Bölgələrdə infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır
23.12.2016 [09:41]
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları rayonların sıçrayışlı inkişafını təmin edib
Məlum olduğu kimi, respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Hazırda isə sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Ötən illərdə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir. Bütün atılan addımlar, aparılan abadlıq-quruculuq işləri bölgələrin simasını dəyişir. Eyni zamanda, insanların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan parklar, geniş istirahət zonaları bugünkü ümumi inkişaf tendensiyasına xüsusi rəng qatır.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 fərdi ev tikilir. Evlərdən 4-ü rayonun Çuxanlı, biri Qarabağlı, biri isə Kərimbəyli kəndlərində inşa olunur. Tikililərdə artıq hörgü işləri başa çatmaq üzrədir. Yeni tikilən evlər gələn ilin əvvəlində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. 2017-ci ildə bu kateqoriyadan olan ailələr üçün daha 12 yaşayış evinin tikilməsi planlaşdırılır. Qeyd edək ki, ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 fərdi yaşayış evi tikilib.
Masallı şəhərindəki çoxmərtəbəli yaşayış binalarında isə təmir-bərpa işlərinə başlanılıb. Şəhərin ərazisində ötən əsrin 80-90-cı illərində inşa edilmiş 30-a yaxın binanın dam örtüyündə və fasadında təmir-bərpa işləri davam etdirilir. Eyni zamanda, yaşayış binalarının həyətyanı sahəsində sakinlərin istirahətini təmin etmək üçün yeni parkların salınması da nəzərdə tutulur. Qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 5-də “Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Masallıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 26 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə imzalanan Sərəncama əsasən 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Masallı rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Füzuli rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri yeni inşa edilən qəsəbəyə köçürülürlər. 417 hektar sahəni əhatə edən qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşa edilən qəsəbədə evlərin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi köçkün ailələrin yeni qəsəbəyə köçürülməsi yaxın günlərdə başa çatacaq.
Balakən rayonunun Mahamalar kəndini Silban yaşayış məntəqəsi ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolu və yolun üzərindəki körpü əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib. Aparılan təmir-tikinti işləri zamanı 3,6 kilometr uzunluğunda yolun kəndin içərisindən keçən 2,1 kilometrlik hissəsi əsaslı təmir olunub, yola yeni asfalt örtüyü döşənib. Yolun qalan hissəsində isə cari təmir işləri aparılıb. Eyni zamanda, Balakən çayı üzərindəki 70 metr uzunluğunda körpü də əsaslı təmir olunub.
Qazax şəhərində isə 100 yerlik uşaq bağçasının tikintisinə başlanıb.Yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarət olacaq. Əsas binadan əlavə nasosxana və qazanxananın inşası da nəzərdə tutulub. Yeni bağçada hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı tikiləcək. İçməli suya olan tələbatı ödəmək və yanğından mühafizə məqsədilə tikilən bu anbarlar müasir standartlara cavab verən səviyyədə inşa olunacaq.
Bundan başqa, yeni bağçada oyun meydançası da olacaq ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün vacibdir. Əsas korpus 3 mərtəbədən və zirzəmidən ibarət olacaq. Yaxın aylarda müasir standartlara cavab verən yeni bağça körpələrin istifadəsinə veriləcək.
Qazax şəhərindəki Fəxri Qazaxlılar parkında əsaslı təmir və yenidənqurma işləri aparılır. Parkın hər iki tərəfində 40 ədəd işıq dirəyi basdırılıb və işıqlandırma sistemi yenidən qurulub. Parkdakı 3500 kvadratmetr sahəyə tamet, 1700 kvadratmetr əraziyə qazon döşənib, 40-dan çox müxtəlif növ dekorativ ağac əkilib. Parkın mərkəzində bir böyük, kənarlarında isə iki kiçik fəvvarə kompleksi yaradılıb. Əsaslı təmir və yenidənqurma ilə bağlı aparılan işlər artıq başa çatmaq üzrədir.
