- Ermənistanın Laçın - Xankəndi yolu vasitəsilə Qarabağa silah-sursat daşıması;
- Bu yolla ölkəmizə aid və talanan sərvətlərin daşınmasının həyata keçirilməsi;
- Hətta bəzi xarici ölkə vətəndaşlarının bu yol vasitəsilə Azərbaycan torpaqlarına giriş-çıxışı və başqa hallar Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulmasına zəmin yaratdı. Bir daha vurğulanmalıdır ki, bu post bütövlükdə, beynəlxalq konvensiyalara, beynəlxalq hüququn kodekslərinə və Azərbaycan qanunlarına əsasən fəaliyyətə başlayıb.
Bu gün post ətrafında başlanan ajiotaj isə başadüşüləndir. Ermənistan özünün terror siyasətini həyata keçirə bilmir - post Qarabağdakı silahlı tör-töküntülərin təchizatına mane olur. Eyni zamanda, Fransanın timsalında Ermənistana dəstək olanlar da özlərinin korporativ maraqlarını təmin etmək üçün bu amildən yararlanmağa çalışırlar. Beləliklə, qeyri-qanuni, beynəlxalq hüquqa əks notları “ifa edən” orkestr ədalətsiz, qeyri-demkoartik tələblər səsləndirir, iddialar irəli sürür.
Yalan və əsassız iddialar
Ermənistan və havadarları iddia edirlər ki, Qarabağda yaşayan ermənilər “acından ölür” və Laçın dövlət sərhəd buraxılış məntəqəsi bunun əsl “baiskarıdır”. Birincisi, hələ indiyə qədər Qarabağda iddia olunduğu kimi “humanitar faciə”nin yaşanması haqqında bir dənə də olsun tutarlı arqument ortaya qoyulmayıb. Tam əksinə, sosial şəbəkələrdə onlarla, bəlkə də yüzlərlə faktlar var ki, Qarabağda yaşayan ermənilər ən yüksək səviyyədə qida ilə təchiz olunur, kommunikasiya sistemlərindən istifadə edirlər. Beləliklə, Laçın postunun qarşısına “tırlar” düzüb əsassız iddialar səsləndirənlərin, bundan Azərbaycana qarşı kampaniya kimi istifadə edənlərin ağ yalanı ilk addımdaca burada ifşa olur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi isə dayanmadan fəaliyyət göstərir -qeyri-qanuni daşımaları da həyata keçirən bu QHT insanların rahat gəliş-gedişinə özü şahiddir. Demək ki, insanların qarşılıqlı şəkildə hərəkətində də məhdudiyyətlər yaşanmır. Bəs problem nədədir? Problem Ermənistanın və dəstəkçilərinin qara, məkrli niyyətləridir. Danışıqlar prosesinin intensiv hal aldığını görən bəzi dairələr bundan açıq narahatlıq keçirir - ən azından hazırki status-kvonu saxlamaq üçün də olsa, belə qərəzli planlar qurur, regionda özünün nüfuz dairəsini formalaşdırmaq üçün min bir oyundan çıxırlar.
Fransanın “revanş” arzuları...
Məsələnin BMT TŞ müstəvisinə daşınmasını özü üçün “qələbə” sayan Fransanın niyyəti ortadadır. Bu dövlət post-müharibə dövründə ard-arda üzləşdiyi fiaskoların “əvəzini çıxmaq” istəyir. Xatırladaq ki, ötən il Fransa Ermənistana mühüm siyasi “jest” etmək istəsə də, alınmamışdı. Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da... Azərbaycanın təşkilatdakı dostları ölkəmizə qarşı qətnamə layihəsində yer alan müddəalara kəskin etirazlarını bildirmişdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi.
Və ya Fransanı matəmə bürüyən daha bir qələbəmiz ötən ilin dekabrında BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınması olmuşdu. Məlum olduğu kimi, 2022-ci ilin dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və fəaliyyətdə olan sədri kimi tamamilə ermənipərəst bəyanat hazırlamışdı ki, orada Laçın-Xankəndi yolunda ekofəalların aksiyaları humanitar fəlakət kimi təqdim olunurdu. Fransa tərəfindən prosesə birbaşa Fransa Prezidenti Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Amma BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri sayılan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra sənədə Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail oldu ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrildi və rəsmi Paris ondan tamamilə imtina etdi. Hətta Fransanın diplomatik uğursuzluğu o yerə gəlib çatdı ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedirdi.
