Vətəndaş cəmiyyətinin fəaliyyəti qənaətbəxşdir, amma...
25.10.2024 [10:14]
QHT-lərin rolu daha da artırılmalıdır!
Müxtəlif zamanlarda “Vətəndaş cəmiyyəti” termini ilə qarşılaşırıq. Bu gün vətəndaş cəmiyyəti təşkil olunmuş və ya təşkil olunmamış qrupların geniş və dinamik spektrini əhatə edir. Lakin bu terminin mənasını yəqin ki, az adam izah edə bilər. Vətəndaş cəmiyyəti müxtəlif təşkilatları-icma qruplarını, qeyri-hökumət təşkilatlarını (QHT), həmkarlar ittifaqlarını, xeyriyyə təşkilatlarını, dini əsaslı təşkilatları, peşəkar assosiasiyalar və fondları əhatə edir.
Məlumat üçün bildirək ki, “Vətəndaş cəmiyyəti” termini 1980-ci illərdə siyasi və iqtisadi müzakirələrdə populyarlaşdı. Xüsusilə, Mərkəzi və Şərqi Avropa və Latın Amerikasında qeyri-dövlət hərəkatları ilə əlaqələndirilməyə başlandı. Ölkəmizdə vətəndaş cəmiyyəti termini əsasən QHT sözünə sinonim kimi işlədilir. Bəzən hətta bir cümlədə hər 2 termindən istifadə edilir.
Azərbaycan qununvericiliyində “İctimai iştirakçılıq haqqında” qanunda vətəndaş cəmiyyəti institutları termininin izahı qeyd olunub. Qanunda vətəndaş cəmiyyəti institutları dedikdə - “qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri” başa düşülür.
Vətəndaş cəmiyyətində insan faktoru
“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni “Yeni Azərbaycan”a açıqlamasında QHT-lərin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün üzərinə düşən işlərdən danışıb. Birlik sədrinin sözlərinə görə, vətəndaş cəmiyyətində insan faktoru cəmiyyətin inkişafı və sosial tərəqqi üçün həlledici əhəmiyyətə malikdir: “İnsan amili olmadan vətəndaş cəmiyyəti öz missiyasını yerinə yetirə bilməz. Azərbaycanda vətəndaş cəmiyyəti insanların bilikləri, yaradıcılığı və könüllü iştirakına əsaslanan bir mühitdir. İslahatların uğurla həyata keçirilməsi, cəmiyyətin inkişafı və demokratik proseslərin möhkəmlənməsi üçün insan faktorunun rolu vacibdir.
İnsanların sosial fəaliyyətlərdə aktiv iştirakı ədalətli idarəetmənin təmin olunmasına və hüquq sisteminin güclənməsinə səbəb olur. İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi, insanların səmərəli fəaliyyət göstərməsinə şərait yaradır. Bu da vətəndaş cəmiyyətinin gücünü artırır və davamlı inkişafa yol açır. Nəticədə, vətəndaş cəmiyyətində insan amili düzgün yönləndirildikdə, sosial, iqtisadi və mədəni inkişaf daha sürətli olur. Bu amil, vətəndaş cəmiyyətinin mərkəzində duraraq sosial ədalətin təmin edilməsində və inkişafın davamlı olmasında həlledici rol oynayır. Cəmiyyətin tərəqqisi isə məhz insan faktorunun gücləndirilməsi ilə mümkündür”.
Hüquqi dövlətin əsasları və vətəndaş cəmiyyətinin rolu
R.Zeyni qeyd edib ki, hüquqi dövlətin əsas prinsiplərindən biri, qanunların aliliyi, insan hüquqlarının qorunması və demokratiyanın inkişafıdır: “Bu dəyərlərin qorunması və inkişafı isə yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyətinin fəal iştirakı ilə mümkündür. Vətəndaş cəmiyyəti hüquqi dövlətin qurulması və inkişafında həyati əhəmiyyət daşıyan bir qüvvədir. Bu işdə QHT-lərin iştirakı islahatların əhatə dairəsini genişləndirir və onların səmərəliliyini artırır. Azərbaycanda da bu proseslərdə vətəndaş cəmiyyətinin rolu önəmlidir. Ölkədə bu cür iştirakçılıq üçün qanunvericilik bazası mövcuddur, QHT sektoru müxtəlif səviyyələrdə bu prosesdə təmsil olunur. Dövlət qurumları isə bu əməkdaşlığı dəstəkləyir, müxtəlif məsələlərdə QHT-lərin təkliflərini nəzərə alır və birgə fəaliyyətlər həyata keçirir. Məsələn, “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı” kimi mühüm sənədlərin hazırlanmasında QHT-lər fəal iştirak ediblər”.
Koordinasiya və peşəkarlığın əhəmiyyəti
R.Zeyninin sözlərinə görə, hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin effektiv fəaliyyəti üçün hökumətlə QHT-lər arasında koordinasiya çox vacibdir: “İslahatlar zamanı fərqli tərəflər arasında fikir ayrılıqları mümkündür, lakin bu fikir ayrılıqlarının konstruktiv müzakirələr və koordinasiya ilə həll edilməsi prosesin müvəffəqiyyətlə həyata keçirilməsinə zəmin yaradır. Bu koordinasiya islahatlarda geniş iştirak imkanlarını təmin edir və QHT-lərin daha böyük təsir gücünə malik olmasına şərait yaradır.
Bununla yanaşı, QHT-lərin fəaliyyətində ixtisaslaşma və peşəkarlıq vacib elementlərdir. Müvafiq müzakirələrdə iştirak edən QHT-lərin bəzi sahələrdə təcrübəli və peşəkar olmaması, onların cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərə bilər. Buna baxmayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının müəyyən sahələrdə yüksək peşəkarlıq nümayiş etdirdikləri hallara da rast gəlinir. Vətəndaş cəmiyyətinin bu sahədə ixtisaslaşması və davamlı peşəkarlıq səviyyəsinin artırılması hüquqi dövlətin inkişafında böyük rol oynayır”.
Müasir çağırışlar və QHT-lərin rolu
Birlik sədri qeyd edib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları hüquqi dövlətin qurulmasında əhəmiyyətli rol oynayır, lakin regionda yaranmış yeni geosiyasi reallıqlar da nəzərə alınmalıdır: “Bu reallıqlar təkcə dövlətlərarası münasibətlərə təsir etmir, eyni zamanda, QHT-lərin də öz fəaliyyətlərini müasir çağırışlara uyğunlaşdırmasını tələb edir. QHT-lər dövlətin qarşısında duran yeni problemlərə və cəmiyyətin ehtiyaclarına uyğun olaraq, fəaliyyətlərini yenidən təşkil etməli və yeni yanaşmalar tətbiq etməlidirlər.
Hüquqi dövlətin inkişafında vətəndaş cəmiyyətinin fəaliyyəti qənaətbəxş hesab edilsə də, daha aktiv və səmərəli fəaliyyətə ehtiyac olduğu açıqdır. İslahatların həyata keçirilməsi, hüquq sisteminin təkmilləşdirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi proseslərində QHT-lərin rolu daha da artırılmalıdır. Bu yanaşma hüquqi dövlətin daha güclü formalaşmasına və cəmiyyətin maraqlarının daha geniş şəkildə təmin olunmasına kömək edəcək”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

