Azərbaycanın dini tolerantlıq modeli...
23.05.2023 [11:32]
Yeganə BAYRAMOVA
Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.
Tarixən bu günümüzə qədər Azərbaycanda hər zaman tolerantlıq mövcud olub. Ölkəmizdə inanclarına, adət-ənənələrinə, dininə, irqinə, milli mənsubiyyətinə görə heç kəsə fərq qoyulmayıb. Hər bir vətəndaşa eyni şəkildə yanaşılıb. Dövlətimiz milli və bəşəri dəyərlərə hər zaman böyük hörmət bəsləyib.
Tolerantlıq milli birlikdən başlayır
Hər zaman təsdiq edilib ki, insan doğulduğu yurdu, məxsus olduğu milləti sevməsə, başqa xalqlara, ayrı-ayrı insanlara, hətta ölkələrə laqeyd olar. Bu mənada Azərbaycan xalqı həmişə genişürəkli və humanist mövqeli olub. İstər qonşu, istərsə də uzaq ölkələrdə yaşayan millətlərə qayğı və məhəbbətlə yanaşıb. Vaxtilə Xalq şairi Səməd Vurğun əbəs yerə demirdi:
Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq.
Bakı - beynəlmiləlçiliyin beşiyi
Bu gün Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn əcnəbilər buradakı ab-havadan, duyduqları diqqətdən razılıq edirlər. Bu tədbirlərin əksəriyyətinin mövzusu tolerantlıqla, millətlərarası dostluqla bağlı olur. Ümumiyyətlə, Azərbaycanda həmişə dini ayrı-seçkiliyə qarşı bir mübarizə ruhu olub. Hələ sovet dövründə Bakını “beynəlmilləlçiliyin beşiyi” adlandırırdılar. Təbii ki, Azərbaycanda bəşəri duyğuların vüsət tapmasında, insanların qardaşlıq, dostluq şəraitində çalışıb yaşamasında ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri var. O, həmişə insana ağlına, zəkasına, qabiliyyətinə, xidmətinə görə qiymət verərdi. Bu gün əminliklə deyə bilərik ki, Ümummilli Liderin arzu və istəkləri Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tolerantlıq fərqliliyimiz və zənginliyimizdir
Dünyada baş verən hadisələr - dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların geniş işıqlandırılması, əslində, Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qururla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir. Tolerantlıq fərqliliyimiz və zənginliyimiz, xalqımızın xarakteri, özünüifadə forması və demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Tolerantlıq həm də sosial hadisədir. Tolerantlıq cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu nəticəsində cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Fikirlərimizi Prezident İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istərdik: “Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir”. Nə yaxşı ki, məhz bu ölkənin vətəndaşlarıyıq. Bu gün hər bir azərbaycanlı tolerant dəyərlərə sahib vətəndaş olmaqla yanaşı, gələcək nəsillərə bu humanist mövqeyi uğurla ötürür. Elə buna görədir ki, Qafqazın mirvarisi olan Azərbaycan nəinki regionun, eləcə də dünyanın tolerantlıq mərkəzinə çevrilib. Ölkəmizə gələn qonaqlar da həmişə ürəklə və səmimiyyətlə etiraf edirlər ki, Azərbaycan tolerantlıq baxımından dünyaya nümunədir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

