İnamın ünvanı!
13.02.2024 [10:00]
4 milyon 567 min 458 səs...
Zəfər seçkisinin qalibi - İlham Heydər oğlu Əliyevdir!
Fevralın 7-də ilk dəfə respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla ölkənin hər bir bölgəsində prezident seçkiləri keçirildi. Azad, ədalətli və şəffaf şəraitdə keçirilən seçkilər ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyətli hadisəyə çevrilib. Baş tutan seçkilərin böyük tarixi əhəmiyyəti var. Bu seçkilər respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə əsas ümummilli ideyamızın həyata keçirildiyi bütöv bir mərhələnin yekunu və qarşıda yeni mühüm çağırışların dayandığı növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Ölkəmizdə fevralın 7-də uğurla baş tutan prezident seçkiləri artıq tarixdir. Bu günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə yekun vurub. MSK-nın Məzahir Pənahovun sədrliyi ilə fevralın 11-də keçirilən növbəti iclasında prezident seçkilərinin nəticələri haqqında qurumun Protokolu tərtib edilib və sənəd bütün komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq MSK-nın Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiqlənməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının Protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-nə təyin edilib.
Azad, ədalətli və demokratik şəraitdə baş tutan tarixi seçkilər
Möhtəşəm qələbələrimizdən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi tam təbii idi. Prezident seçkiləri ölkəmizdə keçirilən seçkilərin ən önəmlisidir. Bu mənada, respublikamızda müstəsna önəmə malik qələbələrimizdən sonra parlament və yaxud bələdiyyə seçkilərinin keçirilməsi düzgün olmazdı.
Azərbaycanda tarixi seçkilərə çox məsuliyyətli hazırlıq aparıldı. Mərkəzi Seçki Komissiyasının bəhs olunan iclasında diqqətə çatdırılıb ki, prezident seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib. İstər Komissiya, istərsə də aidiyyəti qurumlar tərəfindən seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin dəqiqliklə yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilər və media nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və digər tədbirlər qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, vaxtında və keyfiyyətlə həyata keçirilib.
Bu dəfəki seçkilərlə müstəqil Azərbaycan demokratiyaya sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Prezident seçkilərində 17 iddiaçı namizəd qismində iştirak etmək üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq edilən 17 iddiaçıdan 10-u imza vərəqələrini, ümumiyyətlə, geri qaytarmayıb. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının hamısının namizədliyi qeydə alınıb ki, onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Təbliğat prosesində bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. Seçki Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ilkin mərhələdə respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yer ayrılıb. Ardınca isə daha geniş imkanlar təmin olunması məqsədilə demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4500-ə yaxın əlavə görüş yerləri də təşviqat subyektlərinin sərəncamına verilib. Namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar ödənişsiz və heç bir icazə tələb olunmadan, sadəcə, müvafiq dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla həmin yerlərdə öz seçiciləri ilə görüşlər keçiriblər. Namizədlərin təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyükölçülü lövhələr də quraşdırılıb. Seçkiqabağı təşviqat subyektləri MSK tərəfindən yaradılan bütün bu imkanlar və bərabər şəraitdən azad, sərbəst şəkildə, səmərəli istifadə ediblər. Yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək davam edib və ümumilikdə müasir tələblərə cavab verən şəraitdə keçirilib.
Prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini əvvəldən-axıradək, fasiləsiz və birbaşa izləmək imkanı verən veb-kameralar quraşdırılıb. Prezident seçkilərinin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurum və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi qatılıb. Eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektindən 217 təmsilçi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilərək seçkiləri izləyib. Respublikada fəaliyyət göstərən yerli media nümayəndələri isə heç bir əlavə akkreditasiya tələb olunmadan, seçki marafonu başlayandan sonadək sərbəst və maneəsiz şəkildə seçkilərin izlənilməsində iştirak ediblər.
Seçkilərin müşahidəsinə, həmçinin çoxsaylı siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və ictimai birlikləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 90 mindən artıq yerli müşahidəçi qatılıb. Seçkilərin müşahidəsində qeyri-hökumət təşkilatlarının yüksək fəallığı xüsusi diqqət çəkib. Belə ki, seçkilərin müşahidəsinə bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birliklərin 7000-nə yaxın müşahidəçisi də fəal şəkildə qoşulub. Bütün bunlarla yanaşı, ixtisaslaşmış 3 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan 1-i öz fəaliyyətini xarici tərəfdaşı ilə birgə təşkil edib. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb.
Seçicilərin 92.12 faizi Prezident İlham Əliyevin lehinə səs verib
Ölkəmizdə Zəfər seçkiləri 125 seçki dairəsi üzrə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə, 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 47-si işğaldan azad olunmuş ərazilərdə, 49-u Azərbaycanın 37 xarici ölkədəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində yerləşib. Səsvermə günü seçicilər yüksək fəallıqla, azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə ediblər. Ümumilikdə, ölkə üzrə seçicilərin 76,43 faizi səsvermədə iştirak edib. Seçki günü ərzində 5 dəfə seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək ictimailəşdirilib və Komissiyanın internet səhifəsində yerləşdirilib. MSK-nın məlumatına əsasən, Prezident İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.