Sumqayıt şəhər 1 saylı doğum evi də əsaslı şəkildə təmir edilib. 1959-cu ildə istismara verilən 1 saylı doğum evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. 75 çarpayılıq doğum evində havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən vaxt hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Səhiyyə ocağında cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri də fəaliyyət göstərir. Burada yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası yaradılıb. Doğum evinin həyəti abadlaşdırılıb, yaşıllıq salınıb.
Naxçıvan Muxtar Respublikasında isə müasir turizm infrastrukturunun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Naxçıvan şəhərində Naxçıvançayın kənarında 2 müasir istirahət və əyləncə mərkəzi tikilir. İstirahət və əyləncə mərkəzlərindən biri üç mərtəbədən ibarətdir. Burada boulinq salonu və atıcılıq zalları da yaradılacaq. Digər mərtəbələrdə kafe, eləcə də uşaq və böyüklər üçün əyləncə yerləri və mağazalar fəaliyyət göstərəcək. Artıq obyektdə dəmir konstruksiyaların quraşdırılması başa çatdırılıb. Hazırda isə digər tikinti-quraşdırma işləri aparılır, həyət abadlaşdırılır.
Ərazidə tikilən digər istirahət mərkəzi isə dörd mərtəbədən ibarət olacaq. Mərkəzdə gözəllik salonları, istirahət otaqları, idman və tədbirlər zalı, tir otağı, yeraltı avtomobil dayanacağı və digər xidmət sahələri yaradılacaq. İstirahət mərkəzinin həyətində hovuz tikiləcək, ətrafda yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaq, yay kafesi fəaliyyət göstərəcək. Yeni tikilən xidmət sahələri 2014-cü ildə istifadəyə verilən Uşaq Əyləncə Mərkəzinin yaxınlığında yerləşir.
Sabirabad rayonunun Məmişlər kəndində isə süd toplama məntəqəsi açılıb. Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli “Ümid” təşkilatı ilə əməkdaşlıq çərçivəsində icra olunub. Yeni tikilmiş məntəqə dörd icmada 5 min 300-dən artıq insanın həyat şəraitini yaxşılaşdıracaq və gəlir imkanlarını artıracaq.
Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsinin kənarlarında yeni ağac tingləri əkilərək, yaşıllıq sahələri genişləndirilir. Ağac tinglərinin əkininə bir neçə gündür başlanılıb və artıq 1000 ədəddən çox ting basdırılıb. Ərazidə aparılan ağacəkmə kampaniyasında çinar, tut, alma, heyva və gavalı tinglərindən istifadə olunur.
Samux rayonunda məktəblərin qızdırılması istiqamətində mühüm addımlar atılır. Bu il rayon üzrə 35 məktəbin yarısından çoxu mərkəzləşmiş qaydada istiliklə təmin edilib. Rayon mərkəzi də daxil olmaqla, 18 məktəb üçün yeni bina inşa olunduğundan həmin məktəblərdə mərkəzi qazanxana sistemi qurulub.
Beş kənd məktəbində mərkəzləşmiş istilik sistemi dizel yanacağı ilə işləyir. Rayonun 12 məktəbində isə siniflərin qızdırılmasında odun yanacağından istifadə olunur.
Ağdam rayonunda da bütün təhsil ocaqları istiliklə təchiz edilib. Ümumtəhsil məktəblərinin 56-sı rayonun işğal olunmamış ərazilərində, 79-u isə ağdamlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları 16 şəhər və rayonda fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində qışa hazırlıq işləri yekunlaşıb. Təhsil ocaqlarının qızdırılması üçün zəruri tədbirlər həyata keçirilib. Rayon ərazisindəki məktəblərdən 14-ü mərkəzləşdirilmiş istilik sistemi, 12-si elektrik enerjisi, 30-u isə odun və maye yanacaqla isidilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

