“Unudulmuş kukla” Kukla Teatrının səhnəsində...
15.12.2016 [10:53]
Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə böyüklər üçün maraqlı sürpriz hazırlayıb
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında dahi avstriyalı yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında “Unudulmuş kukla” adlı monotamaşa teatrsevərlərin ixtiyarına verilib.
Heç şübhəsiz, kukla teatrı deyəndə ilk ağla gələn səhnə tərtibatı, üzlərində təbəssüm və xoşbəxtlik hiss edilən balaca tamaşaçılar olur. Amma bu sənət ocağı həmçinin böyüklərin də tez-tez üz tutduqları mədəni istirahət məkanlarından biridir. Məlumat üçün bildirək ki, monotamaşa böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulub. Bu məqsədlə səhnə əsəri 3 dildə - rus, ingilis, eləcə də Azərbaycan dillərində hazırlanıb və gələcəkdə ölkəmizi beynəlxalq festivallarda təmsil edəcək.
Əsərin ana xəttini isə uğursuz hisslərinə görə cəmiyyətə nifrət bəsləyən qadının iztirabları təşkil edir. Məhz zibillikdə tapdığı oyuncaq vasitəsilə bütün daxili sarsıntılarını cəmiyyətə çatdırmağa çalışan qadın sonda özünü əbədi zülmətə qərq edir. Tamaşanın quruluşunu hazırlayan gənc rejissor Anar Məmmədov əsərə fərqli prizmadan yozum verməyə çalışdığını deyir: “Tamaşanın əsas sujet xəttini bir qadının cavabsız sevgisi təşkil edir. “Unudulmuş kukla” əslində hamımızın hekayəsidir. Maddi və mənəvi hər nə varsa, yerində gözəldir. Sevgiyə qapılmaq, onun qulu olmaq, sadəcə, hər birimizi “unudulmuş kukla”ya çevirə bilər. Eynilə baş qəhrəmanımızın başına gələnlər kimi”.
Tamaşanın baş rolunu isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Cəmilə Allahverdiyeva ifa edib: “Bu qadını canlandırarkən olduqca həyəcanlı idim. Bir an belə unutmamalıyıq ki, hər kəs o qadının yerində ola bilər. Bu, ötəri hisslərin qurbanı olmamaq və həyatını puç etməmək üçün ən gözəl dərsdir. Fürsətdən istifadə edib əməyi keçən bütün yaradıcı və texniki heyətə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, monotamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Tamaşadan sonra premyeraya təşrif buyuran qonaqların fikirlərini öyrənməyə çalışdıq. Onların sırasında tanınmış simalar da vardı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, Xalq artisti Ramiz Məmmədov da tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı. Oğlu rejissor Anar Məmmədovun hazırladığı səhnə əsəri haqqında fikirlərini bildirən dəyərli aktyorumuz tamaşadan olduqca razı qaldığını söylədi: “Oğlum olduğu üçün tərifləmək istəmirəm. Amma rejissor işini çox bəyəndim. İstər musiqi, istər dekorasiya, istərsə də aktyor oyunu hamısı vəhdət təşkil edirdi. Çox istərdim ki, gənclərimiz belə tamaşalara baxıb ibrət götürsünlər. Ötəri sevgiyə uyub həyatlarını məhv etməsinlər”.
Rejissorun anası Xuraman Məmmədova da tamaşadan çox təsirləndiyini deyir: “Oğlumun ən böyük tənqidçisi elə özüməm. Amma bu tamaşa o qədər təsirli idi ki, deyiləcək mənfi sözüm yoxdur. Əsərdə hadisələr sanki bir mirvari kimi ardıcıllıqla və incəliklə düzülmüşdü. Sonda göz yaşlarımı saxlaya bilmədim. Oğlumla qürur duyuram. Hər ana kimi övladımı zirvələrdə görmək istəyirəm. Həmçinin aktrisanın ifası, obrazı yaşaması məni çox heyrətləndirdi. Xüsusilə də, əsərin girişində və sonunda deyilən “Oynadılar, atdılar” hissəsində duyğulanmamaq mümkün deyildi”.
Xalq artisti, kinorejissor Mərahim Fərzəlibəyov da premyeranı izləməyə gələnlər sırasında idi. Səhnə əsərindən məmnunluğunu bildirən Xalq artisti hər kəsi bu tamaşaya baxmağa çağırdı: “Gənc rejissor Anarın səhnə əsəri barədə məlumat alan kimi gəlmək istədim. Tamaşada rejissorun mövqeyi, aktrisanın yanaşması diqqətimi çəkdi. Aktrisanın yaradıcılıq imkanları yaxşıdır. Müəyyən hissələr istisna olmaqla, mahiyyəti çatdırmağı bacardı. İradım isə odur ki, bəzi yerlərdə qışqırıqlar vardı. Məncə, bu sadəcə həyəcandan irəli gəlirdi. Ümumilikdə, tamaşa izləyicilərə gözəl hisslər aşılamağı bacardı. İnanıram ki, izləməyənlər də bu tamaşaya üz tutsalar, razı qalacaqlar”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23

