Soçidə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib
09.10.2014 [10:00]
“Bakı Avropa Oyunları-2015”in Əməliyyat Komitəsi XVIII “Vsya Rossiya-2014” festivalı çərçivəsində birinci Avropa Oyunlarının təqdimat mərasimini keçirib.
Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş festival Soçi şəhərində reallaşdırılır.
Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov görüşü açaraq, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının uğurlu olacağına əminliyini ifadə edib.
Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov Ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşərək, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinə müvəffəqiyyətlər arzulayıb.
Rusiyanın tanınmış jurnalisti, “İtoqi” jurnalının siyasi icmalçısı Kirill Privalov deyib: “Bu yaxınlarda Bakıda oldum, bu şəhərin gözəlliyi məni heyran etdi. Əminəm ki, “Bakı-2015” Avropa Oyunları müsbət mənada yaddaqalan olacaq”.
Festivalın qonaqları - Bolqarıstan Jurnalistlər İttifaqının birinci katibi Snejana Todorova, diplomat Aleksandr Losyukov, “Telefilm” kino şirkətinin baş direktoru Yuri Masyuk və başqaları Bakıdan və bakılılardan danışıblar. Onlar vurğulayıblar ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qarşılıqlı etimad şəraitində yaşayırlar.
“Bakı Avropa Oyunları - 2015”in Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, artıq Fransa, Yunanıstan və başqa ölkələrdə “Bakı-2015”in təqdimat mərasimləri keçirilib.
Festivalın iştirakçılarına bu sahədə indiyə qədər görülmüş işlər, tikilməkdə olan idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən iclaslar, həmçinin Azərbaycanın idman uğurları haqqında ətraflı məlumat verilib.
E.Səfərov deyib: “Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. Bakıda 2015-ci ildə toplam olaraq 20 idman yarışı keçiriləcək. Avropanın bütün guşələrindən Bakıya 6.000-dən çox idmançı gələcək”.
“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, “Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “Novosti-Azerbaydjan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, “Bakinski raboçi” qəzetinin nümayəndəsi İlqar İsmayılov, Oyunların Əməliyyat Komitəsinin təmsilçisi Pirim Pirimov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar vilayəti üzrə regional bölməsinin sədri Cəmil Əliyev və başqaları qeyd ediblər ki, Avropa Oyunları idman tarixində yeni səhifə açacaq. Onlar əmin olduqlarını bildiriblər ki, birinci Avropa yarışları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək.
Tədbirdə Bakı haqqında videofilm göstərilib. Görüşün bütün iştirakçılarına “Bakı-2015”in Təşkilat Komitəsi adından xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, jurnalistlərin “Vsya Rossiya” festivalı nüfuzlu KİV-ləri təmsil edən qələm əhlinin, həmçinin, beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı peşəkar diskussiya məkanıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40

