3 qardaş ölkənin “yaşıl koalisiyası”...
08.08.2024 [13:03]
Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji” dəhlizinə dair saziş imzalayacaq
Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası ilə bağlı birgə müəssisə yaratmaq barədə razılığa gəlib. Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, birgə müəssisənin təsis edilməsində məqsəd Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya “yaşıl enerji” ixracını koordinasiya etmək və vahid idarəetmə platforması qurmaqdır. Tərəflər arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətni də razılaşdırılıb və yaxın vaxtlarda dövlətlərarası sazişin imzalanması nəzərdə tutulur. Qeyd edək ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri Daşkənddə keçirilən görüşdə Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Müzakirələrin yekununda “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu”na imza atıb. Memorandumun davamı kimi ilin sonunadək 3 ölkə “yaşıl enerji” dəhlizinə dair saziş imzalayacaq ki, bu sənəd beynəlxalq əhəmiyyətli hüquqi istinad olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa formatının təsis edilməsini təmin edəcək. Sənəd bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen, enerji infrastrukturu, həmçinin rəhbər komitə və işçi qrupunun yaradılması kimi məsələləri əhatə edir.
Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri...
Üç qardaş ölkənin “yaşıl enerji” üzrə vahid siyasət təşəbbüsləri Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir, sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpaolunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə (Yaşıl dəhliz) dəstəyini ifadə edib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam edir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər 3 ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir. Son dövrlərdə qlobal miqyasda geosiyasi mürəkkəb proseslərin dərinləşməsi Mərkəzi Asiya regionunda da təşəbbüskarlığı aktivləşdirib, həm Türk Dövlətləri Birliyi, həm də Avropa İttifaqı (Aİ) ilə inteqrasiyaya xüsusi önəm verən Qazaxıstan və Özbəkistan Azərbaycanın illərdir ki, bu proseslərdə fəal rolunu və mövqeyini, təcrübəsini nəzərə alaraq ölkəmiz sayəsində Şərq-Qərb ailəsinin üzvünə çevrilmək istəyir.
Xəzər və azad edilmiş ərazilərdəki potensiallar...
Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Azərbaycan hökuməti “yaşıl” iqtisadiyyatın inkişafına tam sadiqdir və “yaşıl hidrogen”i gələcəyinin əsas hissəsi kimi görür. Ölkə artıq onu qlobal təmiz enerji bazarında mühüm oyunçuya çevirə biləcək iddialı “yaşıl hidrogen” istehsalı və ixracı layihələrini həyata keçirmək üçün addımlar atır. Uran hasilatında lider olan Qazaxıstanda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır. Qazaxıstan isə 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə bərpa olunan enerjinin ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Özbəkistan hökuməti isə 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 25 faizə, çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir.
Beləliklə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın yeni ittifaqı olan “yaşıl tranzit qovşağı” TDT-nin böyük bir coğrafiyada müasir enerji obrazını formalaşmaqdadır. 3 qardaş ölkənin bərpaolunan enerji potensialları bölgədə yeni “yaşıl” enerji dəhlizinin yaradılmasına zəmin yaradır və bu ölkələr Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilər. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar dünya birliyində bu türk dövlətlərinin mövqeyinin möhkəmlənməsi, Avropa ilə əlaqələrin güclənməsi üçün dərin təminat deməkdir.
Onu da qeyd edək ki, BMT-nin noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı çərçivəsində “yaşıl enerji”yə keçidin inkişafı üçün yüksək səviyyəli silsilə tədbirlər nəzərdə tutulur ki, bu, bərpa olunan enerji ailəsi arasında yeni strateji çərçivənin yaradılması deməkdir. Bu istiqamətdə səyləri yüksək dəyərləndirən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) dövlət başçıları səviyyəsində Mərkəzi Asiya-Azərbaycan Enerji İnvestisiya Forumunun keçirilməsini planlaşdırır ki, bu da regionun digər ölkələrinin də yaşıl koalisiyada birləşməsində əlavə təkanverici rol oynayacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxSiyasət
09 Sentyabr 12:34
İqtisadiyyat
09 Sentyabr 12:28
Elm
09 Sentyabr 12:27
Gündəm
09 Sentyabr 12:03
Siyasət
09 Sentyabr 11:53
Gündəm
09 Sentyabr 11:46
Elm
09 Sentyabr 11:34
Dünya
09 Sentyabr 11:26
Sosial
09 Sentyabr 11:19
Sosial
09 Sentyabr 11:17
Sosial
09 Sentyabr 10:41
Sosial
09 Sentyabr 10:32
Sosial
09 Sentyabr 10:29
YAP xəbərləri
09 Sentyabr 09:57
Sosial
09 Sentyabr 09:55
Sosial
09 Sentyabr 09:52
Turizm
09 Sentyabr 09:49
Dünya
09 Sentyabr 09:43
Sosial
09 Sentyabr 09:41
Sosial
09 Sentyabr 09:40
İqtisadiyyat
09 Sentyabr 09:36
Dünya
09 Sentyabr 09:28
Sosial
09 Sentyabr 09:27
İdman
09 Sentyabr 08:38
Dünya
09 Sentyabr 00:00
Mədəniyyət
08 Sentyabr 23:45
Dünya
08 Sentyabr 23:35
Hadisə
08 Sentyabr 23:20
Hadisə
08 Sentyabr 23:00
İdman
08 Sentyabr 22:35
Dünya
08 Sentyabr 22:30
İdman
08 Sentyabr 22:20
İdman
08 Sentyabr 22:00
Xəbər lenti
08 Sentyabr 21:27
İdman
08 Sentyabr 20:35
Sosial
08 Sentyabr 19:33
Sosial
08 Sentyabr 18:11
Elm
08 Sentyabr 17:37
İdman
08 Sentyabr 16:15
Sosial
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 14:54
Sosial
08 Sentyabr 13:43
Sosial
08 Sentyabr 12:11
Dünya
08 Sentyabr 11:37
Sosial
08 Sentyabr 11:06
Mədəniyyət
08 Sentyabr 10:45
Mədəniyyət
08 Sentyabr 09:53
Dünya
08 Sentyabr 00:00
İdman
07 Sentyabr 23:45
Hadisə
07 Sentyabr 23:30
İdman
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 23:07
Hadisə
07 Sentyabr 22:30
Xəbər lenti
07 Sentyabr 21:50
Xəbər lenti
07 Sentyabr 21:26
Dünya
07 Sentyabr 21:25
Turizm
07 Sentyabr 21:00
Xəbər lenti
07 Sentyabr 20:45
Sosial
07 Sentyabr 20:13
İqtisadiyyat
07 Sentyabr 19:52
Sosial
07 Sentyabr 19:19
İdman
07 Sentyabr 19:15
Dünya
07 Sentyabr 19:03
Dünya
07 Sentyabr 19:01
İdman
07 Sentyabr 18:41
Dünya
07 Sentyabr 18:09
Hərbi
07 Sentyabr 17:05
Elm
07 Sentyabr 16:49
Sosial
07 Sentyabr 16:19
Sosial
07 Sentyabr 15:48