Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahin Atamov: Bu, xalqımızın böyük uğurudur

Şahin Atamov: Bu, xalqımızın böyük uğurudur

20.05.2015 [09:51]

“İlk Avropa Oyunları Azərbaycanın mədəniyyətinin, tarixi dəyərlərinin və müasir inkişafının nümayişi üçün növbəti fürsət olacaq”. Bunu qəzetimizə açıqlamasında karate üzrə Avropa çempionu Şahin Atamov deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi böyük bir tarixi hadisə olmaqla yanaşı, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir: “Bu yarışların Bakıda keçirilməsi artıq bizim uğurumuzdur. İdman bilirsiniz ki, müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, onlar arasında ixtilafların qarşısını almaq vasitəsi kimi qəbul edilir. Bəzən isə idman insanları fərqli düşünməyə, daha çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Elə tezliklə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları da təkcə idman yarışı deyil, eyni zamanda, iqtisadi və mədəni əhəmiyyətə də malikdir”.
Şahin Atamov, həmçinin, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarının qəbul edilməsini respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və Dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymət olduğunu bildirib: “Birinci Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən, idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, Dünya çempionatları silsilə xarakter daşıyır. Xalqımız bu cür yarışların keçirilməsinə artıq alışıb. Bilirsiniz ki, respublikamızda idmanın müxtəlif növləri üzrə tez-tez Dünya və Avropa çempionatları keçirilir. Bu tədbirlərə yüksək səviyyədə hazırlıq həm biz idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bir sözlə, idmançılarımızın mötəbər yarışlarda əldə etdikləri nailiyyətlər, dövlətimizin idmanın inkişafına dəstəyi, mövcud idman infrastrukturu ilk Avropa Oyunlarının ölkəmizdə təşkilinə zəmin yaratmışdır. Bu, xalqımızın böyük uğurudur”.

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31