Azərbaycanda təşkil olunacaq III MDB Oyunları ilə bağlı ilk mətbuat konfransı keçirilib
23.04.2025 [12:49]
Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.
Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova Təşkilat Komitəsinin üzv qurumları, Gənclər və İdman Nazirliyi, BHŞ ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərininin davam etdirildiyini vurğulayıb: "Hər qəlbdə bir qələbə!" şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax. Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Tədbirə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur".
BHŞ rəsmisi Oyunlarda medallarla bağlı narazılıq və problemin olmaması üçün maksimum dərəcədə çalışacaqlarını diqqətə çatdırıb. O, yarışlarda milli komandanın qarşısına ən yüksək hədəflərin qoyulacağını da deyib.
Sonra mətbuat konfransında III MDB Oyunlarının maskotları - enerjili, mehriban Bəbir və Leyla ictimaiyyətə təqdim olunub. Onların Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirildiyi qeyd edilib.
Ardınca III MDB Oyunlarının rəsmi internet saytı təqdim olunub. Bildirilib ki, artıq istifadəyə verilən www.cisgames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.
Bakı Şəhər Halqasının İnsan Resursları və İşçi Qüvvəsi Şöbəsinin rəhbəri İranə Əhmədova III MDB Oyunları ilə əlaqədar Könüllü Proqramına start verildiyini söyləyib: "Proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün Oyunlara cəlb olunması gözlənilir. Qeyd etmək lazımdır ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarifləndirici görüşlər keçirilir. Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və biliklərinin artmasına dəstək olmaqdır”.
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

