Azərbaycan gimnastları Avropa çempionatını 2 gümüş və 1 bürünc medalla başa vurublar
18.06.2014 [09:53]
Bakıda, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatına iyunun 15-də yekun vurulub. AzərTAc-ın məlumatına görə, çempionatın sonuncu günündə yeniyetmə gimnastlar fərdi proqram üzrə, böyüklərdən ibarət qrup hərəkətləri komandaları isə 10 gürz və 3 top - 2 lentlə çıxış ediblər. Yeniyetmələr arasında fərdi proqram üzrə halqa yarışlarında Azərbaycan gimnastı Jalə Piriyeva 16,300 xalla gümüş medala sahib olub. Rusiya gimnastı Yuliya Bravikova 16,750 xalla birinci, bolqarıstanlı Anastasiya Rıbakova 15,775 xalla üçüncü pillədə qərarlaşıblar. Topla yarışlarda Avropa çempionu adını 16,300 xalla rusiyalı İrina Annenkova qazanıb. Belarus təmsilçisi Mariya Trubaç (16,016 xal) gümüş, bolqarıstanlı Boryana Kaleyin (15,950 xal) bürünc medala sahib olublar.
Gürzlərlə yarışlarda Rusiya təmsilçisi Alesiya Petrova (16,450 xal) qızıl, belaruslu Mariya Trubaç (16,200 xal) gümüş, İsrail təmsilçisi Linoy Aşram (15,700 xal) bürünc medal qazanıblar.
Lentlə mübarizədə isə 15,816 xal toplamış rusiyalı İrina Annenkova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı Valeriya Xanina (15,750 xal) çempionatı ikinci, İsrail təmsilçisi Linoy Aşram (15,650 xal) isə üçüncü pillədə başa vurublar.
Azərbaycan millisi Avropa çempionatının sonuncu günü daha bir medal qazanıb. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə Azərbaycan millisi 3 top və 2 lentlə çıxışda 17,650 xal toplayaraq gümüş medala sahib olub. Rusiya komandası 18,366 xalla birinci, Bolqarıstan kollektivi isə 17,583 xalla üçüncü olublar. On gürzlə çıxışda Bolqarıstan millisi bütün rəqiblərini qabaqlayaraq 17,633 xalla birinci olub. Rusiya millisi 17,633 xalla ikinci, İspaniya yığması isə 17,550 xalla üçüncü pillədə qərarlaşıb.
Yarışlar başa çatdıqdan sonra qala-konsert təşkil olunub. Konsertdə böyüklərdən ibarət qrup hərəkətləri üzrə Bolqarıstan, İsrail, İtaliya, Finlandiya, Rusiya, Belarus milliləri, rusiyalı gimnast Yana Kudratseva, Belarus təmsilçisi Katerina Qalkina, bolqarıstanlı Mariya Mateva çıxış ediblər. Qala-konsertə Azərbaycan millisinin çıxışı ilə yekun vurulub.
Sonda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastika İttifaqının bayrağını qitə qurumunun nümayəndə heyətinə təqdim edib. Daha sonra bayraq Belarus Gimnastika Federasiyasının nümayəndələrinə verilib.
Qeyd edək ki, növbəti Avropa çempionatı Belarusun paytaxtı Minskdə təşkil olunacaq.
Millimiz Avropa çempionatını 2 gümüş və 1 bürünc medalla başa vurub.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