Yekun nəticələr belədir:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 567 min 458 səs (92,12 faiz)
Əliyev Fuad Ağası oğlu - 26 min 517 səs (0,54 faiz)
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 85 min 411 səs (1,72 faiz)
Musayev Elşad Nəbi oğlu - 32 min 885 səs (0,66 faiz)
Mustafa Fazil Qəzənfər oğlu - 98 min 421 səs (1,99 faiz)
Nurullayev Razi Qulaməli oğlu - 39 min 643 (0,80 faiz)
Oruc Zahid Məhərrəm oğlu - 107 min 632 səs (2,17 faiz).
Prezident İlham Əliyevin halal haqqı
Seçkilərdə Prezident İlham Əliyevin mütləq səs çoxluğu ilə qalib gəlməsi gözlənilən idi. Fevralın 7-də keçilən seşkilər çox doğru olaraq Zəfər seçkiləri adlandırılır. Bu da onunla bağlıdır ki, Azərbaycan bu seçkiləri 44 günlük Vətən müharibəsinin və 23 saatlıq antiterror tədbirlərinin qalibi olan ölkə kimi keçirdi. Bizinm son 200 illik tariximizdə buna bənzər qələbələrimiz heç vaxt olmayıb. Tarix boyunca Vətənimiz istilalara məruz qalıb, sərhədlərimiz daralıb. İlk dəfə olaraq xalqımız torpaq itkilərinə məruz qalmadı, əksinə ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşən ərazilərini geri qaytardı. Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan qələbələrimiz tariximizdə qürur mənbəyimiz olaraq əbədi qalacaq.
Bəli, möhtəşəm qələbələrimiz hansısa sehirli çubuğun sayəsində əldə olunmadı. Bu qələbələri heç kim bizə hədiyyə etmədi. Əbədiyyata qədər xalqımızın sonsuz qürur mənbəyi olacaq bu qələbələrin əsas memarı məhz seçkilərin qalibi Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin seçkilərin Müzəffər Qalibi olduğunu biz xüsusi qeyd etməliyik. Ölkəmiz, xalqımız tarixi zəfərlərin əldə olunmasınadək Onun liderliyi ilə uzun yol keçdi. Bu keçilən yolda Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyev hər mərhələdə yaranan vəziyyətə və çağırışlara adekvat addımlar atmağı və düzgün qərarlar verməyi bacardı. Onun fəal, çevik diplomatiyası beynəlxalq miqyasda ölkəmizin mövqelərini möhkəmləndirdi. Dünyada dostlarımızın sayı artdı, beynəlxalq tədbirlərdə haqq səsimiz eşidildi, ermənilərin yalan təbliğatı iflasa uğradı.
Paralel şəkildə, İlham Əliyev ölkənin iqtisadiyyatının gücləndirilməsi qayğısına qaldı. Alınan qərarlar, bir-birini tamamlayan islahatların məntiqi nəticəsi olaraq respublikamızın iqtisadi müstəqilliyi təmin olundu, maliyyə imkanlarımız genişləndi. İqtisadi müstəqillik zəinində ordu quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanıldı. Qısa müddətdə Azərbaycanın dünyanın 50 ən güclü ordusu sırasında yer alan Silahlı Qüvvələri formalaşdırıldı.
Qələbələrimizin təməlində dayanan daha bir vacib məqama diqqət çəkək. Son 20 ildə ölkənin idarəçilik sükanının arxasında inamla dayanan İlham Əliyev cəmiyyətimizin güclü həmrəyliyini təmin etdi. Onun ardıcıllıqla reallaşdırdığı məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda iqtidar-xalq vəhdəti təmin edilib, Azərbaycan dünyada sabitlik adası kimi fərqlənir. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə respublikamızda Vətənə, ənənələrimizə və milli dəyərlərimizə bağlı olan gənc nəsil formalaşıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, 44 günlük müharibənin əsas ağırlığı da məhz vətənpərvər gənclərimizin üzərinə düşüb.
Başqa məqamları, digər istiqamətlərdə qazanılan uğurlarımızı da sadalaya bilərik. Vətən müharibəsində, antiterror tədbirlərində qələbələrimiz yalnız döyüşlərdə qazanılmayib. Biz qələbələrimizi kontekstdən çıxarıb ayrıca bir uğur kimi dəyərləndirə bilmərik. Məhz son 20 ildə dövlətimizin başçısının rəhbərliyi ilə keçilən yol Azərbaycan xalqına qələbələrimizin sevincini yaşamağı nəsib etdi. Bu yolda İlham Əliyev əsas ümummilli ideyamızı tələsmədən və gecikmədən reallaşdırmağa nail oldu. Zəfər seçkilərində qazandığı inamlı qələbə də onun halal haqqıdır!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18

