Bölgələrimiz inkişaf yolunda...
06.03.2025 [10:51]
Dövlət proqramlarının uğurlu icrası regionlarda qeyri-neft sektorunun inkişafına səbəb olub
Ölkəmizdə regionların inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla həyata keçirilməsi ötən 21 ildə qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin, iş yerlərinin açılmasına səbəb olub. Eyni zamanda, 2004-cü ildən start verilmiş bu strategiya paytaxt Bakı və iri şəhərlərlə bölgələr arasındakı fərqin kəskin şəkildə azalmasına, qəsəbə və kəndlərin simasının köklü şəkildə dəyişməsinə gətirib çıxarıb. Belə ki, 2004-cü il fevralın 11-də ilk regional Dövlət Proqramı qəbul edildikdən indiyədək avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda min km-lərlə yeni yollar çəkilib və ya təmir edilib, 100-dən artıq yol ötürücüsü, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Dövlət proqramları bütün bölgələrdə sosial-iqtisadi inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına əlverişli şərait yaradıb. Dövlət proqramlarının icrası iqtisadiyyatda məhsuldarlığı artırıb, istehsal və emalın həcmləri yüksəlib. Kiçik və orta biznes (KOB) subyektlərinin, kiçik ailə təsərrüfatlarının sayının artması bölgələrdə məşğulluq imkanlarını genişləndirib, nəticədə ölkədə yaranan yeni iş yerlərinin sayı 2 milyon nəfəri ötüb.
Regionların inkişaf proqramları turizm potensialının da güclənməsinə əhəmiyyətli təsir göstərib. Turizm sektoru ölkə iqtisadiyyatının digər sahələrində, o cümlədən nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, əhaliyə istehlak mallarının istehsalı və s. bölmələrdə də inkişafa təkan verib. 2024-cü ildə isə turizmdən əldə edilən gəlirlərin həcmi 1,5 milyard dollara bərabər olub.
Qeyri-neft sektorunun inkişafında mühüm töhfə
Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, regionların inkişafı ilə bağlı yürüdülən siyasət ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə əsaslı dönüş yaradıb, bu sahədə yeni istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr icra olunub: “Sənaye sektoru iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsində mühüm rol oynayır, sənaye sahəsində ümumi istehsalın artması ümumi iqtisadi inkişafda töhfəverici rol oynayır. Bu baxımdan 2024-cü ildə də ölkə sənayesi üçün dinamik inkişaf dövrü kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən hesabat ilində 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri- neft-qaz sektorunda isə 7,3 faiz çoxalıb. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma, 29 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub”.
Ərzaq təhlükəsizliyi təmin olunur
F.İbrahimov qeyd edib ki, regional dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də prioritet istiqamət kimi müəyyən olunub və aqrar sahədə də xeyli müsbət dəyişikliklər baş verib: “Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahənin inkişafında mühüm rol oynayıb. Aqrar sektorun su təminatının yaxşılaşdırılması məqsədilə dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektoru tikilib, digər iri layihələr reallaşdırılıb. Həmçinin, bu istiqamətdə həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işləri kənd təsərrüfatının inkişafına təkan verib. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan bitkiçilik və heyvandarlıq sahələrində bir neçə dəfə inkişaf dinamikası qeydə alınıb, ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yaxşılaşıb. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib ki, bu da gələcəkdə aqrar bölmənin daha da inkişafına səbəb olacaq”.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi gücü daha da artıracaq
İqtisadçının sözlərinə görə, ölkəmizin inkişafında yeni mərhələ başlayıb, torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf üçün yeni imkanları formalaşdırmaqdadır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən salınması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Bu tədbirlər, eyni zamanda azad ərazilərdəki iqtisadi imkanların üzə çıxarılmasına xidmət edir. Həyata keçirilən bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, davamlı iqtisadi fəallığın təmin olunmasına dərin zəmin yaradır. Böyük maliyyə vəsaiti hesabına bu işləri öz gücü ilə həyata keçirən Azərbaycan hökuməti yaxın illərdə Qarabağa və Şərqi Zəngəzuru inkişaf etdirməklə ölkəmizin iqtisadi gücünün daha da artmasına nail olacaq”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 16:47

Elm
27 Mart 15:26

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44
