Sağlam ətraf mühit və MİNA...
08.12.2023 [10:55]
Bakıda və Ağdamda beynəlxalq forum keçirilib
Günel ABBASOVA
Ərazilərimizin işğalı zamanı zənginliyi və gözəlliyi ilə tanınan Qarabağın və Şərqi Zəngəzurun təmiz ekosistemi Ermənistanın hərbi qüvvələri tərəfindən dağıdılıb, təxminən 1,5 milyona yaxın mina basdırılıb və 9 min kv.km ərazi bu səbəbdən hazırda təhlükəli hesab edilir. Məlumdur ki, minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur.
Minalarla bağlı məlumatlandırmanın aparılması ilə əlaqədar mütəmadi olaraq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə dekabrın 6-da Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilib. Tədbirdə çıxış edən agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, mina və müharibənin digər partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurdlarına qayıdışına mane olur.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada mövcud ən müasir texnologiyalardan istifadə edərək minatəmizləmə işləri həyata keçirir: “Bu fəaliyyətin 90 faizi ölkənin daxili resursları hesabına aparılır. Xaricdən gələn dəstək məhduddur. Bu dəstək artmalıdır”.
A.Əliyev deyib ki, bu gün dünyada 60-dan çox ölkə minadan əziyyət çəkir, Azərbaycan da bu siyahıda ön sıralardadır:
“Ermənistan işğal dövründə Azərbaycan ərazilərində 1.5 milyondan çox mina, partlamamış hərbi-sursat basdırıb. Mütəxəssislərin rəyinə görə, işğaldan azad edilən ərazilərdə aşkar edilən minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və s. texniki hallar son 30 ildə hər il basdırıldığını, hər hansı səbəbdən yeni minalarla əvəzləndiyini deməyə əsas verir. Vətən müharibəsindən sonra 338 nəfər azad edilən ərazilərdə minaya düşüb, 65 nəfər həlak olub. 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər qadındır. 1991-ci ildən bu yana Azərbaycan 3418 nəfər minadan zərər çəkib”.
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır.
“Minalar və müharibənin partlayıcı qalıqları insanların həyatına, sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, həm də ətraf mühitə, ekosistemə böyük zərər vurur. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib”, - V.Süleymanov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400.9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib:
“Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi, “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri Umud Mirzəyev çıxış edərək minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.
Forumda həmçinin ANAMA stendinin təqdimatı və Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı film də nümayiş olunub.
Tədbirin ikinci hissəsində isə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri” adlı təlim keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum dekabrın 7-də öz işini dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamda davam etdirib.
Forumdan öncə iştirakçılar dağıdılan Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidləri, mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələr müzakirə edilib.
Proqrama uyğun olaraq Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində minatəmizləmə işlərinin aparıldığı sahəyə baş çəkilib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

