Baş rejissorsuz...
03.02.2026 [08:27]
“Bu, uzun müzakirələrdən sonra gəlinən bir konsepsiyanın nəticəsidir”
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər bir sıra vəzifələr ləğv edilib. Yeni struktur çərçivəsində teatrlarda strategiya və kommunikasiya, yaradıcı, eləcə də artist heyətinin idarəedilməsi şöbələri yaradılıb. Artıq uzun illərdir bir sıra teatrlar baş rejissorsuz qalıb. Sənət cameəsi bu vəzifələrə təyinatların nə vaxt həyata keçiriləcəyini səbirsizliklə gözlədiyi vaxtda, Mədəniyyət Nazirliyi “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələrinin, struktur və ştat cədvəllərinin yenidən işlənərək təsdiqlədiyini açıqlayıb.
Yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməsələr də, onların funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb. Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb.
Qərarı Mədəniyyət Nazirliyi verib
Akademik Milli Dram Teatrının keçmiş baş rejissoru Mehriban Ələkbərzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu qərarı Mədəniyyət Nazirliyi verib: “Ümumiyyətlə, bütün qərarlar nazirlik tərəfindən verilir. Yayılan iddialara əsasən, guya məni işdən çıxara bilmədikləri üçün bütün teatrlarda baş rejissor ştatını ləğv etmək məcburiyyətində qalıblar. Bu, tamamilə yanlış informasiyadır. Mədəniyyət Nazirliyi tək Mehriban Ələkbərzadəyə görə bütün teatrların baş rejissor məsələsini bu cür bəsit həll edərmi? Azərbaycanda 26 teatr var. Ən azı Bakıda 11 teatr fəaliyyət göstərir. Bu qədər teatrın baş rejissorlarının vəzifəsi mənə görə ləğv edilib?”.
Mehriban Ələkbərzadə qeyd edib ki, Akademik Milli Dram Teatrının aktyorları hesab edir ki, məni işdən çıxara bilmədikləri üçün bütün teatrların ştatı ləğv edilib: “Həmin aktyorların savadı ora qədərdir. Rəsmi qurum Mədəniyyət Nazirliyidir. Bu, uzun müzakirələrdən sonra gəlinən bir konsepsiyanın nəticəsidir”.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf də 2023-cü ildən etibarən teatrın baş rejissorsuz fəaliyyət göstərdiyini qeyd edib.
Teatrlarımız son illərdə...
“Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır”, - bu barədə Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunub.
“Belə çıxır ki, teatrda islahatların aparılmasının bir mühüm səbəbi məsuliyyəti paylaşdırmaqdırsa, digər səbəbi də bu vəzifə sahiblərinə səlahiyyətlərindən sui-istifadə imkanı yaratmamaqdır. Sirr deyil ki, teatrlarımız son illərdə özlərinin repertuarlarından çox “bir nəfərin üzərində cəmlənən qərarların” yaratdığı rejissor-aktyor, aktyor-bədii rəhbər davaları ilə gündəmə gəlib. Arzu edək ki, yeni qərar təkcə teatrlarımızın idarəetməsini asanlaşdırmayacaq, eyni zamanda, onların yaradıcı fəaliyyətlərini daha da təkmilləşdirəcək, yeni-yeni səhnə nailliyyətlərinin qapısını açacaq”, - Nazirlikdən bildirilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36