Beləliklə, Fransanın ard-arda yaşadığı bu məğlubiyyətlər onu daha çox qeyri-demokartik addımlara sövq edib. Erməni lobbisinin “səyi” ilə özünün dövlətçiliyinə, milli maraqlarına kölgə salan Fransa anlamır ki, bu kimi cəhdlərlə, qeyri-demkr?tik iddialarla nəticə əldə edə bilməyəcək. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa dərk etmir ki, hər belə addımla regiondan daha da təcrid olur, dünya ictimaiyyəti qarşısında pis və gülünc vəziyyətə düşür.
“Erməni xoru”na qoşulan senatorlar ölkəsini pis vəziyyətdə qoyur...
Xüsusi vurğulanmalıdır ki, Ermənistan və dəstəkçiləri bu dəfə daha “yaxşı hazırlaşdıqlarını” düşünürlər. Onlar prosesə təsiri, daha doğrusu, təzyiqi artırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Hətta son vaxtlar susqunluq nümayiş etdirən ermənipərəstlər belə dövriyyəyə buraxılıb. Məsələn, son aylarda ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki rolunun artması ABŞ Senatının ermənipərəst üzvlərini bir az geri çəkmişdi. İndiki halda isə onlar belə öz dövlətlərinin mənafeyinə zidd mövqe sərgiləməyə məcbur edilirlər. Ermənipərəst mövqeyi ilə “şöhrət qazanan” senator Robert Menendez avqustun 15-də həmkarı Aleks Padilla ilə birlikdə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfildə məktub göndərib. Məktubda ermənipərəst xorun ortaya atdığı “yalanlar” bir daha təkrarlanır, hətta ABŞ-ın BMT-dəki səfirinə xitabən BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin “blokada”nın götürülməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırış edilir.
Bu ermənipərəst senatorlar unudurlar ki, beynəlxalq hüquq çərçivəsində davranış sərgiləmək, ona hörmət göstərmək ABŞ kimi bir dövlətin konqresmeni olaraq birinci vəzifələridir. Amma görünən budur ki, erməni lobbisinin maddi dəstəyi bu senatorları da qanunlara və ədalətə qarşı kor edib. Bu mənada, amerikalı konqresmenlərin öz dövlətinin mövqeyinə zidd olaraq hansısa qondarma qurumu “dəstəkləməsi” və ya bu kimi təxribatçı “məktub” ünvanlaması birmənalı şəkildə beynəlxalq hüquqa ziddir
Gizli “hücrələr”...
Beləliklə, Ermənistan özünün arqumentsiz və yalan iddialarını aktuallaşdırmaqdan ötrü bütün “gizli hücrələrini” açır. Məsələn, Aİ-nin Ermənistandakı “missiyasının” son misionerliyi də bu qəbildən olan məsələlərdəndir. Əslində, bu qrupun Ermənistana “xüsusi təyinatla” göndərildiyi ilk öncədən bəlli idi. Çünki bu missiya ilə bağlı bəzi “pərdələr” qalxdıqca, məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingentə bənzəməsi daha çox gözə çarpırdı. Bu mənada son addımları missiya ilə bağlı bütün suallara cavab verdi. Yəni bu qrup da məhz indiki zamanda ermənipərəst xorun dəstəkçisinə çevrilməlidir. Hətta Aİ missiyası təmsil etdikləri qurumun iki ölkə arasında vasitəçilik missiyasına belə laqeyd yanaşdı - onların davranışı sadəcə, ermənipərəst mövqeyə əsaslandı.
Moskvanın davranışı...
