Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Hücum planı”...

“Hücum planı”...

29.02.2024 [10:52]

Paris İrəvanı öz maraqlarının vasitəsinə çevirir

Fransanın anti-Azərbaycan kampaniyaları son dövrlərdə daha intensiv hal almağa başlayıb. Xüsusilə ötən ilin sentyabrında baş tutan lokal antiterror tədbirlərindən sonra daha da artan siyasi-hərbi “gedişlər” hər zaman olduğu kimi ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın regionda yeni siyasi reallıqlar yaratması, bu reallıqların yalnız milli maraqlara və regional hədəflərə köklənməsi, Parisin Cənubi Qafqazdakı korporativ mənafeyinin istisna olunması Fransanı daha fərqli taktikalara əl atmağa sövq edib. Əsasında Cənubi Qafqazda qeyri-sabit siyasi vəziyyət yaratmaq arzusu dayanan addımların effektivliyinin artırılması üçün Paris “hücum planı”nın əhatəsini daha da genişləndirir.

Silahlandırmanın əsas məqsədləri...

Bu dövlətin Ermənistanı bu və ya digər şəkildə silahlandırması sirr deyil. Hətta bu addım təmsil olunduğu hərbi blokun maraqlarına zidd xarakter daşısa da, Fransa Ermənistana aktiv şəkildə silah ixrac etməkdədir. Bunların arasında zirehli texnikalar və hava hücumu üçün əlverişli sayılan qurğular daha geniş maraq doğurur. Məqsəd isə bəllidir - hətta Fransa mediası hökumətin daxilindən aldığı informasiyalarda Parisin Cənubi Qafqazda yeni “situasiya” yaratmaq arzusunu önə çəkir. Vurğulanır ki, Fransanın Ermənistan üçün nəzərdə tutduğu “perspektiv planı”nda ən mühüm məqam II Dünya müharibəsində almanların əl atdıqları “ ildırım sürətli müharibə taktikası”dır - yəni qısa zaman kəsiyində effektiv hücum nəticəsində bir sıra əlverişli strateji nöqtələr zəbt edilir, İrəvanın danışıqlar masasında əli gücləndirilir.

İlk baxışdan Ermənistana “yardım” görüntüsü yaradan Fransanın əsl məqsədi isə fərqlidir - onlar Cənubi Qafqazda müharibənin, atəş səslərinin kəsilmədiyini hər kəsə nümayiş etdirmək istəyirlər. Özünün ixrac etdiyi və istehsalçısı olduğu, amma Hindistanın əli ilə Ermənistana çatdırılan silah-sursatın verilməsinin əsl məqsədi də bundan ibarətdir. Ermənistan KİV-in yaydığı məlumatlara görə, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə belə imzalanıb. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilib. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur və Fransa lisenziyası ilə istehsal edilir.

Bəli, Fransa qlobal layihələrin əsas tərəfdaşlarına “mesaj” ünvanlamağa çalışır - Azərbaycan müharibə axtarışındadır və Qərbin (Fransanın) silahlı birləşmələrinin regiona gəlişi sabitliyi və stabilliyi təmin etmək iqtidarındadır. Bu, Fransanın əsas məqsədi və planıdır...

Paris həm də daxili auditoriya üçün “arxayınlıq” yaratmaq niyyətindədir. Verilən silahlarla yanaşı canlı hərbi qüvvə yardımı ediləcəyi görüntüsü də nümayiş etdirilir. Fransız hərbçilərin Ermənistan piyada və dağatıcı bölmələrinə fərqli libaslarda, xüsusilə gizli kamplarda terror fəaliyyəti üçün təlimlər keçməsi Ermənistan əhalisi üçün “sakitləşdirici həb” rolunu oynayır. Onlar cəmiyyətin antimüharibə reaksiyasını bu cür bloklamağa çalışır. 

Fransa zorən müttəfiqlik axtarışında...

Əlbəttə ki, Ermənistanın əli ilə “yeni müharibə”yə nail olmaq istəyi asan başa gələcək məsələ də deyil. Bu gün Ermənistanın siyasi dairələri, hətta xaricdə yaşayan lobbi eyni məzmunda fikirlərə malik deyillər. Məsələn, Ermənistanda revanşist qruplarla yanaşı, Bakıdan ünvanlanan şərtlərə əməl edilməsini istəyən və bu yolla normal dövlətə çevrilmək arzusunda olanlar da kifayət qədərdir. Bu isə kolonist təfəkkürlü Makronun maraqlarına uyğun gəlmir. O, Cənubi Qafqaz planında əlini gücləndirmək üçün bütün Ermənistanın siyasi palitrasını və lobbi təşkilatlarını bir araya gətirməyi qarşısına məqsəd qoyub. “Aİ mülki missiyası” adı altında kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olan Fransaya məxsus qrupun vaxtaşırı Ermənistanın siyasi partiyaları ilə görüşlər keçirməsi də buna dəlalət edir. Hətta bir müddət öncə Paşinyanı sərt tənqid edən, onu xəyanətdə günahlandıran Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın erməni baş nazir ilə bir araya gətirilməsi də Yelisey sarayının planlarına uyğun olaraq həyata keçirilib. İndiki məqamda Makron Cənubi Qafqazda yeni müharibə yeli əsdirmək üçün hər kəslə “ittifaqa” girməyə hazır görünür...

