Formula-1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir
15.06.2017 [10:18]
İyunun 14-də media nümayəndələri Formula-1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Könüllülər və podratçı şirkətlərin nümayəndələri buraya gələrək qeydiyyat kartını, həmçinin uniformalarını əldə edirlər.
Yarışın könüllüləri və işçi heyətinə artıq giriş kartlarının verildiyini bildirən Uniforma və Akkreditasiya Mərkəzinin meneceri Rüfət Bayramov deyib ki, burada Qran-Prinin bir hissəsi olmaq istəyən üç min könüllünün müraciətlərinə baxılır. Podratçı şirkətlərin dörd minə yaxın nümayəndəsinə giriş kartı və uniforma təqdim olunacaq. Ümumilikdə 13 minə yaxın insanın mərkəzə müraciət edəcəyini gözləyirik. Uniformalar işçi heyəti, könüllülər və podratçı şirkətlərin nümayəndələri üçün təqdim olunur. Bir dəst uniformaya iki mayka, papaq və gödəkcə daxildir. Mərkəz iyunun 1-dən fəaliyyətə başlayıb və ayın 21-dək açıq olacaq. İndiyədək Mərkəzə 6 min nəfər müraciət edib.
Formula-1 Azərbaycan Qran-Prisinə bir neçə gün qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova deyib: “Artıq könüllülərin təlimi başa çatmaq üzrədir. Uniforma və akkreditasiyanın alınması çox vacibdir. Çünki onlar olmadan könüllülərin müxtəlif zonalara və məkanlara girişi qadağandır. Akkreditasiya kartında könüllünün adı, soyadı, vəzifəsi və işləyəcəyi məkan qeyd olunur”.
Könüllülərin çox fəal olduqlarını bildirən İranə Əhmədova onların “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə birlikdə həvəslə çalışdıqlarını məmnuniyyət hissi ilə ifadə edib. Bildirib ki, əməliyyat şirkəti tərəfindən könüllülər üçün maraqlı tədbirlər hazırlanacaq, onlara sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45