BMT TŞ bir ildən artıqdır ki, yekcins mahiyyətə belə malik deyil. Yəni, qurumun fəaliyyəti yalnız institusional xarakter daşıyır. İki qarşı-qarşıya olan qütbün təmsilçilərinin bir masa arxasında konsensusa gəlməsi təbii ki, mümkün deyil. Rusiya və ona qarşı olan kontingentin qurumdakı təmsilçiliyi ironik bir vəziyyətə yol açıb - hər bir ölkə əlində olan veto hüququndan aktiv şəkildə istifadə edir və bununla da özünə qarşı istiqamətlənən təhlükələri neytrallaşdırır. Beləliklə də, ortada qeyri-məyyən mənzərə formalaşır - Rusiya və ABŞ qarşılıqlı şəkildə yalnız “söz dueli” həyata keçirir. Laçın postu ilə bağlı məsələyə münasibət bildirərkən də dövlətlər, xüsusilə Rusiya bir sıra məqamları nəzərə almalıdır. Veto qoymamaq:
- Ermənistanın Qərbə tərəf sürüşkənliyini daha da artıracaq və İrəvan üzərində Kremlin nüfuzunu heçə endirəcək;
- Onsuz da Rusiyaya qarşı birmənalı münasibətə malik olmayan Ermənistan bundan daha da cəsarətlənərək Moskvanın maraqlarını bütün platformalarda nəzərə almayacaq;
- Qərbin ona dəstəyinə “inanan” İrəvan KTMT daxilindəki müəmmalı vəziyyətinə də aydınlıq gətirəcək - artıq bu təmsilçilik formal haldan tam azad hala keçəcək;
- Ermənilər Qarabağdakı Rusiya sülhməramlılarının bazasına gedən yolu belə bağlamağa cəsarət göstəriblər;
- Moskva bununla da regional oyunçu kimi funksionallığını itirəcək.
Rusiyanın veto hüququndan istifadə etməsi bir sıra məsələlərin aydınlığa qovuşmasına şərait yaradacaq. Bu addım, eyni zamanda, Ermənistanın vasitəsilə regiona can atan bəzi qüvvələrin arzusunu gözündə qoyacaq. Rusiya bu hüququndan istifadə etməsə, Ermənistan ona “dəstək verən” güclərin “borcunu” ödəmək üçün bütün verilən sifarişlərə əməl edəcək. Bu isə nəticə etibarı ilə Rusiyanın regional aktor kimi mövqelərinin zəifləməsinə yol açacaq. Ən azından yeni “müttəfiqlərinə” arxayın olacaq İrəvanın Kremlə qarşı açıq demarş nümayiş etdirəcəyini də istisna etmək olmaz.
Türkiyə regional güc mərkəzi kimi...
Regionda diskomfort siyasi vəziyyətin formalaşdırılması bütövlükdə, qlobal mühit üçün xeyir gətirməyəcək. Nəzərə alınmalıdır ki, son illərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini üçün bir sıra birgə addımları ilə seçilən, yeni siyasi situasiyanın formalaşdırılmasında əhəmiyyətli rola malik olan Türkiyə - Azərbaycan birliyi formalaşıb. Bu birliklə bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs Azərbaycan ilə Türkiyə arasındakı hərbi müttəfiqliyin bölgədə hər iki dövlətə hərbi-strateji üstünlüklər qazandıracağını proqnozlaşdırır. Buradakı ən mühüm məqam isə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəflənmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi - Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu kimi müqavilələr iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir.
Azərbaycanın mövqeyi dəyişməzdir
Bütün bunlar isə nəticə etibarı ilə bir həqiqəti növbəti dəfə üzə çıxarır - Azərbaycanın gücü ilə yaranan yeni siyasi-hərbi reallıqları dəyişmək mümkün deyil. İrəvan bilməlidir ki, ona havadarlıq edən bəzi xarici güc mərkəzləri belə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Ona görə də məğlub ölkə qalib və haqlı Azərbaycanın diktəsi fonunda reallıqlarla tam barışaraq şərtləri qəbul etmək, beynəlxalq hüquq normalarına uyğun davranış sərgiləmək məcburiyyətindədir. BMT TŞ-nin və ya başqa bir qurumun Azərbaycanın iradəsinə təsir imkanları yoxdur. Ermənistan siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyillər. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb - bu Azərbaycanın gücü və tələbi ilə reallaşıb. Bütün dünya Azərbaycanı yaxın tərəfdaş qismində qəbul edir və etimad göstərir.
Eyni zamanda, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan müharibə nəticəsində çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qalıb. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir. Üstəlik, “dəmir yumruq” yerindədir və döyüş meydanında öz sözünü demiş Azərbaycan Ordusu istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır. Hər hansı bir təhlükə qarşılığında Azərbaycan özünün beynəlxalq qanunlara söykənən hüququndan istifadə edərək ədaləti və sülhü yenidən bərqərar etmək üçün hərəkətə keçəcək!
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

