“Formula-1” üzrə Avropa Qran-prisinin onlayn biletləri dekabrın 19-da satışa çıxarılacaq
09.12.2015 [09:53]
Gələn ilin iyununda Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletlərinin onlayn satışına dekabrın 19-da başlanacaq. Bilet satışının başlanması şəhərdə keçiriləcək möhtəşəm “Son altı ay” tədbiri ilə eyni günə təsadüf edəcək.
“Bakı şəhər Halqası” şirkətindən AZƏRTAC-a bildiriblər ki, “Formula-1” təqviminə yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini www.bakucitycircuit.com saytı vasitəsilə yarışın başlanmasına altı ay qaldıqdan sonra əldə etmək mümkün olacaq.
Dənizkənarı Milli Parkda canlı musiqi və möhtəşəm atəşfəşanlıqla müşayiət olunacaq “Son altı ay” tədbiri ilə gələn ilin iyununda Bakının tarixi məkanlarını da əhatə edəcək “Formula-1” yarışının başlanmasına altı ay qalması rəsmi şəkildə bildiriləcək.
“Bakı Şəhər Halqası” şirkətinin icraçı direktoru Arif Rəhimov qeyd edib ki, bilet satışının başlanması hər bir mötəbər idman tədbiri üçün vacib mərhələdir: “Biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanması və “Son altı ay” bayramı “Formula-1”in gəlişi yaxınlaşdıqca Bakıda daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq”.
Avropa Qran-prisi azarkeşlərə start/finiş zolağına mükəmməl mənzərənin açıldığı Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara biletlər üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zonalarından baxmağa imkan verən ayaqüstü biletlər də satışa çıxarılacaq.
İyunun 17-19-da milyonlarla izləyici Bakı Şəhər Halqasında “Formula-1” avtomobillərinin UNESCO-nun Dünya İrsinə Siyahısına daxil edilmiş İçərişəhərdən keçərək Bakının müasir göydələnlərini və Xəzər sahilini əhatə edən marşrut üzrə sürətli hərəkətlərinin şahidi olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

