Bakı gəmiqayırma zavodu ilə “Şahdəniz” konsorsiumu arasında müqavilə imzalanıb
24.04.2014 [09:07]
Aprelin 23-də “Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “bp Exploration” (“Şahdəniz”) MMC arasında sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalanıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək bu müqavilənin imzalanmasının Bakı gəmiqayırma zavodunun istehsal potensialının beynəlxalq miqyasda təsdiqlənməsinin bariz təzahürü olduğunu deyib.
Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tikilib istismara verilmiş zavod artıq dövlətimizin başçısının “XXI əsrin müqaviləsi” adlandırdığı “Şahdəniz-2” layihəsi çərçivəsində ilk böyük kontraktını imzalayır. Bu, son dərəcə əlamətdar hadisədir.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əlamətdar hadisə münasibətilə gəmiqayırma zavodunun kollektivini və tərəfdaş şirkətləri təbrik edərək, bildirib ki, sualtı tikinti gəmisi “Şahdəniz-2” layihəsinin icrası üçün mühüm əhəmiyyət kəsb edir. Nazir ən mürəkkəb sualtı texniki işlərin həyata keçirilməsi üçün nəzərdə tutulan bu gəminin Bakı gəmiqayırma zavodunda uğurla inşa olunacağına əminliyini ifadə edib.
Sonra bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri Devid Loh müqaviləni imzalayıblar.
Onlar görüləcək işlərin beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçiriləcəyini, Azərbaycan iqtisadiyyatında ən müasir və qabaqcıl dünya texnologiyalarının tətbiq olunduğunu vurğulayıblar.
Mərasimdə qeyd edilib ki, artıq bundan sonra Azərbaycan üçün tələb olunan bütün gəmilər məhz bu zavodda tikiləcək. Bütün bunlar son illər respublikamızda həyata keçirilən layihələrdə maksimum yerli işçi qüvvəsindən və yerli şirkətlərin xidmətindən istifadə olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir.
Bildirilib ki, hazırda Xəzər Qazma şirkətinin (CDC) sifarişinə əsasən, yeni üzən qazma qurğusunun pantonları da bu zavodda inşa olunur. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində istifadə olunacaq sualtı tikinti gəmisinin inşaat işlərinin 2017-ci ilin ikinci yarısında tamamlanması nəzərdə tutulub. Çoxfunksiyalı quraşdırma, elastik sualtı kabel/boruların tikintisinə dəstək və dalğıc işlərini təmin etmək gücünə malik gəmi “Keppel Offshore & Marine” şirkətinin qolu olan “Marine Technology Development” tərəfindən layihələndirib.
Bakı gəmiqayırma zavodu ARDNŞ (65 faiz ), Azərbaycan İnvestisiya Şirkəti (25 faiz) və “Keppel O & M.” şirkəti (10 faiz) tərəfindən təsis edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

