İqtisadi inkişafımızın tərəqqisi...
07.03.2025 [08:31]
Sahibkarlıq üçün əlverişli mühit yaradılıb
Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı üçün ölkədə əlverişli biznes mühitinin olması vacib amillərdən biridir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir. Sözsüz ki, bu kompeks islahatlar sağlam rəqabət mühiti fonunda azad bazar iqtisadiyyatının inkişafına və ölkənin tərəqqisinə səbəb olur. Eyni zamanda, biznes üçün münbit rəqabət mühitinin bərqəraq olması süni qiymət artımları və inhisarçılığın da qarşısını alır ki, bu da sahibkarlıq təbəqəsinin iqtisadiyyatda aparıcı rolunu artırır. Bu baxımdan Azərbaycanda qeyd edilən imkanların hər biri təmin edilib.
Azad sahibkarlığın inkişafında qanunvericilik bazasının təkmilləşdirilməsi də əsas şərtlərdən biridir və bu istiqamətdə də son illərdə ölkəmizin qanunvericilik sahəsində əhəmiyyətli dəyişikliklər aparılıb, ən qabaqcıl dünya meyarlarına uyğunlaşdırılıb. Nəticədə institisional sahədə əlverişli qanunvericiliyin olması və biznesin fəaliyyətində dövlətin dəstək tədbirlərinin artması sahibkarlıq üçün işgüzarlığı və əlverişli şəraiti tam formalaşdırıb.
“KOB bazar” fəaliyyətə başlayıb
Ölkəmizdə sağlam sahibkarlıq mühiti şəraitində kiçik və orta biznesin (KOB) fəaliyyət dairəsi də davamlı şəkildə genişlənir. Bu günlərdə Bakının Binəqədi rayonunun ərazisində “KOB bazar” satış yarmarkasının fəaliyyətə başlamasını da bunun nümunələrindən biri hesab etmək olar. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, KOBİA-nın dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarların istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb.
“Gəl, istehsalçıdan al”...
Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir. “KOB bazar”ı Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.
Sahibkarların təklifləri dinlənildi
Sahibkarların üzləşdikləri çətinliklərin araşdırılması və müvafiq tədbirlərin görülməsi də diqqət mərkəzindədir. Bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonunda kartof və çiyələk ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı sahibkarlarla görüş də bunu təsdiqləyir. AQTA-dan verilən məlumata görə, görüşdə ixracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılğın təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətində Agentlik tərəfindən mütəmadi olaraq görüşlər keçirilir və fermerlərə dəstək göstərilir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac əməliyyatları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi vurğulanıb və qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Əlavə olaraq, idxalatçı ölkələrin idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumatlar verilib.
Görüş zamanı istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədilə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Agentlik tərəfindən bu cür görüşlərin respublikanın qida sahəsində ixrac potensiallı bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan digər regionlarında da keçirilməsi nəzərdə tutulur.
Qadın sahibkarların rolu artır
Ölkəmizdə azad sahibkarlıqla məşğul olan şəxslər arasında qadınların da rolu davamlı olaraq artır. Qadınların sahibkarlıq mühiti və əmək bazarına çıxışının təmin edilməsi istiqamətdə dövlətin dəstəyi də bu istiqamətdə mühüm rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son illər Azərbaycanda qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı daha əlçatan olub. Martın 5-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə komitə sədri vurğulayıb ki, son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2 faizdən 20,8 faizə yüksəlib. “Dövlət qulluqçuları arasında 29,7 faizlik iştiraka malik qadınlar, hakimlər korpusunda, hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirməkdədir. Onların informasiya texnologiyaları və süni intellektə marağı daha da artmış, rəqəmsal iqtisadiyyatda geniş imkanlar əldə ediblər. Ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olub”.
B.Muradova bildirib ki, qadınlar dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə töhfələr verir, güclü, inklüziv cəmiyyət quruculuğunda, ictimai həyatda daha fəal iştirak edirlər.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
16 Dekabr 23:19
Siyasət
16 Dekabr 22:54
Sosial
16 Dekabr 22:16
Sosial
16 Dekabr 21:58
Dünya
16 Dekabr 21:25
İqtisadiyyat
16 Dekabr 20:43
Sosial
16 Dekabr 20:18
Xəbər lenti
16 Dekabr 19:51
YAP xəbərləri
16 Dekabr 19:36
Elm
16 Dekabr 19:20
Sosial
16 Dekabr 18:25
YAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44

