/ / Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
07.07.2012 [11:46]
Dövlət Dumasına yeni seçkilərdən qısa müddət ötməsinə baxmayaraq, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu həm parlamentlərarası əlaqələrin, həm də ümumilikdə ölkələrimiz arasında mövcud əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın siyasi, iqtisadi, ticari və digər sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığı isə başqa ölkələr üçün nümunə kimi qiymətləndirdi. Bütün sahələrdə əməkdaşlığımızın tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, hər iki ölkənin dövlət rəhbərlərinin bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirmələri təsadüfi deyildir. Münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edən dövlətimizin başçısı ölkəmizin MDB çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayaraq deyib ki, bu əməkdaşlıq, ilk növbədə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da genişləndirilməsi üçün əlavə imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyəti üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına əminliyini bildirib.
Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birlikdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Leonid Slutski parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

