Çoxvektorlu xarici siyasət kursu
28.09.2023 [11:20]
Dünya birliyinə inteqrasiya milli maraqlar müstəvisində inkişaf edir
Günel ABBAS
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas itiqamətlərindən birini dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi təşkil edir. Bu siyasi prioritetinə sadiqlik nümayiş etdirən dövlətimiz hazırda həm regional, həm də beynəlxalq müstəvidə yaxın tərəfdaş, etibarlı dost kimi şöhrət qazanıb. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərdə əldə olunan uğurlar Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət kursu yürütməyə imkan verir.
Vurğulamaq lazımdır ki, qlobal dünyanın əsas inkişaf meyarlarından sayılan inteqrasiya prosesi müasir həyatın başlıca elementlərindən birinə çevrilməkdədir. Bu mənada, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası olduqca səlis və milli maraqlar müstəvisində inkişaf etdirilməkdədir. Ölkəmiz bir sıra sahələr üzrə, xüsus?lə enerji məsələsində mühüm bir coğrafiyanın təhlükəsizliyinin təminatında fəal iştirakçıya çevrilib. Bu isə Azərbaycanın geniş anlamda etimadının yüksəlməsinə təkan verir. Sözsüz ki, bu fəaliyyətin arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. Bu gün olduqca mühüm iqtisadi-siyasi layihələrdə Azərbaycanın fikri və rəyi mütləq şəkildə öyrənilir. Buna misal olaraq, Ermənistanın 30 ilə yaxın müddətdə qlobal layihələrdən kənarda qalmasını göstərmək olar-bu, rəsmi İrəvanın yürütdüyü işğalçı siyasətin qarşılığı idi.
Milli Məclisin deputatı Kamran Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün dövlətimizin beynəlxalq arenada nüfuzu, yüksək imici, xüsusi çəkisi və yeri var. Deputatın sözlərinə görə, bütün dünya ölkələri Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqları görür və dəyərləndirir: “Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlıq və qlobal həmrəyliyə istinad etməsinin, humanizmi əsas götürməsinin göstəricisidir. Azərbaycan dövləti müasir dünya nizamında özünəməxsus yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli maraqlarımıza əsaslanan, qlobal əməkdaşlığı əsas götürən, ağıllı, çevik və operativ dövlət siyasəti Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirir. Buna paralel olaraq, Azərbaycanın dövlət başçısı dünya müstəvisində ən çox etimad göstərilən liderlərdən biri sayılır. Dünyanın bir sıra aparıcı dövlətləri bu gün Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirir, onun şaxələndirilməsini arzulayırlar. Azərbaycan dövlətinin dünyadakı nüfuzu durmadan artır. Ölkəmiz regional aktora çevrilib. Cənubi Qafqazla bağlı bütün məsələlərin həllində Azərbaycanın rəyi əsas götürülür”.
Deputat son siyasi və hərbi proseslərin bir həqiqəti növbəti ortaya çıxardığı qənaətindədir. Azərbaycan Cənubi Qafqaz regionunun lideridir: “Azərbaycanın qlobal və regional təşkilatlarda fəal təmsilçiliyi mövcuddur. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, GUAM və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan uzun illərdir ki, işğal faktının aradan qaldırılması uğrunda səy göstərir, hücum diplomatiyası həyata keçirir. Post-müharibə dövründə isə diplomatiyamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycana qarşı təşkil edilməsinə çalışılan beynəlxalq təzyiq kampaniyalarını neytrallaşdırmaqdır. Misal olaraq, BMT TŞ çərçivəsində Fransanın son 11 ayda 3 dəfə ölkəmizə qarşı əsassız kampaniyasının ifşasını göstərmək olar. Biz qalib ölkə, qalib xalqıq. Ən böyük üstünlüyümüz də elə bundadır”.
Parlament üzvü bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu özünü aydın şəkildə göstərdi: “Ənənəvi ermənipərəst siyasət yürüdən ölkələr istisna olmaqla dünya birliyi Azərbaycanın haqlı mövqeyini dəstəklədi, torpaqlarını işğaldan azad etmək hüququnu tanıdı. Bu, təkcə ölkəmiz üçün deyil, eləcə də dünya üçün önəm kəsb edir. Azərbaycan yüksək sürətlə inkişaf etməkdə olan dövlətdir və yeraltı, yerüstü sərvətlərə malikdir. Hər zaman demokratik inkişaf yoluna sadiqlik nümayiş etdirən Azərbaycan bu gün həm də hərbi potensialı ilə seçilir - ölkəmiz Cənubi Qafqazın ən müasir, güclü və böyük ordusuna malikdir. 44 günlük Vətən müharibəsi Azərbaycanın hansı gücə sahib olmasını bir daha hər kəsə göstərdi”.
Millət vəkili qeyd edib ki, dünyanın bir sıra ölkələrində qanlı toqquşmaların, ciddi böhranların hökm sürdüyü bir vaxtda Azərbaycanda siyasi sabitlik hökm sürür: “Prezident İlham Əliyevin region və dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurması bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Geosiyasi və qlobal reallıqların yaxından izlənməsi və düzgün qiymətləndirilməsi Azərbaycanı təhlükəsiz, inkişaf və tərəqqi yolunu tutmuş ölkəyə çevirib. Bu, Azərbaycanın dünya miqyasında qəbul edilmiş ciddi dövlət statusu qazanmasına töhfə verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

