Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

09.04.2012 [23:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
ölkələrimiz arasında ikitərəfli əlaqələrin geniş sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri münasibətlərimizin yaxşı əlaməti kimi dəyərləndirib.
Qabriel Kellerin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev səfirin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində iştirakından məmnunluğunu bildirən Qabriel Keller Prezident İlham Əliyevin əlaqələrimizin möhkəmləndirilməsinə verdiyi töhfənin önəmini qeyd edib.
Paylaş:
Baxılıb: 1001 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30