Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fransa klubu “Qarabağ”la matçda əsas oyunçularına istirahət verə bilər

Fransa klubu “Qarabağ”la matçda əsas oyunçularına istirahət verə bilər

26.11.2024 [17:18]

Fransanın “Lion” komandası UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda aparıcı futbolçularına istirahət verə bilər.

AZƏRTAC Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçisi Pyer Saqenin Bakıdakı matçda daha az oynayan oyunçulara şans verəcəyi gözlənilir. Hücumçu Aleksandr Lyakazett, yarımmüdafiəçi Nemanya Matiç və müdafiəçi Abner Vinisius Bakıdakı qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyə bilərlər. Əvəzində isə bu mövsüm meydanda az vaxt keçirən Vilfred Zaha, Maksans Kakere və Jordan Veretunun oyuna start heyətində başlamaq ehtimalı var.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Lion” matçı saat 21:45-də başlayacaq.

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28