“Mülki” kod adlı kəşfiyyat qrupu...

“Aİ “mülki missiyası” adı altında Ermənistana yerləşdirilən Fransanın kəşfiyyat diversiya qrupu bu məsələdə xüsusi “əhəmiyyət” daşıyır. Heyəti sürətlə artırılan, kəşfiyyat qrupu açıq şəkildə Ermənistanın törətdiyi təxribatların əsas “ruhlandırıcı bazası” rolunu oynayır. Son vaxtlar isə bir sıra Avropa ölkələrinin, eyni zamanda Fransanın nümayəndələrinin Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez görünməsi diqqəti cəlb edir. Fevralın əvvəlində Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkməsi, oradakı vəziyyətlə tanış olması səbəbsiz deyil. Bütün bunlar ərazidə kəşfiyyat aparıldığını, Fransanın müharibə təhrikinin real müstəviyə qədəm qoyduğunu özündə əks etdirir.

Bir sözlə, “binokl diplomatiyası”, xarici “missionerlərin” “kəşfiyyat zonasına” dəvət edilməsi, xarici instruktorlarının Ermənistanda çalışması Ermənistanın müharibəyə hazırlaşdırılması kimi xarakterizə olunur.

Lekorn İrəvandan Kremlə mesaj verir...

Əslində, Fransa Ermənistanı öz “çətirinin” altına almağa çalışmaqla həm də bölgədə yeni siyasi “tərəf” yaratmaq niyyətindədir. O baxımdan ki, Fransa - Ermənistan “yaxınlaşması”, “hərbi əməkdaşlığı” birbaşa Rusiya və KTMT-yə təhdid sayılır. KTMT üzvü olan Ermənistanın Fransadan silah alması onun “çətir dəyişdiyi” anlamını verməklə yanaşı, yeni cəbhədən köhnə müttəfiqlərini hədəfə almayacağını da istisna etmir. Xüsusilə, Fransa müdafiə naziri Sebastyan Lekornun fevralın 23-də Ermənistana səfəri və səsləndirdiyi fikirlər birmənalı qarşılana bilməz. Paralel olaraq Paşinyanın Rusiya və KTMT əleyhinə fikirləri ilə “üstü-üstə düşən” fransız nazirin açıqlamalarında diqqət çəkən bəzi nüanslar var:

- “Heç kim Ermənistan ordusunu öz müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz.” - bu tənqidin Kremldən ünvanlandığı sirr deyil və rusiya XİN dəfələrlə bu məsələyə qarşı kəskin fikirlər səsləndirib;

- “Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistanın onlara ehtiyacı olarsa, sizin sərəncamınızda qısa, orta və digər uzunmənzilli raketlər olacaq”. Məlumdur ki, Ermənistanda Rusiyanın 102 saylı Hərbi bazası yerləşir və bu açıqlama birbaşa həmin bazanın sıradan çıxarılması üçün siyasi əsas sayıla bilər.

Beləliklə, Fransanın tutduğu yol həm də bölgədə “anti-region qalası” qurmaqdır. Parisin timsalında Qərb İrəvandan özünün siyasi-hərbi üstünlüyünü regiona daşımaq üçün istifadə etməyə çalışır - gizli hədəf isə təbii ki, Rusiyadır...

150 ildən sonra tarix təkrarlanır - hədəf dəyişib

Bəli, “erməni kartı” məsələsi XXI əsrin birinci rübünün son illərində yenidən “aktuallaşır”. Vaxtilə 1878-ci ildə imzalanmış Berlin traktatı ilə ermənilərdən aktiv  istifadə mexanizmi yaradan Fransa və Qərb 150 ildən sonra eyni plana müraciət edir. Bu dəfə hədəf yenə də Cənubi Qafqazda distabillik yaratmaqdır. Amma ermənilərdən istifadə edənlər indi hədəf kimi fərqli ünvan müəyyənləşdiriblər: XIX əsrdə bu hədəf Türkiyə (Osmanlı) idisə, bu dəfə Kremldir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31