"Mərdlər məkanı"
03.10.2023 [13:12]
Abşeron kəndləri
Günel
Mərdəkan - Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsa da, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı.
Tarixi
Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3-2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilib. Tədqiqatçı etnoqrafların bir qismi «Mərdəkan» sözünü burada məskunlaşmış «mardlar» tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə «Mərdi məkan» sözü ilə bağlayır. Tarix elmləri doktoru, görkəmli Bakı tarixçisi Sara xanım Aşurbəylinin fikrincə «Mərdəkan» toponimi vaxtilə burada yaşamış, əsl mərdəkanlıların ulu babası «Mərd» qəbiləsinin adı ilə bağlıdır, «kan» fars dilində «məkan» demək olmaqla bərabər, «doğulduğu yer», «vətən» mənasını da bildirir. Deməli, Mərdəkan Mərd qəbiləsinin yaşadığı yer, Mərd qəbiləsinin vətəni deməkdir. memarlığının mərkəzi sayılan Mərdəkan haqqında müxtəlif xarici səyyahların salnamələrində məlumatlar var. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olmuşdur. Məşhur rus şərqşünası İ.N.Berezin "Abşeron yarımadasına səyahət" (1845) adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazmışdır. O, 1720-21-ci illərdə Bakı hakimi Mİrzə Məhəmməd xan tərəfindən tikdirilmiş bir qalanı (hazırda dağılmışdır) təsvir etmişdir. Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub.
Mərdəkan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə, hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Mərdəkanda evlərin sayı 1849-cu ildə 90, 1886-cı ildə 131 və 1921-ci ildə 235 idi. Əhali sayı 1842-ci ildə 307, sonrakı illərdə daha sürətlə artmış və 1886-cı ildə 930, 1913-cü ildə 3430 və 1939-cu ildə 6521 nəfər olmuşdur. Əhali sayı 1959-cu ildə 10,2 min, 1979-cu ildə 12,9 min, 1989-cu ildə 16,0 min, 2009-cu ildə 23,6 min,2016-ci ildə 24,3 min və 2020-ci ildə 25232 nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 40 min nəfərə yaxındır.
Tarixi abidələr
Mərdəkanın qədim tikililərinə dördkünc Mərdəkan qalası-1 (XIV əsr), dairəvi Mərdəkan qalası-2 (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tağıyevin imarəti (1900-cü illər), Tuba Şahi məscidi (1482) ,türbələr (XV və XVII əsrlər) və sair daxildir. Mərdəkan qəsəbəsinin axundu Hacı Saleh Qafarovdur. Dördkünc qala dördkünc həyətin içərisində tikilib. Həyət yeddi metr hündürlüyündə qala divarları ilə əhatə olunub. Qalanın hündürlüyü 22 m. Kvadrat qalanın üzərindəki yazıda belə məlumat verilir: Müdrik İslamın şahı, Şirvanşah Ahsitan, II Mənuçöhrün oğlu hicri ilə 583-cü il (1187-1189 illər).
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45

